Milli Məclisin sədri Oqtay Əsədov, arxiv şəkli

Azərbaycan-Latviya əlaqələri möhkəmlənir

32
(Yenilənib 14:55 31.05.2017)
Oqtay Əsədovun başçılıq etdiyi nümayəndə heyəti Latviya prezidenti ilə görüşüb

BAKI, 31 may — Sputnik. Latviyada rəsmi səfərdə olan Milli Məclisin sədri Oqtay Əsədovun başçılıq etdiyi nümayəndə heyəti bu ölkənin Baş naziri Maris Kuçinskis ilə görüşüb. Milli Məclisin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, baş nazir M.Kuçinskis Azərbaycan ilə açıq və konstruktiv siyasi dialoqu yüksək qiymətləndirərək qeyd edib ki, iki ölkənin iqtisadi sahədə əməkdaşlığı da yüksələn xətlə inkişaf edir.

Milli Məclisin sədri Oqtay Əsədov deyib ki, ölkələrimiz arasında imzalanmış 34 sənəd əməkdaşlığın qurulması üçün möhkəm normativ-hüquqi bazadır. İki ölkənin ərazi bütövlüyü və dövlətlərin suverenliyi kimi beynəlxalq hüquq prinsiplərinin aliliyinə dair prinsipial mövqe dəyişməz qalır.

Görüşdə Azərbaycan ilə Latviyanın qarşılıqlı əlaqələri və əməkdaşlıq perspektivləri müzakirə olunub. Həmin gün Latviya Prezidenti Raymonds Veyonis Milli Məclisin sədri Oqtay Əsədovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Latviya Prezidenti nümayəndə heyətini səmimi salamlayıb və Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə təbriklərini çatdırıb.

Yüksək diqqətə və qonaqpərvərliyə görə Prezidentə təşəkkür edən Oqtay Əsədov qeyd edib ki, Azərbaycan ilə Latviya dost və tərəfdaş ölkələrdir. Sevindirici haldır ki, hazırda siyasi münasibətlərin müsbət məcrada inkişafı müşahidə olunur. Ənənəyə çevrilən qarşılıqlı səfərlər və yüksək səviyyədə görüşlər ikitərəfli münasibətlərin daha da dərinləşməsinə töhfə verir.

Latviya Prezidenti vurğulayıb ki, ölkəsi ilə Azərbaycan arasında siyasi dialoqun intensivliyini belə bir fakt da sübut edir ki, hər iki ölkənin xarici işlər, iqtisadiyyat, nəqliyyat və müdafiə nazirləri daim əlaqə saxlayırlar. R.Veyonis məmnunluq hissi ilə qeyd edib ki, iki dövlət arasında körpü rolunu oynayan Azərbaycan icması Latviyanın ayrılmaz tərkib hissəsinə çevrilib.

R.Veyonis bildirib ki, hazırda Azərbaycan enerji və tranzit sektorlarında Avropa İttifaqının mühüm tərəfdaşıdır. Latviya bir sıra enerji layihələrində, o cümlədən TAP və TANAP kimi layihələrdə Azərbaycanın rolunu yüksək qiymətləndirir.

Oqtay Əsədov vurğulayıb ki, Milli Məclis GUAM PA çərçivəsində Baltik Assambleyası ilə sıx əməkdaşlıq edir. Bu əməkdaşlıq Azərbaycan və Latviya parlamentləri arasında əlaqələrin möhkəmlənməsinə xidmət edir.

İkitərəfli münasibətlərin dərinləşməsinin əhəmiyyətini vurğulayan tərəflər ümidvar olduqlarını bildiriblər ki, belə məxsusi maraq və diqqət Azərbaycan ilə Latviya arasında qarşılıqlı tarixi əlaqələrin genişlənməsinə və inkişafına bundan sonra da kömək edəcək. Mayın 30-da nümayəndə heyəti Vətənə qayıdıb.

32
Teqlər:
Raymonds Veyonis, Maris Kuçinskis, nümayəndə heyəti, Oqtay Əsədov, Milli Məclis, Latviya, Azərbaycan, prezident
Əlaqədar
Latviya XİN başçısı: “Dağlıq Qarabağda vəziyyətin gərginləşməsindən narahatıq”
Latviyada rus dilinə birdəfəlik qadağa
Azərbaycandan Yunanıstan və Latviyaya etiraz
Sputnik Latviya fəaliyyətini bərpa etdi
Latviya miqrantlara görə Rusiya ilə sərhəddə sədd çəkmək istəyir
Həbsxana, arxiv şəkli

Həbsə alternativlər: kimlərin cəzası yumşaldılıb?

