N saylı hərbi hissənin əsgərləri. Arxiv şəkli

Ordumuza dəstək məqsədilə toplanan vəsaitin məbləği açıqlandı

82
(Yenilənib 13:00 01.06.2017)
İyunun 1-dək Silahlı Qüvvələrə Yardım Fonduna daxil olan vəsait bəlli oldu

BAKI, 1 iyun — Sputnik. Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 17 avqust tarixli, 755 nömrəli Fərmanı ilə təsdiq edilmiş Silahlı Qüvvələrə Yardım Fonduna 1 iyun 2017-ci il tarixədək daxil olmuş vəsaitin məbləği açıqlanıb. Sputnik Azərbaycan Müdafiə Nazirliyinin (MN) rəsmi saytına istinadən xəbər verir ki, bu müddətdə Fonda 82.414.536,16 AZN, 212.873,88 ABŞ dolları, 7436,0 avro və 5000,0 rubl vəsait daxil olub.

82
Teqlər:
daxil, məbləğ, Silahlı Qüvvələrə Yardım Fondu, vəsait, Azərbaycan Respublikası
Əlaqədar
Silahlı Qüvvələrə Yardım Fonduna 212 min dollar vəsait daxil olub
Silahlı Qüvvələrə Yardım Fonduna daxil olan vəsaitin məbləği açıqlandı
Silahlı Qüvvələrə Yardım Fonduna daxil olan vəsaitin məbləği açıqlandı
Silahlı Qüvvələrə Yardım Fonduna daxil olan vəsait açıqlandı
Silahlı Qüvvələrin Yardım Fonduna 66 milyon manat toplanıb
Silahlı Qüvvələrə Yardım Fonduna 64 mln manata yaxın vəsait yığılıb
Bakı şəhərinə mənzərə, arxiv şəkli

Azərbaycanın xoşbəxtlər arasında yeri açıqlanıb

3
(Yenilənib 18:34 26.11.2020)
Xoşbəxtlik indeksinə görə, Rusiya bu siyahıda 71, Türkiyə 91, Ermənistan 114, Gürcüstan 115, İran 116-cı yerdə qərarlaşıb.

BAKI, 26 noyabr — Sputnik. Dünya ölkələrinin xoşbəxtlik indeksi açıqlanıb.  

Sputnik Azərbaycan-ın theglobaleconomy.com-a istinadən xəbərinə görə, xoşbəxtlik indeksinə görə, Azərbaycan 5.16 indeksi ilə 150 ölkə sırasında 87-ci olub.

Rusiya bu siyahıda 71, Türkiyə 91, Ermənistan 114, Gürcüstan 115, İran 116-cı yerdə qərarlaşıb.

Qeyd edək ki, xoşbəxtlərin siyahısında ilk üçlükdə ardıcıl olaraq Finlandiya, Danimarka və İsveçrə qərarlaşıb.

3
Teqlər:
Gürcüstan, Ermənistan, Türkiyə, İsveçrə, Danimarka, Finlandiya, Azərbaycan, Rusiya
Nurlan İbrahimov, arxiv şəkli

"Qarabağ" klubu onun mətbuat katibinə qarşı UEFA-dan ağlasığmaz qərar

5
Dağlıq Qarabağ münaqişəsi zamanı Facebook sosial şəbəkəsində ermənilərlə bağlı paylaşımına görə, UEFA "Qarabağ" klubunun Mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimovu futboldan ömürlük kənarlaşdırıb.

BAKI, 26 noyabr — Sputnik. UEFA "Qarabağ" klubunun Mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimovu futboldan ömürlük kənarlaşdırmaq barədə qərar verib.

Sputnik Azərbaycan UEFA-nın rəsmi saytına istinadla xəbər verir ki, İbrahimov Dağlıq Qarabağ münaqişəsi zamanı Facebook sosial şəbəkəsində ermənilərlə bağlı paylaşımına görə bu cəzaya məruz qalıb.

Bununla yanaşı, qurum Ağdam klubunu da 100 000 avro məbləğində cərimələyib.

UEFA daha əvvəl İbrahimova qarşı "İrqçi və digər ayrı-seçkilik davranışı" və "Əsas davranış qaydalarının pozulması" maddəsi ilə intizam işi açmışdı.

"Qarabağ" klubu da öz növbəsində Nurlan İbrahimovla bağlı UEFA-nın yekun qərarına etiraz edəcək.

Bu barədə "Report"a Ağdam təmsilçisinin direktoru Emrah Çelikel məlumat verib.

Çelikel bildirib ki, klub bu yöndə lazımi tədbirləri görəcək: "Xəbər hələ çox yenidir, cəmi 15 - 20 dəqiqə əvvəl almışıq. Nə cür addım atacağımıza rəhbərliklə müzakirələrdən sonra qərar verəcəyik".

Çelikəl qərardan apellyasiya veriləcəyini də söyləyib: "Klubun mövqeyindən və Nurlan tərəfdən baxanda cəza çox ağırdır. UEFA-nın tabeliyində olan klub kimi onların qərarlarına hörmət etmək borcumuzdur. Ancaq haqsızlıq olduğunu düşündüyümüz halda lazımi etirazları edəcəyik. Qərarla bağlı UEFA-ya mütləq müraciət olunacaq".

5
Teqlər:
ermənilər, Ermənistan, UEFA, "Qarabağ", Qarabağ FK