Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiyanın Playboy ulduzu Bakıya gəlir

© Photo : Facebook / vikiodintcovaRusiyalı məşhur model Viktoriya Odintsova
Rusiyalı məşhur model Viktoriya Odintsova - Sputnik Azərbaycan
Abunə olmaq
Rusiyalı məşhur model öz komandası ilə birlikdə möhtəşəm idman hadisəsinin canlı şahidi olmaq üçün şəhərimizə gəlir

BAKI, 20 iyun — Sputnik. Rusiyalı məşhur model Viktoriya Odintsova "Formula 1" Azərbaycan Qran-Prisinə tamaşa etmək üçün Bakıya gəlir.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə model özünün Instagram səhifəsində yazıb.

"Ayın sonunda komandamızla birlikdə Bakıya "Formula 1" şəhər trassını (@bakucitycircuit.) ziyarət etməyə gedəcəyik. Buna qədər apreldəki yarışlarda iştirak edə bilməmişik. Amma indi böyük məmnuniyyətlə bu şəhərlə tanış olacağam. Uşaqlar, kim Bakıdandır? Maraqlı yerlərlə bağlı danışın!" — deyə Odintsova yazıb.

 

Xatırladaq ki, model Rusiyanın məşhur Playboy jurnalına, həmçinin Yeqor Kridin "Mne nravitsa" ("Xoşuma gəlir") klipinə çəkilib. Əslən Peterburqdan olan bu model bir müddət əvvəl Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərindəki 75 mərtəbəli "Kayan Qülləsi"nin 300 metr hündürlükdəki çardağından sevgilisi Oleq Şerstyaçenkonun bir əlindən tutaraq aşağı sallanması ilə gündəmə gəlmişdi. Həmin təhlükəli anların foto və videokadrları sosial şəbəkələrdə yüz minlərlə adam tərəfindən izlənmişdi.

Xəbər lenti
0