10
Nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrumetmə cəzasına məhkum olunanların sayı 1.222, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzasına məhkum edilənlərin sayı isə 425 nəfər təşkil edir

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 8 avqust — Sputnik. "Ölkə Prezidentinin 2017-ci il fevralın 10-da imzaladığı cəza siyasətinin humanistləşdirilməsinə dair Sərəncamının icrası çərçivəsində görülən tədbirlər öz real bəhrəsini verir, artıq azadlıqdan məhrumetməyə alternativ cəzaların tətbiqinə üstünlük verilərək onların səmərəli icrası təmin edilir. Cəzaların icrası sahəsində həyata keçirilən islahatlar insanların azadlıq hüququnun qorunmasına və məhkum olunan şəxslərin cəmiyyətdən təcrid olunmadan islah edilməsinə və sosial adaptasiyasına xidmət edir. Son illər azadlıqdan məhrumetməyə alternativ cəzaların daha geniş tətbiq olunması nəticəsində Ədliyyə Nazirliyi Probasiya Xidmətinin qeydiyyatında olan şəxslərin sayı cari ilin 6 ayı ərzində 19 188 nəfər olub".

Bu barədə Ədliyyə Nazirliyindən Sputnik Azərbaycan-ın sorğusuna cavab olaraq bildirilib.

Qeyd olunub ki, onlardan 4.980 azadlığın məhdudlaşdırılması, 6.217 cərimə, islah və ictimai işlər, 2.566 cəzadan şərti olaraq vaxtından əvvəl azad edilən, 2.481 şərti məhkum edilən və 157 nəfər cəza çəkməsi təxirə salınan şəxslərdir. Nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrumetmə cəzasına məhkum olunanların sayı 1.222, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzasına məhkum edilənlərin sayı isə 425 nəfər təşkil edir.

"Həmçinin, ictimai işlər növündə inzibati tənbeh tətbiq edilmiş 705 nəfər, alkoqolizm və ya narkomaniyadan müalicə məqsədilə barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş 435 nəfər probasiya nəzarətindədir. Azadlıqdan məhrumetməyə alternativ cəzaların icrası diqqətdə saxlanılaraq bu dövrdə 5.045 şəxs cəza müddətinin başa çatması ilə əlaqədar və digər qanuni əsaslarla probasiya qeydiyyatından çıxarılıb. Onlardan cəza çəkməkdən boyun qaçıran 319 nəfərin cəzası isə məhkəmələr tərəfindən daha ağır cəza növü, o cümlədən 113 nəfərin cəzası azadlıqdan məhrum etmə cəzası ilə əvəz olunub", - deyə nazirlikdən verilən məlumatda bildirilib.

10
Əlaqədar
Koronavirusa yoluxan məhbusların hamısı sağalıb - Ədliyyə Nazirliyi
DTX dövlətə xəyanət edən ər-arvadı həbs edib
Beş minə yaxın məhkuma elektron nəzarət vasitələri tətbiq edilib

Azərbaycan XİN erməni əsilli livanlıların Qarabağa köçürülməsinə münasibət bildirdi

4
(Yenilənib 19:34 08.08.2020)
"Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistanın məqsədyönlü məskunlaşdırma siyasətinə son qoyulması tələbimiz bundan sonra da beynəlxalq birlik qarşısında qəti şəkildə qaldırılacaq" - Leyla Abdullayeva

BAKI, 8 avqust — Sputnik. "Təcavüzkar Ermənistanın hərbi işğal altında saxladığı Dağlıq Qarabağ və ətraf ərazilərimizdəki qeyri-qanuni fəaliyyəti, o cümlədən qanunsuz məskunlaşdırma siyasəti tərəfimizdən beynəlxalq təşkilatlar çərçivəsində qaldırılır. İlk dəfə deyil ki, Ermənistan bölgədəki vəziyyətdən öz mənfur məqsədləri üçün istifadə edərək bəzi Yaxın Şərq ölkələrindəki erməni əsilli əhalinin Azərbaycanın beynəlxalq tanınmış Dağlıq Qarabağ və ətraf bölgələrində qanunsuz məskunlaşdırılması cəhdlərinə əl atır".

Sputnik Azərbaycan bildirir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Leyla Abdullayeva bəzi KİV-lərdə Livanda baş vermiş partlayışdan sonra bu ölkədəki erməni əsilli livanlıların ölkəmizin işğal olunmuş ərazilərinə köçürülməsi ilə bağlı məlumatları şərh edərkən deyib.

"Ermənistan tərəfindən həyata keçirilən qanunsuz məskunlaşdırma faktı ATƏT-in faktaraşdırıcı missiyalarının hesabatlarında da qeydə alınıb. Əlbəttə, Ermənistanın bu əməlləri beynəlxalq humanitar hüququn, eləcə də 1949-cu il Cenevrə Konvensiyası və onun əlavə Protokollarının kobud pozulmasıdır.

