İlham Əliyev Laosun xarici işlər nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Prezident XİN rəhbərini qəbul edib

8
(Yenilənib 11:47 19.06.2017)
İlham Əliyev Laosun xarici işlər nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

BAKI, 19 iyun — Sputnik. Laos Xalq Demokratik Respublikasının xarici işlər naziri Salımsay Kommasitin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana səfərə gəlib. Sputnik Azərbaycan dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, Prezident İlham Əliyev Salımsay Kommasitin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

8
Teqlər:
Salımsay Kommasit, Laos Xalq Demokratik Respublikası, nümayəndə heyəti, İlham Əliyev, Azərbaycan, prezident
Əlaqədar
Prezident icraçı direktoru təyin edib
Prezident İlham Əliyev: "Azərbaycana ağır itki üz verib"
Prezident: "Bu hadisə terrorizmin dəhşətli bir bəla olduğunu təsdiq edir"
Prezident Administrasiyası yenidən təşkil olundu
Prezident kasıb əhalinin intizarına son qoydu
Koronavirus testi, arxiv şəkli

Azərbaycanda koronavirusa yoluxma sayı 129-a düşüb

81
(Yenilənib 16:48 07.08.2020)
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 872, ötən müddət ərzində isə ümumilikdə 773 051 test aparılıb.

BAKI, 7 avqust - Sputnik. Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 129 yeni yoluxma faktı qeydə alınıb, 421 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 4 nəfər vəfat edib.

Посмотреть эту публикацию в Instagram

Публикация от Sputnik Azərbaycan (@sputnik.az)

İndiyədək ölkədə ümumilikdə 33 376 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 29 696 nəfər müalicə olunaraq sağalıb, 483 nəfər vəfat edib, 3 197 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 872, ötən müddət ərzində isə ümumilikdə 773 051 test aparılıb.

81
Mingəçevirdə tapılan filin qalıqları

Su altındakı nadir tapıntı: Mingəçevirdə quraqlıq nəticəsində daşlaşmış ağac aşkar edildi

135
(Yenilənib 16:05 07.08.2020)
Azərbaycanda bitən bu ağacdan tüfəng qundağı düzəltmək üçün 67 il əvvəl rus əsgərləri onu kəsib Tula şəhərinə göndəriblər

Rahim Məmmədov, Sputnik Azərbaycan

BAKI, 7 avqust — Sputnik. Mingəçevirdə suyun altından daşlaşmış ağac parçası tapılıb. Suda çürümədən illərlə qalıb daşa dönən ağac qalığı Mingəçevir su anbarının ərazisində aşkarlanıb. Anbarda suyun azalması nadir tapıntını üzə çıxarıb.

Sputnik Azərbaycan-ın bölgə müxbiri ilə söhbət edən Mingəçevir şəhər sakini, ixtisasca rəssam heykəltəraş olan Böyükkişi Adilbəyli ölkədə ilk dəfə olaraq belə bir ağac qalığının tapıldığını iddia edib. O, daşlaşmış ağacın necə tapıldığından danışıb: “Yaxın dostlarım anbarın ətrafında ocaq qalayan zaman onu aşkarlayıblar. Bu zaman daşlaşmış ağac parçası ağır olması və yanmaması ilə onların diqqətini çəkib. Gətirib mənə verdilər, gördüm ki, unikal tapıntıdır. İnternetdə araşdırma apardım, qarşıma daşlaşmış ağacın yalnız Amerikanın Arizona ştatında tapıldığı çıxdı. Ölkəmizdə bu bir ilkdir”.

B.Adilbəyli ağacın çürüməməsini isə oksigenin təsirinə məruz qalmaması ilə izah edib. Onun fikrincə, ağac hava görmədiyindən daşlaşıb. O, ağacın tapıldığı əraziyə gedib onun digər qalıqlarını da aşkarlamaq fikrindədir.

© Sputnik / Rahim Muradov
Mingəçevirdə tapılan filin qalıqları

Şəhər sakini ağacın növündən də danışıb: “Mənim bildiyimə görə, hazırda su anbarının altında qalan Samux ərazisində saxsı (saqqız) deyilən ağaclar bitib. Bu daşlaşmış ağac da həmin bitkinin qalıqlarındandır. Bu ağaclar çox möhkəm olur. Hətta eşitdiyimə görə, su anbarı tikilən zaman Kür çayının qarşısı kəsiləndə (1953-cü ildə) Samux meşəsində bu ağaclardan lap çox olub. Bu zaman rus əsgərləri həmin ağacları kəsib, nömrələyərək Rusiyanın Tula şəhərinə tüfəng qundağı düzəltmək üçün göndəriblər”.

