Qəbələ Atıcılıq klubu

Zona yarışları bitdi

62
(Yenilənib 21:53 25.04.2017)
Qəbələ Atıcılıq Klubunda Gənclər İdman Nazirliyinin təşkilatçılığı ilə atıcılıq üzrə (pnevmatik silahlardan) ölkə çempionatının zona yarışları keçirilib

BAKI, 25 aprel — Sputnik. Qəbələ Atıcılıq Klubunda Gənclər İdman Nazirliyinin təşkilatçılığı ilə atıcılıq üzrə (pnevmatik silahlardan) ölkə çempionatının zona yarışları keçirilib. Şəxsi və komanda xarakteri daşıyan yarışda 11 rayon iştirak edib. Hər komandanın tərkibi 4 kişi, 1 qadından ibarət olub.

Tədbirin təşkil olunmasında əsas məqsəd bu idman növünə marağın artırılması, istedadlı gənclərin seçilərək idman məktəblərinə cəlb olunması və onların aşkarlanaraq üzə cıxarılmasıdır. Qalib gələn Qəbələ və İsmayıllı komandaları finala vəsiqə qazanıblar.

62