Sputnik Azərbaycan-ın redaksiyası

Sputnik Azərbaycan ilk onluğa daxil oldu

168
Sputnik Azərbaycan ölkənin ən çox oxunan onlayn KİV-lərinin ilk onluğuna daxil olub

BAKI, 17 may — Sputnik. Sputnik Azərbaycan İnformasiya Agentliyinin internet portalı, Liveinternet reytinqinə əsasən, ölkədə ən çox oxunan onlayn KİV-lərin ilk onluğuna daxil olub. Reytinq 2017-ci ilin aprel ayı üzrə unikal istifadəçilərin hesablanmasına əsaslanır. Liveinternet-də ən çox oxunan KİV-lər sırasına Sputnik Azərbaycan-la (www.sputnik.az) yanaşı, ölkənin oxu.az, milli.az, day.az və haqqin.az kimi aparıcı internet resursları daxildir.

Sputnik Azərbaycan-ın rəhbəri Əziz Əliyev hadisəyə belə qiymət verib: "Biz şadıq ki, Azərbaycanın ən çox oxunan 10 internet resursu sırasında Sputnik də var. Bu, saytımızın oxucular üçün maraqlı olduğunu təsdiq edir. Azərbaycanda kifayət qədər vacib mövzu var və Sputnik redaksiyası onları yeni formatda işləyib oxuculara təqdim etməyə çalışır. Biz bundan sonra da oxucularımızı maraqlı və keyfiyyətli materiallarla sevindirməyə davam edəcəyik".

Xatırladaq ki, Sputnik Azərbaycan 2015-ci ilin may ayından fəaliyyət göstərir. Agentliyə Azərbaycan və rus dillərində informasiya portalı, radioresurs və müasir multimedia mərkəzi daxildir. Agentliyin internet portalı ölkənin ən çox oxunan KİV-lərinin ilk onluğuna daxildir*.

Sputnik Azərbaycan onlarla ölkədə informasiya və multimediya bölmələri fəaliyyət göstərən xəbər agentliyi və radionun tərkibinə daxildir. Sputnik özündə 30 dildə sayt, analoq və rəqəmsal radioyayım, mobil tətbiqləri və sosial şəbəkələrdə səhifələri birləşdirir. Sputnik xəbər lentləri abunəçilər üçün gün boyu ingilis, ərəb, ispan və çin dillərində çıxır.

*Liveinternet-in 1 may 2017-ci il tarixinə olan məlumatlarına əsasən

168
Teqlər:
onluq, Liveinternet, internet portalı, Sputnik Azərbaycan İnformasiya Agentliyi, KİV
Əlaqədar
Polad Bülbüloğlu Sputnik-ə mühüm mətləblər açıqladı
Bəşər Əsəd Sputnik-ə sensasion faktlar açıqladı
İlham Əliyevin Sputnik-ə müsahibəsini əks etdirən albom Prezident Kitabxanasında
Sputnik-dən "Sən Supersən!"in iştirakçılarına xüsusi hədiyyə
"Qaynar xətt" Sputnik-in əməkdaşına həvalə edilib

ANAMA ləğv edildi, əvəzində yeni agentlik yaradıldı

5
(Yenilənib 18:28 15.01.2021)
Yeni yaradılmış Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi ANAMA-nın hüquqi varisidir, onun hüquq və öhdəlikləri, habelə əmlakı Agentliyə keçir.

BAKI, 15 yanvar - Sputnik. Prezident İlham Əliyev Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin yaradılması haqqında fərman imzalayıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, fərmana əsasən, Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin əsasında publik hüquqi şəxs statuslu Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi yaradılır.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (bundan sonra – Agentlik) Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin hüquqi varisidir, onun hüquq və öhdəlikləri, habelə əmlakı Agentliyə keçir.

3. Müəyyən edilsin ki:

3.1. Agentlik Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərinin, habelə müharibə və hərbi əməliyyatların təsirinə məruz qalmış digər ərazilərin minalardan, partlamamış hərbi sursatdan, tərkibində partlayıcı olan qurğulardan və digər partlayıcı qalıqlardan təmizlənməsi, həmçinin onların müvəqqəti saxlanılması, daşınması, zərərsizləşdirilməsi sahəsində fəaliyyət göstərən, habelə bu sahədə digər zəruri işlərin təşkilini, fəaliyyətin planlaşdırılmasını, əlaqələndirilməsini və idarə edilməsini həyata keçirən publik hüquqi şəxsdir;

3.2. Agentliyin fəaliyyətinə rəhbərliyi həyata keçirmək üçün 3 (üç) üzvdən – sədr və onun 2 (iki) müavinindən ibarət İdarə Heyəti yaradılır.