Tapılan daşlaşmış ağac parçasının çəkisi 3 kq-dan artıq, uzunluğu 40 sm, eni 12, qalınlığı isə 5 sm-ə yaxındır. Rəssam heykəltəraş Böyükkişi Adilbəyli su anbarından tapılan eksponatın araşdırılması üçün mütəxəssislərə müraciət edib: “Onsuz da bunu gələcək nəsillərin görməsi üçün ekologiya və ya digər muzeylərdən birinə təqdim edəcəm. Azərbaycanın zəngin flora və faunasının olduğunu göstərəcəm. Amerikanın Arizona ştatında böyük bir sahədə muzey yaradıblar və ora gələnlər bir nəfər üçün 20 dollar pul ödəyirlər ki, ağac eksponatlara baxsınlar. Bu eksponatlar artıq Azərbaycanda mövcuddur”.

© Sputnik / Rahim Muradov
Mingəçevirdə tapılan filin qalıqları

Qeyd edək ki, Mingəçevir su anbarının ərazisində bir neçə il öncə də maraqlı eksponatlar tapılıb. Onlar arasında cənub filinin, digər nəhəng heyvan sümüklərinin qalıqları aşkarlanıb. Hazırda həmin əşyalar Mingəçevirdə yerləşən muzeylərdə qorunur.

135
Deyzi Koulmen, arxiv şəkli

"Netflix"in ulduzu intihar etdi

0
Ana: "Düşünürəm ki, mənə onsuz yaşaya biləcəyimi göstərmək istədi. Amma mən bacarmıram. Bütün ağrısını götürmək istərdim".

BAKI, 7 avqust — Sputnik. 23 yaşlı məşhur amerikalı aktrisa və model Deyzi Koulmen intihar edib. Bu barədə ulduzun anası Melinda öz "Facebook" səhifəsində yazıb. Onun sözlərinə görə, qızı ötən gün axşam həyatına son qoyub. Anası bildirib ki, qızı Deyzi 14 yaşındakı təcavüz sarsıntısından hələ də özünə gələ bilmirmiş. O deyib ki, Deyzi Koulmen və rəfiqəsi məktəbdə ikən seksual zorakılığa məruz qalıblar. Hadisədən sonra sosial şəbəkədə ona qarşı qarayaxmalar, ailəsinə qarşı isə təhdidlər yazılmağa başlayıb. Üstəlik, onları təhqir edənlər cəzadan yayına biliblər. Ulduzun anası əlavə edib ki, "Netflix" ulduzu baş verənlərdən heç vaxt qurtula bilməyib: "O, mənim ən yaxşı dostum və gözəl qızım idi. Düşünürəm ki, mənə onsuz yaşaya biləcəyimi göstərmək istədi. Amma mən bacarmıram. Bütün ağrısını götürmək istərdim".

Qeyd edək ki, Koulmen məktəbdə oxuyarkən rəfiqəsi ilə birgə dostlarını ziyarət etdiyi zaman cinsi istismara məruz qalmışdılar. Təcavüzkar keçmiş ABŞ senatoru Metyu Barnettin nəvəsi olub və baş verən hər şey lentə alınıb. O vaxt Koulmen 14 yaşında idi. Bundan sonra Barnett qızı evinə aparıb və eyvanda buraxıb. Deyzinin anasının dediyinə görə, gecə demək olar ki, havanın temperaturu sıfıra bərabər olub. Səhər qızını eyvanda tapanda onun saçları soyuqdan yerə yapışıb. Eyni zamanda bu işi görən yeniyetmələr cəzadan qaçıblar, ittihamlar aradan götürülüb.

Tükürpədici hadisədən sonra, Deyzi Koulmeni sosial şəbəkələrdə təhqir etməyə başlayıblar və ailəsinə təhdidlər gəlib. Deyzinin anası işdən qovulub və müəmmalı şəraitdə evləri yanıb.

2016-cı ildə sözügedən hadisədən bəhs edən "Odri və Deyzi" adlı sənədli film, ABŞ-ın transmilli şirkəti olan "Netflix"-də yayımlanıb.

Bundan sonra Koulmen "Demokratiya indidir" və "Texas - ölüm tələsi" seriallarında çəkilib. O, həm də model və döymə sənətçisi kimi çalışıb.

0