NATO-nun bayrağı

NATO-dan gözlənilməz Azərbaycan açıqlaması

476
(Yenilənib 22:32 04.05.2017)
NATO baş katibinin müavini: "Azərbaycan çox dəyərli tərəfdaşdır"

BAKI, 4 may — Sputnik. "Azərbaycan NATO üçün çox dəyərli tərəfdaşdır".

APA-nın xəbərinə görə, bunu Bakıda səfərdə olan NATO baş katibinin ictimai məsələlər üzrə müavini Tacan İldem deyib.

İlk dəfədir bu vəzifədə Bakıya səfər etdiyini söyləyən türkiyəli İldem bildirib ki, alyans Azərbaycanın Əfqanıstanda sülhməramlı əməliyyatlarda iştirakını yüksək qiymətləndirir.

476
Teqlər:
NATO, Tacan İldem, Əfqanıstan, Azərbaycan, Bakı
Əlaqədar
Azərbaycan - NATO əməkdaşlığı müzakirə olunub
NATO-dan vacib Türkiyə açıqlaması
NATO təhlükəli oyun oynayır
"NATO Türkiyəyə hərbi müdaxilə etməlidir"
NATO-dan Türkiyə və Niderlanda çağırış
Neft buruğu, arxiv şəkli

Azərbaycan nefti bahalaşır

2
(Yenilənib 11:15 16.04.2021)
"Azeri Light" nefti keçən il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub

BAKI, 16 aprel — Sputnik. Azərbaycan neftinin qiyməti bahalaşır.

Sputnik Azərbaycan xəbər verir ki, "Azeri Light" markalı neftin bir barelinin qiyməti 0,12 dollar artaraq 66,04 dollar təşkil edib.

“Brent” markalı neftin qiyməti 0,38 dollar artaraq 67,32 dollar, “Light” markalı neftin qiyməti isə 0,36 dollar bahalaşaraq 63,84 dollar olub.

Qeyd edək ki, "Azeri Light" nefti keçən il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

2
Teqlər:
"AzeriLight" markalı neft, Azərbaycan, neft
Mövzu:
Neft qiymətləri ətrafındakı ajiotaj
Lüləsi və qundağı kəsilmiş ov tüfəngi

Abşeronda faciə: İtləri güllələyərkən yeniyetməni öldürdü

4
(Yenilənib 11:11 16.04.2021)
Prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

BAKI, 16 aprel — Sputnik. Aprelin 7-də Abşeron rayonu, Məmmədli kənd sakini, 2008-ci il təvəllüdlü Nəbiyev Nihad Nicat oğlu odlu silahdan açılan atəş nəticəsində baş nahiyəsindən xəsarət alıb. O, aprelin 15-də xəstəxanada keçinib.

Bu barədə Abşeron rayon prokurorluğundan Sputnik Azərbaycan-a verilən məlumatda bildirilib.

Prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Aparılan araşdırmalarla zərərçəkənin həmkəndlisi, 1958-ci il təvəllüdlü Rzayev Sücəddin Abusət oğlunun özünə məxsus ov tüfəngi ilə kənd ərazisində sahibsiz itləri vurarkən silahla ehtiyatsız davranması nəticəsində açılan atəşdən Nahid Nəbiyevin baş nahiyəsindən xəsarət almasına və aldığı xəsarətdən ölməsinə əsaslı şübhələr yaranıb.

Faktla bağlı Abşeron rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Sücəddin Rzayev Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə təqsirləndilirən şəxs qismində cəlb edilərək barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

4
Teqlər:
Abşeron, güllələmə, sahibsiz itlər, yeniyetmə, qətl