BAKI, 20 iyun — Sputnik. Prezident İlham Əliyev Almaniya Federativ Respublikasının ölkəmizdəki səfirliyinə gələrək Almaniyanın keçmiş Federal Kansleri Helmut Kolun vəfatı ilə əlaqədar başsağlığı verib. Sputnik Azərbaycan dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, İlham Əliyev Almaniyanın keçmiş Federal Kansleri Helmut Kolun vəfatı ilə əlaqədar başsağlığı verdi, matəm kitabına ürək sözlərini yazdı.
Sonra Prezident Almaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixael Kindsqrabla söhbət etdi. Dövlət başçısı Helmut Kolun vəfatı ilə əlaqədar Almaniya xalqına başsağlığı verdi.
Dövlət başçısı vurğuladı ki, görkəmli ictimai-siyasi xadim, böyük və tarixi şəxsiyyət olan Helmut Kol öz xalqı qarşısında mühüm xidmətlər göstərib. O, Almaniyanın birləşdirilməsi və Avropa İttifaqının gücləndirilməsi istiqamətində əvəzsiz rol oynayıb.
Ulu öndər Heydər Əliyev ilə Helmut Kolun Azərbaycan-Almaniya əlaqələrinin əsasını qoyduqlarını vurğulayan Prezident İlham Əliyev Heydər Əliyevin prezidentliyi dövründə ilk rəsmi səfərlərindən birini Almaniyaya etdiyini, bu səfərin və mərhum Helmut Kolla keçirilən görüşlərin ikitərəfli münasibətlərin təməlini qoyduğunu diqqətə çatdırdı. Dövlətimizin başçısı Ulu Öndərin Helmut Kolla görüşlərindən xoş təəssüratları onunla bölüşdüyünü bildirdi.
Bu gün ölkələrimiz arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini deyən Prezident İlham Əliyev əməkdaşlığımızın bir çox sahələri əhatə etdiyini bildirdi və əlaqələrimizin yaxşı perspektivə malik olduğunu qeyd etdi.
Almaniyanın Azərbaycandakı səfiri Mixael Kindsqrab başsağlığına və xoş sözlərə görə minnətdarlığını bildirdi. O, Almaniya-Azərbaycan əlaqələrinin inkişafından danışdı. Söhbət zamanı almanların Azərbaycana gəlişinin 200 illik yubileyinə hazırlıqla bağlı görüləcək tədbirlər haqqında fikir mübadiləsi aparıldı. Sonda xatirə şəkli çəkdirildi.
BAKI, 16 yanvar - Sputnik, Kəmalə Əliyeva. Akademik təhsilinin olmamasına rəğmən, on dörd yaşlı Səməd İskəndərli karandaşla unikal əsərlər yaradır. O, daha çox Qarabağ müharibəsinin qəhrəmanlarının portretlərini çəkir. Sputnik Azərbaycan bildirir ki, gənc rəssam üçün hazırda ən böyük çətinlik işləmək üçün şəraitin olmaması və rassam ləvazimatlarının yoxluğudur.
Посмотреть эту публикацию в Instagram
Səməd Yardımlı rayonunun Sırıq kəndində yaşayır. O, rəsmlə uşaqlıqdan maraqlanır. Maliyyə problemlərinə görə ailəsi ona inkişaf etməkdə yardım edə bilmir. Müəllimlə çalışmaq imkanı olmayan Səməd internetdə müxtəlif videoçarxlara baxaraq öyrənir.
Посмотреть эту публикацию в Instagram
"Təəssüf ki, valideynlərim mənə rəssamlıq üçün lazım olanları ala bilmirlər, çünki bu ləvazimatlar çox bahadır. Əvvəl ancaq sadə karandaşla çəkməyə başladım. Sonra mənim xaricdə yaşayan dostum tanışları vasitəsilə mənə rəngli karandaşlar göndərdi, indi də onlardan istifadə edirəm. Onun sayəsində öz üzərimdə daha çox işləmək arzusu yarandı", - Səməd deyir.
Gənc istedad qohumlarını, tanışlarını, müxtəlif filmlərin qəhrəmanlarını çəkir. Son işləri isə Vətən müharibəsinin qəhrəmanlarına həsr olunub. Onun sözlərinə görə, hər dəfə şəhidlərin portretlərini yaradanda böyük məsuliyyət hiss edir və çalışır ki, hər yeni işi öncəkindən daha yaxşı alınsın.
Səməd əmindir ki, gələcəkdə məşhur rəssam olacaq və onun əsərlərini hər kəs tanıyacaq.
BAKI, 16 yanvar — Sputnik. "Ölkəmizdə qeydiyyatda olan şəkərli diabet xəstələrinin sayı 272 min nəfərdir. Onların 1850-ni uşaqlar təşkil edir".
Sputnik Azərbaycan-ın məlumatına görə, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev "Virtual Diabet Məktəbi" layihəsi üzrə Anlaşma Memorandumunun imzalanması mərasimində deyib. O bildirib ki, diabetlə əlaqəli fəsadlaşmaların sayının artması universal tibbi təminat baxımından dövlət büdcəsinə ağır maliyyə yükü yaradır:
"İlkin profilaktik tədbirləri və əhali arasında maarifləndirməni gücləndirməklə xəstəliklə bağlı xərcləri əhəmiyyətli dərəcədə azaltmaq olar. Bu baxımdan Anlaşma Memorandumu mənfi tendensiyanı müsbətə doğru çevirməkdə yeni imkanlar açır".
Agentliyin İdarə Heyətinin sədri deyib ki, hər il dünyada ölümlərin 11.3%-i şəkərli diabetlə bağlı olur.