Mazımçay gömrük postunda qanunsuz dərman preparatları aşkar edilərək götürülüb

Artıq bu maddələr narkotik sayılacaq

588
(Yenilənib 16:57 25.04.2017)
Azərbaycan ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin və psixotrop maddələrin siyahısı artırılıb

BAKI, 25 aprel — Sputnik. Azərbaycan ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin və psixotrop maddələrin siyahısı artırılıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, bununla bağlı parlamentin bu gün keçirilən iclasında "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahıları"nda dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.

Layihəyə görə, Azərbaycan ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısına MT-45 (İC-6) və Asetilfentanil dərman preparatlarının adı əlavə edilir. 

Dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısına isə alfa-pirrolidinovalerofenon (a-PVP), Metoksetamin (MXE), para-metoksimetilamfetamin (PMMA) və para-metil-4-metilaminoreks (4,4-DMAR) dərman preparatlarının adı əlavə olunur.

Azərbaycan ərazisində dövriyyəsinə nəzarət edilən psixotrop maddələrinə siyahısına da Fenazepan dərman preparatının adı əlavə edilir.

Dəyişikliklər BMT-nin Narkotiklər üzrə Komissiyasının 2016-cı il mart ayında keçirilmiş sessiyasının iclas qərarına əsasən narkotiklərə nəzarət üzrə siyahılara 2 narkotik maddə və 4 psixotrop maddə daxil edilməsi ilə əlaqədar təklif olunur.

Layihə səsə qoyularaq qəbul olunub.

588
Teqlər:
para-metoksimetilamfetamin, alfa-pirrolidinovalerofenon, para-metil-4-metilaminoreks, Asetilfentanil, Metoksetamin, Narkotik vasitələr və psixotrop maddələrin siyahısında dəyişiklik, Azərbaycan
Əlaqədar
Narkotik vasitələrlə bağlı qanuna dəyişiklik edilə bilər
Külli miqdarda narkotik müsadirə olunub
İynə vasitəsilə narkotik qəbul edənlərin QİÇS-ə yoluxması artır
İki metrlik piton narkotik asılılığından müalicə olunur

Azərbaycanın Rus İcması Prezident İlham Əliyevə müraciət edib

7
(Yenilənib 20:19 23.11.2020)
Rus icması: "Azərbaycan Respublikası Prezidentinin, Ermənistan Respublikası baş nazirinin və Rusiya Federasiyası Prezidentinin üçtərəfli bəyanatı 30 illik müharibəyə son nöqtə qoydu və Azərbaycanın qalib statusunu təsbit etdi".

BAKI, 23 noyabr - Sputnik. Azərbaycanın Rus İcması Prezident, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevə müraciət edib.

Sputnik Azərbaycan xəbər verir ki, məktubda deyilir: “Möhtərəm cənab Prezident, Ali Baş Komandan İlham Heydər oğlu!

İcazə verin, Azərbaycanın Rus İcması adından Sizi və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanı bütün Azərbaycan xalqının düşmən üzərində birmənalı, möhtəşəm Qələbəsi münasibətilə təbrik edək. Ermənistan Respublikasının işğalçı qüvvələri darmadağın edildi və geri çəkildi.

Azərbaycan Respublikası Prezidentinin, Ermənistan Respublikası baş nazirinin və Rusiya Federasiyası Prezidentinin üçtərəfli bəyanatı 30 illik müharibəyə son nöqtə qoydu və Azərbaycanın qalib statusunu təsbit etdi.

Möhtərəm İlham Heydər oğlu, biz bilirik ki, Siz BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə müvafiq olaraq bu münaqişənin dinc yolla nizamlanması üçün nə mümkündürsə etdiniz. Lakin Ermənistanın destruktiv mövqeyi danışıqlarda irəliləyişə nail olmağa imkan vermədi, onun daimi hərbi provokasiyaları bu il sentyabrın 27-də münaqişənin eskalasiyasına gətirib çıxardı.

Biz, Azərbaycanın rus əhalisi Sizin mətinliyinizə, müdrikliyinizə və qəti qələbəyə qədər getmək əzminizə görə Sizə səmimi təşəkkürümüzü və dərin minnətdarlığımızı bildiririk.

Sizin rəhbərliyinizlə igid, rəşadətli ordumuz qısa müddətdə çoxsaylı kəndləri, şəhərləri erməni işğalından azad etdi və Ermənistanı tam hərbi kapitulyasiya aktını imzalamağa məcbur etdi.

Respublikanın rus vətəndaşlarının çoxu 1990-cı illərin əvvəlində olduğu kimi, bu dəfə də Azərbaycan xalqı ilə çiyin-çiyinə dayandı və Azərbaycan sərhədlərinin pozulmazlığı hüququnu müdafiə edərək ölkəmizin ərazi bütövlüyünün bərpa olunmasında iştirak etdi.

Biz Sizin sözlərinizi xatırlayırıq ki, bu gün biz birlikdəyik və heç kəs bu birliyi poza bilməz.

