Zakir Qaralov, Azərbaycan Respublikasının baş prokuroru

Baş prokuror da ordudakı casuslardan danışdı

314
(Yenilənib 12:39 06.06.2017)
Zakir Qaralov: "Casus şəbəkəsinin ifşasında Müdafiə Nazirliyinin rolu böyükdür"

BAKI, 6 iyun — Sputnik. "Bu casus şəbəkəsinin, cinayətkar qrupun ifşasında Müdafiə Nazirliyinin rolu böyükdür". APA-nın məlumatına görə, bunu bu gün Baş prokuror Zakir Qaralov deyib.

Baş prokuror deyib ki, bu cinayət işinin ətrafında Azərbaycan Ordusuna ləkə vurmaq istəyən qüvvələr, bəzi KİV həqiqətə uyğun olmayan, dövlət təhlükəsizliyimizə xələl gətirən məlumatlar, məqalələr dərc etməkdədir: "Artıq 6 KİV-ə Baş Prokurorluq tərəfindən rəsmi xəbərdarlıq edilib. Bütün KİV-i bu məlumatları işıqlandırmaqdan çəkinməyə çağırıram".

"Azərbaycan müharibə şəraitindədir, heç kəsin ixtiyarı yoxdur ki, Azərbaycan Ordusuna, onun hərbi qüdrətinə, qeyrətli övladlarımıza ləkə vursun. İstənilən hallar mövcud ola bilər, ancaq dövlətin qurumları bunun qarşısını alıb. Dövlətimizin hərbi qüdrəti üçün bu gün hər hansı təhlükə yoxdur" — Z. Qaralov bildirib.

314
Teqlər:
casus şəbəkəsi, cinayətkar qrup, Baş prokuror, Zakir Qaralov, Azərbaycan ordusu, Müdafiə Nazirliyi
Əlaqədar
Casusluq başında yaxalandılar
Casus printerlər evlərinizdə və iş yerlərinizdə dolaşır
İsrailin xeyrinə artıq heyvanlar da casusluq edirlər
Fətullahçı prokurorlar Almaniyaya casusluq etməyə razı oldular
Uşaqlar, arxiv şəkli

Müharibədən əziyyət çəkmiş uşaqlara göstərilən sosial-psixoloji dəstək gücləndiriləcək

5
(Yenilənib 23:15 27.11.2020)
Sənəddə Ermənistan–Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən əziyyət çəkmiş uşaqlara və onların ailələrinə sosial-psixoloji dəstək tədbirlərinin gücləndirilməsi öz əksini tapıb

BAKI, 27 noyabr — Sputnik. "Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı" yerli səviyyədə uşaqları müdafiə sistemini gücləndiməklə, ölkə üzrə uşaqları müdafiə mexanizminin təkmilləşdirilməsi və genişləndirilməsi istiqamətində tədbirlərin həyata keçirilməsini nəzərdə tutur. Sputnik Azərbaycan-ın məlumatına görə, bu, Prezident İlham Əliyevin 2020-ci il 27 noyabr tarixli Sərəncamı ilə təsdiq edilən "Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı"nda əksini tapıb.

Fəaliyyət Planında pandemiya və digər fövqəladə vəziyyətlər də nəzərə alınmaqla, uşaq hüquqlarının müdafiəsinə hərtərəfli yanaşma prinsipləri, xüsusi vəziyyətlərdə uşaqların bütün növ xidmətlərə təhlükəsiz çıxışında bərabərliyin təmin olunması məsələləri, xüsusilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən əziyyət çəkmiş uşaqlara və onların ailələrinə sosial-psixoloji dəstək tədbirlərinin gücləndirilməsi öz əksini tapıb. Eyni zamanda, xarici ölkələrdə münaqişə qurbanı olmuş və daha sonra ölkəmizə qaytarılmış Azərbaycan Respublikası vətəndaşı olan uşaqların cəmiyyətə reinteqrasiyası istiqamətində də fəaliyyətin həyata keçirilməsi nəzərdə tutulub.

Çətin həyat şəraitində, baxımsız və sosial təhlükəli vəziyyətdə olan uşaqların aşkarlanması və onların sosial müdafiəsi, reabilitasiyası, cəmiyyətə inteqrasiyası sahəsində tədbirlərin həyata keçirilməsi, eyni zamanda, ölkəmizdə alternativ qayğı xidmətlərinin inkişafı, həyatın bütün sahələrində uşaqlara qarşı zorakılığın qadağan olunması ilə bağlı qanunvericilik təkliflərinin işlənilməsi Fəaliyyət Planında xüsusi yer tutur.

5
Teqlər:
psixoloji yardım, sosial, reabilitasiya, əziyyət, müharibə, uşaqlar
Azərbaycan bayrağı, arxiv şəkli

Vətən müharibəsində iştirak edən gənclərə növbəti dəstək

16
(Yenilənib 22:37 27.11.2020)
"İşəgötürənlər üçün Əməkhaqqı Subsidiyası", "Biznesini Yarat Marafonu", "Peşəkar Gənclik Layihəsi"nin həyata keçirilməsi planlaşdırılır

BAKI, 27 noyabr — Sputnik. Dövlət Məşğulluq Agentliyi və Azərbaycan Respublikasının Gənclər Fondu ortaq layihələrə başlayacaq. Fonddan Sputnik Azərbaycan-a verilən məlumata görə, iki qurum tərəfindən "Gənclərin dayanıqlı məşğulluq proqramı"na start verilməsi və bu proqram çərçivəsində "İşəgötürənlər üçün Əməkhaqqı Subsidiyası", "Biznesini Yarat Marafonu", "Peşəkar Gənclik Layihəsi"nin həyata keçirilməsi planlaşdırılır.

Proqramın və həyata keçiriləcək layihələrin müzakirəsi məqsədilə Dövlət Məşğulluq Agentliyi və Gənclər Fondu arasında onlayn görüş keçirilib. Görüşdə Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli, Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov və iki qurumun əməkdaşları iştirak ediblər.

Bildirilib ki, layihələrin icrası zamanı işsiz və işaxtaran, ixtisası və peşəsi olmayan, əmək qabiliyyətli əlilliyi olan, risk qrupuna daxil olan gənclərlə yanaşı, Vətən müharibəsində iştirak edən, ikinci Qarabağ müharibəsi nəticəsində zərər görən və ya şəhid ailəsinin üzvü olan gənclərə üstünlük veriləcək.

Qeyd edilib ki, layihənin əsas məqsədi də xüsusilə həssas qrupdan olan gənclərin sosial müdafiəsinin gücləndirilməsi, məşğulluqlarının təmin edilməsi, gənclərdə rəqabətə davamlılığın artırılması, mövcud potensiallarının reallaşdırılmasıdır.

Görüşdə hər iki qurumun üzərinə düşən öhdəliklər də müzakirə edilib və vəzifə bölgüsü aparılıb. Yaxın günlərdə "Gənclərin dayanıqlı məşğulluq proqramı" və proqram çərçivəsində həyata keçiriləcək layihələr ictimaiyyətə geniş təqdim ediləcək.

16
Teqlər:
əməkhaqqı, biznes, , dəstək, iştirakçı, qazi, Qarabağ, Vətən müharibəsi