Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov

"Vitse-prezidentlik institutunu Mehriban Əliyeva inkişaf etdirir"

3217
(Yenilənib 15:52 08.06.2017)
Əli Həsənov: "Birinci vitse-prezidentlik institutu Azərbaycanın əsas hədəflərini uğurla həyata keçirəcək bir qurum olacaq"

BAKI, 8 iyun — Sputnik. "Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva Azərbaycanda çoxsaylı ilklərə imza atıb". Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, bu gün Yeni Azərbaycan Partiyasının (YAP) Nərimanov rayon təşkilatının X konfransında deyib.

Ə. Həsənov bildirib ki, Mehriban Əliyeva birinci xanım institutunu formalaşdırıb, Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyət Fondunun prezidenti kimi Azərbaycan mədəniyyətinin, dilinin, tarixinin xarici ölkələrdə təbliğinin və təmsilçiliyinin yeni nümunəsini yaratdı və bu, çox uğurlu nəticələr verib.

"Bu gün vitse-prezidentlik institutunu məhz Mehriban xanım Əliyeva inkişaf etdirir. Mən əminəm ki, birinci vitse-prezidentlik institutu Azərbaycan dövlətinin inkişafında önəmli rol oynayacaq, onun əsas hədəflərini, sosial, mədəni və digər sahələrdə əhəmiyyətli layihələri uğurla həyata keçirəcək bir qurum olacaq" — Prezidentin köməkçisi vurğulayıb.

"Mehriban xanım Əliyevanın dinamik xarakteri, onun xarakterindən gələn konkretlik, işgüzarlıq, humanistlik, Azərbaycan dövlətinə, xalqına bağlılıq hissi əsas verir ki, o, cənab Prezidentin qarşıya qoyduğu vəzifələrin reallaşdırılmasına, hakimiyyət komandasının səfərbər olunaraq inamla ölkəni gələcəyə doğru aparmasına dəyərli töhfə versin" — Həsənov əlavə edib.

3217
Teqlər:
xarakter, birinci xanım institutu, Birinci vitse-prezident, Mehriban Əliyeva, Əli Həsənov, Azərbaycan
Əlaqədar
Mehriban Əliyeva: "Qəzalı binalarda yaşayanlar tezliklə yeni mənzillərə köçürülməlidir"
Mehriban Əliyeva: "Biz İslam aləmini bir araya gətiririk"
Mehriban Əliyeva yüksək mükafatla təltif olunub
Mehriban Əliyeva: "İslam dinini terrorla əlaqələndirənlərin sayı artır"
Lütfi Zadə Mehriban Əliyevanı təbrik etdi
Rusiya rəhbərliyi Mehriban Əliyevanı təbrik etdi
Şuşa, arxiv şəkli

Şuşada beşmərtəbəli binada yanğın olub

7
(Yenilənib 10:56 18.01.2021)
Şuşa şəhərində beşmərtəbəli binanın beşinci mərtəbəsində ümumi sahəsi 70 m² olan 4 otaqlı mənzilin yanar konstruksiyaları və qismən binanın dam örtüyü yanıb.

BAKI, 18 yanvar - Sputnik. Şuşa şəhərində beşmərtəbəli binanada yanğın hadisəsi baş verib.

Bu barədə Sputnik Azərbaycan-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Şuşa şəhərində beşmərtəbəli binanın beşinci mərtəbəsində ümumi sahəsi 70 m² olan 4 otaqlı mənzilin yanar konstruksiyaları və qismən binanın dam örtüyü yanıb. Qonşu mənzillər və binanın dam örtüyünün qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

7
YPX, avtomobili

DYP vətəndaşlara müraciət etdi

5
(Yenilənib 10:43 18.01.2021)
BDYPİ vətəndaşlardan müəyyən edilmiş qaydada icazəsi olmayanların respublikanın digər şəhər və rayonlarına, eləcə də əks istiqamətdə getməyə cəhd etməmələrini, göstərilən müddətədək səbirli olmaqla mövcud qaydalara ciddi riayət etmələrini xahiş edir

BAKI, 18 yanvar - Sputnik. Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) vətəndaşlara müraciət edib.

