Birinci vitse-prezident

Birinci vitse-prezidentin Katibliyinin rəisi təyin olundu

3537
(Yenilənib 16:56 01.06.2017)
Azərbaycanın Birinci vitse-prezidentinin Katibliyinin rəisi vəzifəsinə təyinat olub

BAKI, 1 iyun — Sputnik. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın Katibliyinin rəisi vəzifəsinə təyinat olub. Sputnik Azərbaycan xəbər verir ki, bununla bağlı müvafiq sərəncam imzalanıb.

Sərəncama əsasən Altay Həsənov Katibliyin rəisi təyin edilib.

Altay Həsənov
Altay Həsənov

3537
Teqlər:
Birinci vitse-prezident, Mehriban Əliyeva, Azərbaycan Respublikası
Əlaqədar
Birinci vitse-prezident alimə mükafat təqdim etdi
Birinci vitse-prezident prioritet istiqaməti açıqladı
İlham Əliyevin Birinci vitse-prezidentlə bağlı təklifi qəbul edildi
Birinci vitse-prezident qarşıdakı əsas vəzifəni göstərdi
Miri Yusif

Miri Yusif qazilər üçün pul toplayacaq

0
(Yenilənib 19:13 26.01.2021)
İTV-nin efirində yayımlanacaq və müğənninin ən sevilən mahnılarından ibarət konsertin aparıcıları Nərgiz Cəlilova və Saleh Bağırov olacaq

BAKI, 26 yanvar — Sputnik. Yanvarın 31-də Xalq artisti Miri Yusifin "Yaşat" adlı televiziya konserti olacaq.

Sputnik Azərbaycan xəbər verir ki, konsert Vətən müharibəsində canından keçən müqəddəs şəhidlərimizin ailələrinə və qəhrəman qazilərimizə dəstək məqsədi daşıyır. Konsert zamanı hər bir izləyici ianə edə biləcək və bu ianələr "YAŞAT" Fonduna köçürülərək birbaşa şəhid və qazi ailələrinə yönləndiriləcək.

Konsert "SS Production" şirkətinin və İctimai Televiziyanın birgə təşkilatçılığı ilə reallaşacaq.

İTV-nin efirində yayımlanacaq və müğənninin ən sevilən mahnılarından ibarət konsertin aparıcıları Nərgiz Cəlilova və Saleh Bağırov olacaq. Konsertin informasiya dəstəkçisi "Nargis" jurnalıdır.

Təşkilatçılar hər kəsi yanvarın 31-də saat 18:15-də yayımlanacaq konserti izləməyə və qələbəni bizə yaşadanlara dəstək olmağa çağırır!

0
Teqlər:
ianə, YAŞAT Fondu, mahnı, konsert, Miri Yusif
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi

Rusiyalı diplomat Azərbaycan XİN-ə çağırıldı

3
(Yenilənib 19:34 26.01.2021)
Səfirlik əməkdaşı ilə görüşdə Dövlət Dumasının üzvünün Azərbaycan əleyhinə atdığı növbəti təxribatçı addımı Azərbaycan və Rusiya arasında mövcud olan yüksək səviyyəli münasibətlərə tamamilə zidd olduğu vurğulanıb

BAKI, 26 yanvar - Sputnik. Bu gün Rusiya Federasiyasının Bakıdakı səfirliyinin müvəqqəti işlər vəkili Xarici İşlər Nazirliyinə çağırılıb.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Azərbaycan XİN-in məlumatında deyilir.

Görüşdə Rusiya Dövlət Dumasının hakim “Vahid Rusiya” partiyasından olan üzvü Vitali Milonovun erməni KİV-nə müsahibəsi zamanı Azərbaycan dövlətinə və xalqına qarşı qəbuledilməz ifadələr işlətməsi məsələsi Rusiya səfirliyinin müvəqqəti işlər vəkili qarşısında qaldırılıb, Dövlət Dumasının üzvünün bu davranışını qəti şəkildə pislənilib.

Həmçinin Rusiya Dövlət Dumasının üzvü V.Milonovun Azərbaycan əleyhinə atdığı növbəti təxribatçı addımı Azərbaycan və Rusiya arasında mövcud olan yüksək səviyyəli münasibətlərə tamamilə zidd olduğu vurğulanıb. V.Milonovun səsləndirdiyi fikirlərin Moskvanın rəsmi mövqeyini əks etdirmədiyi və bu kimi addımların ölkələr arasında münasibətlərə xələl gətirmək və əldə olunan razılaşmanın həyata keçirilməsinə əngəl törətmək məqsədi daşıdığı vurğulanıb.

3
Teqlər:
diplomat, səfirlik, Rusiya, Azərbaycan, XİN