CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

ABŞ səfirliyinin maşını Bakıda qəza törətdi

© AFP 2023 / Dave Clark Türkiyənin Vaşinqtondakı səfirliyi qarşısında, ABŞ-da yaşayan türklər arasında qarşıdurma yaşanıb
Türkiyənin Vaşinqtondakı səfirliyi qarşısında, ABŞ-da yaşayan türklər arasında qarşıdurma yaşanıb - Sputnik Azərbaycan
Abunə olmaq
ABŞ səfirliyinə məxsus “Ford” markal avtomobil, Bakı şəhər sakininin idarə etdiyi “Mercedes”lə toqquşub

BAKI, 20 iyun — Sputnik. Bakıda diplomatik nümayəndəliyin avtomobili qəzaya düşüb. Sputnik Azərbaycan-ın APA-ya istinadən məlumatına görə, hadisə Nəsimi rayonu, Səməd Vurğun küçəsində qeydə alınıb.

ABŞ-ın Bakıdakı səfirliyinə məxsus “Ford” markalı, 006 T 052 dövlət qeydiyyat nişanlı avtomobil Bakı şəhər sakini Tuncay Cəfərovun idarə etdiyi “Mercedes” markalı maşınla toqquşub.

Nəticədə xəsarət alan olmayıb. Hər iki maşına yüngül ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti
0