Birinci vitse-prezidentdən yeni təyinatlar

© Official website of President of Azerbaijan RepublicПервый вице-президент Азербайджана Мехрибан Алиева
Первый вице-президент Азербайджана Мехрибан Алиева - Sputnik Azərbaycan
Abunə olmaq
Birinci vitse-prezidentin Katibliyində yeni təyinatlar olub

BAKI, 12 iyun — Sputnik. Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin Katibliyində yeni təyinatlar olub.

Sputnik Azərbaycan-ın prezidentin rəsmi saytına istinadən verdiyi məlumata görə, Mehdi Dadaşov və Fariz Rzayev Katibliyin rəis müavinləri təyin edilib.

Qeyd edək ki, bir müddət əvvəl Altay Həsənov Birinci vitse-prezidentin Katibliyinin rəisi təyin olunub.

Hazırda Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin Katibliyinin strukturu belədir: 

Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin Katibliyinin rəisi Altay Həsənov

Birinci vitse-prezidentin Katibliyinin rəisinin müavini Mehdi Dadaşov

Birinci vitse-prezidentin Katibliyinin rəisinin müavini Fariz Rzayev

Birinci vitse-prezidentin köməkçisi Anar Ələkbərov

Birinci vitse-prezidentin köməkçisi Yusuf Məmmədəliyev.

Xatırladaq ki, bu il mayın 21-də Mehriban Əliyeva Azərbaycanın Birinci vitse-prezidenti təyin edilib.

Xəbər lenti
0