Nəhəng şirkətin Bakı ilə bağlı gözləntisi var

© Official website of President of Azerbaijan Republicİlham Əliyev Statoil şirkətinin icraçı vitse-prezidentinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
İlham Əliyev Statoil şirkətinin icraçı vitse-prezidentinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib - Sputnik Azərbaycan
Abunə olmaq
İlham Əliyev "Statoil" şirkətinin icraçı vitse-prezidentinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

BAKI, 30 may — Sputnik. Prezident İlham Əliyev "Statoil" şirkətinin beynəlxalq inkişaf və istehsal üzrə icraçı vitse-prezidenti Lars Kristian Baxerin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Bu barədə Sputnik Azərbaycan dövlət başçısının rəsmi saytına istinadən xəbər verir.

Azərbaycan prezidenti İlham Əliyev Respublika Günü münasibətilə keçirilən rəsmi qəbulda çıxış edərkən - Sputnik Azərbaycan
İlham Əliyev: "Biz indi bir çox ölkələr üçün nümunəyik"

Azərbaycanın uzun illərdir "Statoil" şirkəti ilə uğurla əməkdaşlıq etdiyini vurğulayan dövlətimizin başçısı, şirkətin baş icraçı direktoru Eldar Saetre ilə Davosda keçirdiyi görüşü məmnunluqla xatırlayıb. Bakıda keçiriləcək 24-cü Beynəlxalq Xəzər Neft və Qaz sərgisinin əhəmiyyətinə toxunan Prezident İlham Əliyev, "Statoil" şirkətinin ənənəvi olaraq bu sərgidə iştirak etdiyini vurğulayıb.

"Statoil" şirkətinin beynəlxalq inkişaf və istehsal üzrə icraçı vitse-prezidenti Lars Kristian Baxer Respublika Günü münasibətilə dövlətimizin başçısına təbriklərini çatdırıb. Bakıda keçirilən Beynəlxalq Xəzər Neft və Qaz sərgisinin önəmini qeyd edən Lars Kristian Baxer, şirkətin nümayəndə heyətinin bu tədbiri səbirsizliklə gözlədiyini deyib.

"Statoil" şirkətinin SOCAR ilə uğurlu əməkdaşlıq həyata keçirdiyini vurğulayan Lars Kristian Baxer şirkətin "Azəri-Çıraq-Günəşli" layihəsində iştirakından böyük məmnunluq hissi keçirdiklərini vurğulayıb. Görüşdə Azərbaycan ilə "Statoil" şirkəti arasında əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Xəbər lenti
0