Goranboyda yol qəzası nəticəsində 4 nəfər yaralanıb

CC0 / blickpixel / Car crushSınmış avtomobil şüşəsi, arxiv şəkli
Sınmış avtomobil şüşəsi, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırma aparılır

BAKI, 4 iyun — Sputnik. Bakı-Qazax yolunun Goranboy rayonunun Dəliməmmədli şəhəri ərazisindən keçən hissəsində 4 nəfərin xəsarət alması ilə nəticələnən qəza baş verib.

"Report"un məlumatına görə, hadisə dövlət qeydiyyat nişanı "32-BA-928" olan "VAZ-2106" markalı avtomobillə "20-BJ-016" dövlət qeydiyyat nişanlı "VAZ-21015"in toqquşması nəticəsində qeydə alınıb.

Qəza zamanı iki nəfər — Goranboy rayon sakinləri, 1989-cu il təvəllüdlü Əliyev Vüqar Çingiz oğlu və 1982-ci il təvəllüdlü Mollayev Boris Mikayıl oğlu xəsarət alaraq Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Onların hər ikisi Hər ikisi "VAZ-21015" markalı avtomobildə olub. Yaralılardan birinin vəziyyəti ağır, digərininki isə orta-ağırdır. Digər avtomaşında olan iki nəfərin isə xəsarətləri yüngül olub.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırma aparılır.

Xəbər lenti
0