4. Agentliyin təsisçisinin səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilsin:

4.1. Azərbaycan Respublikasının Prezidentinə:

4.1.1. Agentliyin nizamnaməsinin təsdiq olunması və nizamnamə fondunun miqdarının müəyyən edilməsi, onların dəyişdirilməsi;

4.1.2. Agentliyin idarəetmə orqanlarının yaradılması;

4.1.3. Agentliyin İdarə Heyəti sədrinin və onun müavinlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi;

4.1.4. Agentliyin yenidən təşkili və ləğvi;

4.2. Agentliyə:

4.2.1. “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsində publik hüquqi şəxsin təsisçisinin səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həlli.

5. Agentliyin fəaliyyətinin təşkili və təmin edilməsi xərcləri dövlət büdcəsinin vəsaiti və qanunla qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdirilir.

6. Azərbaycan Respublikası Prezidentinin Administrasiyası Agentliyin nizamnaməsinin layihəsini 15 gün müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

7. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

7.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

7.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

7.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

7.4. Agentliyin dövlət qeydiyyatına alınması üçün onun nizamnaməsi təsdiq edildikdən sonra 3 (üç) gün müddətində “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tədbirlər görsün;

7.5. dövlət qeydiyyatına alındığı gündən Agentliyin inzibati bina ilə təmin olunması və maddi-texniki təminatı məsələlərinin həlli üçün bir ay müddətində tədbirlər görüb Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

7.6. Azərbaycan Respublikası Ərazilərinin Bərpası və Yenidən Qurulması üzrə Agentliyin ləğv edilməsi ilə bağlı müvafiq tədbirlər görsün;

7.7. Agentlik dövlət qeydiyyatına alındığı gündən bir ay müddətində Azərbaycan Respublikası Ərazilərinin Bərpası və Yenidən Qurulması üzrə Agentliyin və Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin balansındakı əmlakın Agentliyin balansına verilməsini təmin etsin;

7.8. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

8. Agentlik “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı günədək Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik və Azərbaycan Respublikası Ərazilərinin Bərpası və Yenidən Qurulması üzrə Agentlik öz fəaliyyətini davam etdirsin.

9. Agentlik:

9.1. Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin işçilərinin Agentlikdə müvafiq vəzifəyə təyin olunması üçün tədbirlər görsün və nəticəsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin;

9.2. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

10. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi:

10.1. bu Fərmanın 5-ci hissəsinə uyğun olaraq maliyyələşməni təmin etsin;

10.2. Agentliyin saxlanılması və fəaliyyəti üçün tələb olunan vəsaiti hər il üçün dövlət büdcəsinin layihəsində nəzərdə tutsun.

11. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin".

Prezident İlham Əliyev həmçinin “Azərbaycan Respublikasının Hərbi Əməliyyatlar Nəticəsində İşğal Olunmuş və Bununla Əlaqədar Zərər Çəkmiş Ərazilərinin Bərpası və Yenidən Qurulması üzrə Dövlət Komissiyasının nəzdində Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Agentliyin (ANAMA) yaradılması barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 18 iyul tarixli 854 nömrəli Sərəncamının ləğv edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamla “Azərbaycan Respublikasının Hərbi Əməliyyatlar Nəticəsində İşğal Olunmuş və Bununla Əlaqədar Zərər Çəkmiş Ərazilərinin Bərpası və Yenidən Qurulması üzrə Dövlət Komissiyasının nəzdində Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Agentliyin yaradılması barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 18 iyul tarixli 854 nömrəli Sərəncamı ləğv olunub.

Sənədə əsasən, Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Beləliklə, yeni yaradılmış Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin hüquqi varisidir, onun hüquq və öhdəlikləri, habelə əmlakı Agentliyə keçir.

5
 Şuşa, arxiv şəkli

Təbrizin adamları Qarabağda quruculuq işlərində maraqlıdırlar

21
(Yenilənib 18:30 15.01.2021)
İran-Azərbaycan Müştərək Ticarət Palatasının həmsədri Ramiz Rzayev hər iki ölkənin sahibkarları arasında əlaqələrin genişləndirilməsi, bazarların öyrənilməsi üçün dəstək verməyə hazır olduğunu bildirib.

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 15 yanvar — Sputnik. Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası ilə Təbriz Ticarət, Sənaye və Mədənlər Palatası arasında görüş keçirilib.

Sputnik Azərbaycan Konfederasiyaya istinadən verdiyi məlumata görə, görüş İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin vasitəçiliyi ilə, ASK prezidenti Məmməd Musayevin sədrliyi ilə baş tutub.

Onlayn formatda keçirilən görüşü M.Musayev açaraq Azərbaycan Prezidenti İlham Əliyevin müdrik siyasəti və baş komandanlığı ilə aparılan 44 günlük Vətən müharibəsində ölkəmizin qələbə çaldığını, azad olunan torpaqlarımızda quruculuq işlərinə başlanıldığını bildirib. O, İran-Azərbaycan iqtisadi əməkdaşlığının daha da inkişaf etdirilməsi üçün yeni imkanlar açıldığını qeyd edib.