İşğalçı Ermənistanın məqsədi bu torpaqlarda ermənilərin sayını süni şəkildə artıraraq, ərazilərin etnik-mədəni xüsusiyyətlərinin dəyişdirilməsi və beləliklə də ilhaqçı siyasətin həyata keçirilməsidir. Azərbaycanın beynəlxalq tanınmış ərazilərində Ermənistanın qanunsuz məskunlaşdırma siyasəti ilə bağlı, o cümlədən Ermənistanın Livandakı faciədən öz qanunsuz məqsədləri üçün istifadə etmək niyyətləri ilə bağlı ciddi narazılığımız ATƏT-in Minsk Qrupunun həmsədrləri qarşısında qaldırılıb.

Ermənistan dərk etməlidir ki, bu qanunsuz fəaliyyət və süni məskunlaşdırma cəhdləri onun gözlədiyi nəticələri verməyəcək. İşğal olunmuş Dağlıq Qarabağ və ətraf ərazilərin azərbaycanlı əhalisi öz evlərinə və mülklərinə geri qayıdacaq və işğalçı Ermənistan bütün qanunsuz əməllərinə görə cavab verəcək.

Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistanın məqsədyönlü məskunlaşdırma siyasətinə son qoyulması tələbimiz bundan sonra da beynəlxalq birlik qarşısında qəti şəkildə qaldırılacaqdır", - Leyla Abdullayeva bildirib.

4
Əlaqədar
XİN: Beyrutda partlayışda azərbaycanlıların xəsarət alması ilə bağlı məlumat yoxdur
Azərbaycan XİN-i Zöhrab Mnatsakanyanın cavabını verdi
XİN: Ermənistanın danışıqların formatını dəyişdirmək cəhdləri qəbuledilməzdir
Aİ-nin Azərbaycandakı nümayəndəsi və Belçika səfiri XİN-ə çağırıldı
XİN: Ermənistanın mövqeyi danışıqlardan qaçmaq kimi qiymətləndirilməlidir
Tibb işçisi Dövlət Gömrük Komitəsinin hospitalında, arxiv şəkli

Koronavirusun daha bir qeyri-adi simptomu üzə çıxıb

0
(Yenilənib 20:30 08.08.2020)
Davamlı hıçqırıq koronavirusun simptomu ola bilər. Bu barədə "The American Journal of Emergency Medicine" jurnalında dərc olunmuş hesabatda bildirilir.

BAKI, 8 avqust — Sputnik. Davamlı hıçqırıq koronavirusun simptomu ola bilər. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "The American Journal of Emergency Medicine" jurnalında dərc olunmuş hesabatda bildirilir.

Həkimlər şəkərli diabet, hipertoniya və ürəyin işemik xəstəliyindən əziyyət çəkən 62 yaşlı Çikaqo sakininin xəstəliyinin gedişini açıqlayıblar. Aprel ayında o, dörd gün davam edən hıçqırığa görə həkimlərə müraciət edib. 

Xəstədə koronavirusun əsas simptomları sayılan öskürək, qızdırma, burnun tutulması, boğaz ağrısı və təngnəfəslik olmayıb.

Müayinə zamanı pasiyentin hərarətinin 37,3 dərəcə olduğu məlum olub, COVID-19 testi isə pozitiv çıxıb. Döş qəfəsinin rentgeni ağciyərlərdə kiçik qaralmaların olduğunu göstərib. Bundan sonra kişini koronaviruslu xəstələr şöbəsinə göndəriblər və onun halı orada pisləşib.

Daha sonra çikaqolunu koronavirusa qarşı effektiv dərman sayılan malyariya əleyhinə hidroksixlorin preparatı ilə müalicə ediblər. Bir müddət sonra ÜST bu dərmanın koronavirusa qarşı effektsiz olduğunu etiraf edib. Lakin üç gündən sonra kişinin vəziyyəti sabitləşib və onu xəstəxanadan evə buraxıblar.

"Bildiyimiz qədər, bu, tibbi ədəbiyyatda COVID-19 xəstəsi olan şəxsin davamlı hıçqırıqdan şikayət etməsinə dair ilk hesabatdır", - məqalədə bildirilir. Həkimlər həmkarlarını davamlı hıçqırıqdan şikayət edən digər pasiyentlərə də çox diqqətlə yanaşmağa çağırıblar və qeyd ediblər ki, koronavirusa yoluxma getdikcə daha çox atipik simptomlarla üzə çıxır.

0
Mövzu:
Dünyanı cənginə almış bəla
Əlaqədar
Azərbaycanda COVID-19-a yoluxanların sayı xeyli azaldı
Vəssalam! Koronavirusun dərmanına patent aldılar
Bizimkilər qərar verərkən bu rəqəmlərə mütləq baxırlar
Rusiyada koronavirus peyvəndlərini ilk kimlərin alacağı açıqlandı
COVID-19-dan ölüm riskini artıran gözlənilməz amil açıqlanıb