CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sputnik Azərbaycan NETTY Milli internet mükafatının qalibi oldu

© Sputnik / Talib BarkhudayevSputnik Azərbaycanın rəhbəri Əziz Əliyev NETTY-2017 mükafatını alır
Sputnik Azərbaycanın rəhbəri Əziz Əliyev NETTY-2017 mükafatını alır - Sputnik Azərbaycan
Abunə olmaq
NETTY Akademiyası təqdim edilmiş layihələri dizayn, məzmun, interaktivlik, naviqasiyanın rahatlığı, aktuallıq nöqteyi-nəzərindən qiymətləndirərək qalibləri bu gün elan edib

BAKI, 9 iyun — Sputnik. Sputnik Azərbaycan İnformasiya Agentliyi və Radiosunun internet portalı NETTY 2017 internet mükafatının "İnformasiya və xəbərlər" nominasiyasında qalib gəlib. NETTY Akademiyası təqdim edilmiş layihələri dizayn, məzmun, interaktivlik, naviqasiyanın rahatlığı, aktuallıq nöqteyi-nəzərindən qiymətləndirərək qalibləri bu gün elan edib.

Azərbaycan Prezidenti Sputnik-in fəaliyyətindən məmnundur - Sputnik Azərbaycan
VİDEO
Azərbaycan Prezidenti Sputnik-in fəaliyyətindən məmnundur

Mükafatın nominantlarını müxtəlif dövlət və ictimai qurumlarda, özəl sektorda fəaliyyət göstərən informasiya texnologiyaları və dizayn üzrə mütəxəssislərdən ibarət Ekspert Şurası və müsabiqənin saytında qeydiyyatdan keçmiş istifadəçilərin formalaşdırdığı virtual münsif heyəti təyin edib. Qalibləri isə ölkədə informasiya texnologiyaları sahəsinin tanınmış nümayəndələrindən ibarət NETTY Akademiyası müəyyənləşdirib. 

Müsabiqədə iştirak edən 117 layihə və resursdan, 14 nominasiyanın hər biri üzrə üç nominant seçilib və Akademiya onların sırasından hər nominasiyanın yeganə qalibini elan edib. 

© Sputnik / Anar MustafayevNETTY 2017 internet mükafatı
NETTY 2017 internet mükafatı - Sputnik Azərbaycan
NETTY 2017 internet mükafatı

"Yeni texnologiyalar və formatlar oxucularımıza ölkə və dünyada baş verən ən aktual hadisələrə müxtəlif nəzər nöqtələrini və baş verənlərin tam mənzərəsini təqdim etməyə imkan verir. Biz şadıq ki, artıq ikinci internet mükafatının sahibi oluruq" – deyə Sputnik Azərbaycan-ın rəhbəri Əziz Əliyev qeyd edib.

NETTY Milli İnternet Mükafatı 2004-cü ildə təsis edilib. NETTY — Ümumdünya Şəbəkəsinin milli seqmentinin və ümumiyyətlə İT-bazarın inkişafı məqsədilə yaradılmış informasiya texnologiyalar sahəsində Azərbaycanın birinci peşəkar mükafatıdır. Müxtəlif vaxtlarda Day.az informasiya portalı, Asan İmza layihəsi, Salamnews informasiya agentliyi, olke.az saytı və başqaları NETTY müsabiqəsinin qalibləri olublar.

Sputnik Азербайджан: нам два года - Sputnik Azərbaycan
VİDEO
Sputnik Azərbaycan: İki yaşımız tamam oldu

Sputnik Azərbaycan 2015-ci ilin may ayından fəaliyyət göstərir. Agentliyə Azərbaycan və rus dillərində informasiya portalı, radioresurs və müasir multimedia mərkəzi daxildir. Agentliyin internet portalı ölkənin ən çox oxunan KİV-nin ilk onluğuna daxildir*. Sputnik Azərbaycan onlarla ölkədə informasiya və multimediya bölmələri fəaliyyət göstərən xəbər agentliyi və radionun tərkibinə daxildir. Sputnik özündə 30 dildə sayt, analoq və rəqəmsal radioyayım, mobil tətbiqləri və sosial şəbəkələrdə səhifələri birləşdirir. Sputnik xəbər lentləri abunəçilər üçün gün boyu ingilis, ərəb, ispan və çin dillərində çıxır.

*Liveinternet-in 1 may 2017-ci il tarixinə olan məlumatlarına əsasən

Xəbər lenti
0