Təbriz Ticarət, Sənaye və Mədənlər Palatasının sədri Yunus Jailə Azərbaycanı qələbə münasibətilə təbrik edərək, Təbriz iş adamlarının biznes imkanları, Təbrizin sənaye kompleksləri barədə məlumat verib. Palatanın üzvləri kənd təsərrüfatı texnikası, kənd təsərrüfatı sahəsində emal sənayesi, Qarabağda aparılacaq quruculuq işlərində iştirak etməkdə maraqlı olduqlarını bildiriblər.

İran-Azərbaycan Müştərək Ticarət Palatasının həmsədri Ramiz Rzayev hər iki ölkənin sahibkarları arasında əlaqələrin genişləndirilməsi, bazarların öyrənilməsi üçün dəstək verməyə hazır olduğunu bildirib.

İclasda qərara alınıb ki, Təbriz şirkətləri təkliflərini yazılı şəkildə ASK-ya təqdim etsinlər və bu təkliflər müvafiq dövlət qurumları ilə müzakirə olunsun. Eyni zamanda Təbriz Ticarət, Sənaye və Mədənlər Palatası ilə Azərbaycan Sahibkarlar Konfederasiyası arasında əməkdaşlıq memorandumunun imzalanması və biznes-forumun keçirilməsi üçün müvafiq hazırlıqlara başlanılıb.

21
Sinovac CoronaVac peyvəndi, arxiv şəkli

Azərbaycanda vaksinasiya necə aparılacaq - Nazirlikdən izahat

0
(Yenilənib 18:09 15.01.2021)
Peyvəndlənmə olunduqdan sonra 30 dəqiqə ərzində vətəndaş müşahidə otağında yarana biləcək hər hansı bir əks təsirlə əlaqəli olaraq izlənməyə alınır.

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 15 yanvar — Sputnik. Səhiyyə Nazirliyinin nəzdində fəaliyyət göstərən COVID-19-la mübarizə işçi qrupunun üzvü Aris Rüstəmov poliklinikalardakı peyvənd otaqları barədə danışıb.

Sputnik Azərbaycan A.Rüstəmovun müsahibəsini təqdim edir:

- Vaksinasiyanı həyata keçirəcək tibb işçiləri üçün hər hansı təlim və ya kurs nəzərdə tutulubmu?

- Vaksinlər təlim kursu keçən tibb işçiləri tərəfindən ediləcək. Peyvənd ediləcək poliklinikalarda tibb işçiləri seçilərək xüsusi kurslara cəlb olunub. Burada əsas məqsəd tələb olunan əhaliyə uyğun sayda tibb personalının olmasıdır.

- Vaksinasiya prosesi necə həyata keçiriləcək?

- Vaksinasiya ilə bağlı poliklinikaya müraciət edən vətəndaşlar üçün bütün şərait və rahatlıq düşünülmüşdür. Poliklinikaya daxil olduğumuz zaman xüsusi işarələr bizi birbaşa peyvənd olunacaq sahəyə yönləndirir. Peyvəndlər xüsusi ayrılmış peyvənd otaqlarında həkim nəzarəti altında ediləcək. Bu otaqların sayı qeydiyyat otağı, vaksinasiya otağı və müşahidə otağı olaraq bölunmüşdür. İlk öncə müraciət edən vətəndaş qeydiyyat otağında qeydiyyata alınır. Daha sonra vaksinasiya otağına ötürülür. Peyvəndlənmə olunduqdan sonra 30 dəqiqə ərzində vətəndaş müşahidə otağında yarana biləcək hər hansı bir əks təsirlə əlaqəli olaraq izlənməyə alınır. Bu müddət ərzində heç bir əlamət üzə çıxmazsa, vətəndaş evə buraxılır.

- Peyvəndlənmədən öncə vətəndaşlar üçün hər hansı bir prosedur qaydası varmı?

- Peyvəndlənmə yalnız həkim yoxlanışı və göstərişi ilə ediləcək. Bu səbəbdən vaksinasiyadan öncə müvafiq olaraq sahə həkiminin yoxlanışından keçmək mütləqdir.

- Peyvənd otaqlarında saxlanma şəraiti necədir?

- Bir xüsusi məsələ də peyvəndlərin doğru saxlanılmasıdır. Bunun üçün vaksinasiya həyata keçiriləcək bütün tibb məntəqələri soyuducular və termoçantalarla təmin edilmişdir.

0
Teqlər:
Səhiyyə Nazirliyi, korona virusu, epidemiya, COVID-19