İdarədən Sputnik Azərbaycan-a daxil olan müraciətdə deyilir:

"Azərbaycan Respublikası Nazirlər Kabinetinin xüsusi karantin rejiminin müddətinin uzadılması və sərtləşdirilmiş karantin rejimində tətbiq edilən bəzi məhdudiyyətlərin aradan qaldırılması barədə müvafiq qərarına əsasən, Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərlərinin və Abşeron rayonunun ərazisinə, eləcə də Lənkəran, Masallı, Cəlilabad, Şəki, Zaqatala, Quba, Xaçmaz, Yevlax, Bərdə, Biləsuvar və İsmayıllı rayon mərkəzlərinin ərazilərinə (kənd və qəsəbələr istisna olmaqla) giriş-çıxışa tətbiq olunmuş məhdudiyyətlərin 2021-ci il 25 yanvar saat 00:00-dək uzadılmasını nəzərə alaraq, Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi bir daha vətəndaşlardan müəyyən edilmiş qaydada icazəsi olmayanların respublikanın digər şəhər və rayonlarına, eləcə də əks istiqamətdə getməyə cəhd etməmələrini, göstərilən müddətədək səbirli olmaqla mövcud qaydalara ciddi riayət etmələrini xahiş edir".

5
Səhiyyə naziri Oqtay Şirəliyev, arxiv şəkli

Səhiyyə naziri Oqtay Şirəliyev koronavirusa qarşı peyvənd olundu

6
(Yenilənib 10:53 18.01.2021)
Mütəxəssislər qeyd edir ki, vaksinasiyanın başlanması hələ xəstəliyin sona çatması və koronavirus üzərində tam qələbə demək deyil.

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 18 yanvar — Sputnik. Bu gündən Azərbaycanda koronavirusa qarşı peyvəndləmə işlərinə start verilir.

Sputnik Azərbaycan-ın məlumatına görə, Azərbaycanın Səhiyyə naziri Oqtay Şirəliyev Bakı Sağlamlıq Mərkəzində peyvənd olunub. Qeyd edək ki, virusa qarşı vaksinasiya strategiyası da təsdiq olunub. Strategiyanın hədəf qrupları iki yerə bölünür:

COVID-19 xəstəliyi əleyhinə vaksinasiya ilə əhatə olunan yüksək riskli

əhali qrupları aşağıdakılardır:

Sosial cəhətdən yüksək risk qrupu:

1. səhiyyə işçiləri (həkim, orta və kiçik tibb heyəti, texniki heyət) ;

2. hüquq mühafizə orqanlarının əməkdaşları;

3. hərbi qulluqçular;

4. saxlanılan, həbs edilmiş şəxslər və məhkumlar;

5. təhsil və sosial sektorda çalışanlar, sosial müəssisələrdə daimi

yaşayanlar, ASAN Xidmət və DOST mərkəzləri, ictimai nəqliyyat sektorunun,

telekommunikasiya operatorları və provayderlərinin və poçt sahəsində birbaşa əhali

ilə təmasda olan işçilərin və bank sektorunun birbaşa əhali ilə təmasda olan hissəsi;

Tibbi cəhətdən yüksək risk qrupu:

1. yaşlı əhali ≥65;

2. TSXX, xroniki hemodializ xəstələri, şəkərli diabet II tip (≥50),

piylənmə (≥18).

Qeyd edək ki, hazırda vaksinasiya prosesi ABŞ, Avropa ölkələri, Türkiyədə və dünyanın digər qabaqcıl ölkələrində aparılır. Azərbaycan da bu qabaqcıl ölkələr sırasındadır.

Mütəxəssislər qeyd edir ki, vaksinasiyanın başlanması hələ xəstəliyin sona çatması və koronavirus üzərində tam qələbə demək deyil. Bundan sonra da hər kəs karantin rejiminin tələblərinə əməl etməli, sosial məsafə, tibbi maska və digər qoruyucu vasitələrdən istifadəyə davam etməlidir.

6