İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının baş katibinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib

Prezident baş katibi qəbul edib

14
(Yenilənib 13:02 03.05.2017)
İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının baş katibinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib

BAKI, 3 may — Sputnik. İslam Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibi Yusif Əl-Osayminin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfərə gəlib. Sputnik Azərbaycan dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, prezident İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının baş katibi Yusif Əl-Osayminin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

14
Teqlər:
Yusif Əl-Osaymi, İƏT, İslam Əməkdaşlıq Təşkilatı, baş katib, İlham Əliyev, Azərbaycan, prezident
Əlaqədar
İlham Əliyev səudiyyəli naziri qəbul edib
İlham Əliyev Kirsan İlümjinovu qəbul edib
İlham Əliyev sabiq prezidenti qəbul edib
İlham Əliyev Vitali Kliçkonu qəbul edib
İlham Əliyev Abdullah Güllə görüşüb
Bakı məktəblərin birində, arxiv şəkli

Orta məktəbi vaxtından əvvəl bitirmək istəyənlər üçün imkan

4
(Yenilənib 17:57 18.01.2021)
İstedadlı şagirdlər üçün təşkil olunan eksternat imtahanı Təhsil Nazirliyinin müvafiq əmri ilə təsdiq edilmiş "Ümumi təhsil pilləsinin ibtidai, ümumi orta və tam orta təhsil səviyyələrinin vaxtından əvvəl bitirilməsi Qaydaları" əsasında keçirilir.

BAKI, 18 yanvar — Sputnik. Ümumi təhsilin hər hansı səviyyəsini vaxtından əvvəl bitirmək istəyən istedadlı şagirdlər üçün eksternat qaydasında imtahan keçiriləcək. Sputnik Azərbaycan-ın məlumatına görə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) əmrinə əsasən, eksternat imtahanı yanvarın 19-da təşkil olunacaq.

Qeydiyyatdan keçmiş məktəblilərin biliyi test imtahanı vasitəsilə yoxlanılacaq. İmtahan hər fəndən 10 sual olmaqla, fənn proqramlarına uyğun hazırlanacaq və nəticələr müvafiq komissiya tərəfindən 100 ballıq şkala üzrə qiymətləndiriləcək. Test imtahanından uğurla keçən istedadlı şagirdlər müsahibəyə cəlb olunacaqlar.

Qeyd edək ki, istedadlı şagirdlər üçün təşkil olunan eksternat imtahanı Təhsil Nazirliyinin müvafiq əmri ilə təsdiq edilmiş "Ümumi təhsil pilləsinin ibtidai, ümumi orta və tam orta təhsil səviyyələrinin vaxtından əvvəl bitirilməsi Qaydaları" əsasında keçirilir.

4
Uşaqlar, arxiv şəkli

İnsan alverinin hər üç qurbanından biri uşaqdır

4
(Yenilənib 17:58 18.01.2021)
Videoçarxı izləməklə insan alveri cinayətindən zərər çəkmiş şəxslərə yardım məqsədilə fəaliyyət göstərən "qaynar xətt", dünyada insan alverindən gələn gəlirin məbləği və digər detallar barədə məlumatları əldə etmək olar.

BAKI, 18 yanvar — Sputnik. İnsan alveri insan hüquqlarının ciddi pozuntusu və cinayətin ağır formalarından biridir. Həm milli, həm də transmilli cinayət xarakteri daşıyan "insan alveri" istismar məqsədilə insanların cəlb edilməsi, daşınması, hədələyərək, güc tətbiq edərək qorxudulması, oğurlanması, aldadılması kimi üsullarla insana qarşı zorakılıq kimi başa düşülür.

Sputnik Azərbaycan Baş Prokurorluğun məlumatına istinadla xəbər verir ki, aşkar olunan qurbanlar arasında uşaqların faiz nisbəti artmaqdadır: hər üç qurbandan biri uşaqdır.

İnsan alverinə qarşı mübarizə məqsədilə Baş Prokurorluğun Mətbuat xidməti tərəfindən maarifləndirici videoçarx hazırlanıb.

Videoçarxı izləməklə insan alveri cinayətindən zərər çəkmiş şəxslərə yardım məqsədilə fəaliyyət göstərən "Qaynar xətt", dünyada insan alverindən gələn gəlirin məbləği və digər detallar barədə məlumatları əldə etmək olar.

https://www.facebook.com/prokurorluq/videos/118373910083559

4