Cənab Prezident, Sizin Ali Baş Komandan, diplomat, siyasi xadim və öz ölkəsinin vətəndaşı kimi fəaliyyətiniz sabahkı quruculuq gününə qəti əminlik yaradır, o vaxt minlərlə insan öz evlərini yenidən tikmək, müharibə dəhşətlərinin nə demək olduğunu bilməyən yeni nəsil tərbiyə etmək üçün işğaldan azad olunmuş torpaqlara qayıda biləcəklər.

Azərbaycanda və onun ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağ bölgəsinin torpağında sülhün və firavanlığın bərpa edilməsi üzrə titanik səylərinizə görə sağ olun.

Sizin Azərbaycan xalqına səmimi müraciətləriniz bu xalqın qəlbində inam oyatdı, düşməni darmadağın etmək və Azərbaycanın ərazi bütövlüyünü qorumaq üçün xalqı vahid cəbhə kimi sıx birləşdirdi. Biz doğma Qarabağ regionunu azad etdik, bu gün bizim bayrağımız Şuşada – Qarabağın ürəyində dalğalanır. Məcburi köçkünlər tezliklə öz doğma yurdlarına qayıdacaq və bütün ölkəmiz yenidən firavanlaşacaq.

Bütün Azərbaycan xalqı çoxdan gözlədiyimiz şanlı Qələbə gününü Sizinlə birlikdə bayram edəcək.

Yaşasın Ali Baş Komandan!

Yaşasın çoxmillətli Azərbaycan xalqı!

Yaşasın Azərbaycan Ordusu!

Qarabağ Azərbaycandır!”

Bildirilib ki, müraciət Azərbaycan Rus İcmasının Respublika Şurasının iclasında qəbul edilib.

7
Teqlər:
Ermənistan, Azərbaycan, BMT-nin qətnamələri, kapitulyasiya, Üçtərəfli bəyanat, Prezident İlham Əliyev, rus icması
Tahir Kərimli, arxiv şəkli

Millət vəkilində COVID-19 aşkarlandı, evdə karantinə alındı

8
Tahir Kərimli bildirib ki, ailəsində də yoluxan olub və onlar da ev şəraitində müalicələrini davam etdirirlər. 

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 23 noyabr — Sputnik. Noyabrın 19-da Milli Məclisin 10-dan çox deputatında COVID-19 testinin nəticəsi pozitiv çıxıb. Sputnik Azərbaycan xəbər verir ki, virus aşkarlanan millət vəkillərindən biri olan Tahir Kərimli hazırda evdə müalicə alır. Bu haqda Sputnik Azərbaycan-a danışan millət vəkili səhhətinin yaxşı olduğunu bildirib: "Hazırda səhhətim yaxşıdır, evdə müalicə alıram. Həkim müayinəsi altında müalicələr davam edir".

Millət vəkili bildirib ki, ailəsində də yoluxan olub və onlar da ev şəraitində müalicələrini davam etdirirlər. 

Xatırladaq ki, “Report” COVID-19-a yoluxan deputatlardan 9-nun adını təqdim edib: Bunlar Tahir Kərimli, Azər Badamov, Məşhur Məmmədov, Vüqar Bayramov, Qənirə Paşayeva, Rəşad Mahmudov, Soltan Məmmədov, Nizami Səfərov və Elnur Allahverdiyevdir

8
Teqlər:
müalicə, millət vəkili, Koronavirus, COVID-19, yoluxma
Tibbi maskada olan qızlar, arxiv şəkli

Koronavirusla mübarizəyə həsr olunmuş beynəlxalq fotomüsabiqə elan olunub

0
Müsabiqə dünyanın bütün yerlərindən olan peşəkar fotomüxbirlər üçün açıqdır. Kütləvi informasiya vasitələrində çalışan peşəkar xəbər fotoqrafları müsabiqədə iştirak edə bilər.

BAKI, 23 noyabr — Sputnik. Rusiyanın TASS agentliyinin təşkilatçılığı ilə "Koronavirusla mübarizəyə həsr olunmuş xəbərlər üzrə foto mükafatları" müsabiqəsi elan olunub.

Sputnik Azərbaycan xəbər verir ki, müsabiqə dünyanın bütün yerlərindən olan peşəkar fotomüxbirlər üçün açıqdır. Kütləvi informasiya vasitələrində çalışan peşəkar xəbər fotoqrafları müsabiqədə iştirak edə bilər.

Bu, COVID-19 pandemiyası ilə mübarizə mövzusuna həsr olunmuş beynəlxalq fotomüsabiqədir. Təqdim edilən fotoşəkillər yalnız pandemiya ilə əlaqəli olmalıdır. Müsabiqənin şərtlərinə görə yalnız əvvəllər mediada yayımlanan fotoşəkillər keçərlidir.

Birinci yerin qalibinə 10 min dolları veriləcək.

Ətraflı məlumat almaq və müraciət etmək üçün https://npacontest.com/ ünvanına daxil olun

0
Teqlər:
müsabiqə, COVID-19, Koronavirus