Mil-Muğan hidroqovşağı, arxiv şəkli

Böyük təxribat: Ermənilər Mil-Muğan Hidroqovşağını partlatmağa cəhd ediblər

1411
(Yenilənib 15:34 20.06.2017)
Dərhal zəruri tədbirlər görülüb, partlayıcı Mil-Muğan Hidroqovşağından uzaqlaşdırılaraq sahilə çıxarılıb

BAKI, 20 iyun — Sputnik. Dövlət Sərhəd Xidməti (DSX) hərbi qulluqçularının sayıqlığı nəticəsində Füzuli rayonu ərazisində, İran İslam Respublikası ilə sərhəddə ermənilərin növbəti təxribatının qarşısı alınıb. Bu barədə Sputnik Azərbaycan-a DSX-nın Mətbuat Mərkəzindən məlumat verilib.

18 iyun 2017-ci il tarixdə saat 09:50 radələrində Füzuli rayonunun cəbhə xəttinə yaxın ərazidə yerləşən Əhmədalılar sərhəd zastavasının xidməti sahəsində dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrini yerinə yetirən sərhəd naryadı tərəfindən Araz çayının sahil xəttinə baxış keçirilərkən, ağac kotüyünə bağlanmış və sərt maneə ilə toqquşduqda partlamaya hazır vəziyyətdə olan RPQ – 7 tipli tank əleyhinə əl qumbaraatanına məxsus mərmi aşkar edilib.

Aşkar edilmiş RPQ – 7 tipli tank əleyhinə əl qumbaraatanına məxsus mərmi
© Photo : AR DSX-nin mətbuat xidməti
Aşkar edilmiş RPQ – 7 tipli tank əleyhinə əl qumbaraatanına məxsus mərmi

Dərhal zəruri tədbirlər görülüb, partlayıcı Mil-Muğan Hidroqovşağından uzaqlaşdırılaraq sahilə çıxarılıb. Sərhədçilər tərəfindən qumbara mərmi­sinin vaxtında aşkar edilməsi sayəsində Araz çayı üzərində yerləşən Mil-Muğan Hidroqovşağına qarşı yönəlmiş düşmən təxribatının qarşısını almaq mümkün olub.

Qumbara mərmisinin aşkar olunduğu ərazi nəzarətə götürülüb, zəruri təhlükəsizlik tədbirləri görüldükdən sonra Dövlət Sərhəd Xidmətinin istehkamçı mütəxəssisləri tərəfindən zərərsizləşdirilib.

1411
Teqlər:
RPQ – 7 tipli tank əleyhinə əl qumbaraatan, Sputnik Azərbayxcan, DSX, Füzuli rayonu, hərbi qulluqçu, Dövlət Sərhəd Xidməti, erməni
Əlaqədar
İlham Əliyev: "Ermənistan həmişə sizin səfəriniz ərəfəsində təxribatlar törədir"
Ermənistanın hansı şəraitdə təxribatə əl atdığı bəlli olub
Böyük təxribatın qarşısı alındı: düşmənin 6 hərbi qulluqçusu məhv edilib
Çin ABŞ-ı təxribatları dayandırmağa çağırıb
Azərbaycan beynəlxalq təşkilatlara müraciət edəcək - erməni təxribatı
Cəbhədə gecə təxribatı: ordu hərəkətə keçdi