Formula-1 yarışının ümumi qaydaları ilə nəzəri və praktiki tanışlıq” mövzusunda təlim

Jurnalistlər Formula-1-in qaydaları ilə tanış oldular

16
(Yenilənib 11:36 22.04.2017)
Təlimdə iştirak edən jurnalistlər yarışın necə idarə olunması ilə bağlı praktiki biliklərə yiyələnərək, qaydaların necə tətbiq olunması haqqında məlumatlar əldə ediblə

BAKI, 22 aprel — Sputnik. Bu gün Avropa Oyunları Parkında yerləşən Bakı Marşal Mərkəzində Azərbaycanda Formula-1 yarışının təşkilatçısı olan “Bakı Şəhər Halqası” Əməliyyat Şirkəti (BŞH) tərəfindən jurnalistlər üçün "Formula-1 yarışının ümumi qaydaları ilə nəzəri və praktiki tanışlıq” mövzusunda təlim keçirilib.

Sputnik Azərbaycan xəbər verir ki, təlim zamanı media nümayəndələrinə Formula-1-in keçirilmə qaydaları, yarışın idarə olunması və ona nəzarət edən heyətin, o cümlədən marşalların əsas vəzifələri, həmçinin çempionatla əlaqədar digər zəruri məqamlar haqqında məlumatlar verilib.

Təlimdə iştirak edən jurnalistlər yarışın necə idarə olunması ilə bağlı  praktiki biliklərə yiyələnərək, qaydaların necə tətbiq olunması haqqında məlumatlar əldə ediblər.

Tədbirdə çıxış sözü ilə açan BŞH-nin marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai bildirib ki,  bu  təlim jurnalistlər üçün də  çox vacibdir: “Biz yerli jurnalistlərin Formula-1 yarışının incəliklərinə yiyələnmələri üçün mütəmadi olaraq təlimlər təşkil edirik. Təbii ki, dünyada ən məşhur idman növlərindən sayılan Formula-1 çempionatını səhih və oxunaqlı şəkildə təqdim etmək üçün jurnalist ilk növbədə trekdə nə baş verdiyinə dərindən bilməlidir. Bu məqsədlə biz yarışın əsas reqlamentlərinə işıq salmaq üçün bilavasitə Bakı Marşal Klubunu təlimçi qismində işə cəlb edirik".

O qeyd edib ki, bu, Azərbaycan Qran-Prisindən əvvəl keçirilən sonuncu irimiqyaslı təlimdir.

Qeyd edək ki, təlimdə müdia nümayəndələrinə Formula 1 yarışları zamanı bu günə qədər baş verən hadisələrdən görüntülər və şəkillər təqdim edilib və bunların səbəbləri izah edilib. Tədbirdə iştirak edən Formula-1 yarışlarının azərbaycanlı marşalları da öz təcrübələrini jurnalistlərlə bölüşüblər. Eyni zamanda Formula 1 Azərbaycan yarışının səfiri Rəhim Əliyev Formula 1 qaydaları haqqında jurnalistlərə geniş məlumat verib.

16
Mövzu:
Formula 1 Azərbaycan Qran-Prisi (26)
Əlaqədar
"Formula-1"in əfsanəsi Bakıdadır
İl ərzində 500 milyon insan Formula 1 yarışını izləyir
"Formula 1"in sosial-iqtisadi faydaları müzakirə olunacaq
“Formula-1” rəhbəri istefaya göndərilib
KİV nümayəndələrinin siluetləri

Azərbaycanlı fotoqraflar Beynəlxalq Federasiyanın fəxri adlarını aldılar

9
(Yenilənib 23:20 05.12.2020)
Nurlan Tahirli, Valeri Xlizov, Aleksandr Firstov UNESCO-nun təqdir etdiyi məşhur təşkilatın şərəfli "Rəssam", Rəşad Mehdiyev "Mükəmməllik", İlqar Cəfərov "Mükəmməllik/bürünc" adlarına layiq görülüblər

BAKI, 5 dekabr - Sputnik. Azərbaycanın "Gilavar" fotoklubunun dəstəyi ilə azərbaycanlı fotoqraflar Beynəlxalq Foto Sənəti Federasiyasının (FIAP) fəxri adlarına layiq görülüblər. 

Sputnik Azərbaycan-a fotoklubun mətbuat xidmətindən verilən məlumata görə, bu, UNESCO-nun tanıdığı yeganə fototəşkilatdır. 

Onun fəxri adlarını almaq üçün fotoqraflar xüsusi qaydalara riayət etməlidirlər: FIAP-ın müxtəlif ölkələrdə keçirdiyi müsabiqələrə qatılmalıdırlar, onların fotoqrafiyaları bədii və texniki ustalıq nöqteyi-nəzərindən təqdir olunmalı və onlar mükafat qazanmalıdırlar. Bunlardan əlavə, təşkilatın bədii komissiyasının və direktorlar şurasının üzvlərinin səsləri də nəzərə alınmalıdır. 
Azərbaycanlı fotoqraflar Nurlan Tahirli, Valeri Xlizov, Aleksandr Firstov şərəfli "Rəssam", Rəşad Mehdiyev "Mükəmməllik", İlqar Cəfərov "Mükəmməllik/bürünc" adlarına layiq görülüblər. Bu adlar ildə bir dəfə verilir. 2016-cı ildən bəri fəxri adlar alan azərbaycanlı fotoqrafların sayı artaraq yeddiyə çatıb. 

Qeyd edək ki, İlqar Cəfərov və Rəşad Mehdiyev AZƏRTAC Dövlət İnformasiya Agentliyinin fotojurnalistləridir. Onların hər ikisi İkinci Qarabağ müharibəsi zamanı cəbhəyanı və işğaldan azad olunmuş ərazilərdə çəkilişlər aparıblar.

9
Teqlər:
fəxri adlar, fotoqraf, azərbaycanlı
 Türkiyə ordusuna məxsus Bayraqdar PUA-sı, arxiv şəkli

Rusiya Qarabağa görə yeni PUA yaradır

30
(Yenilənib 23:25 05.12.2020)
"Uzun mənzilli radar patrulu üçün pilotsuz bir helikopter" "kiçik və aşağı sürətli düşmən pilotsuz təyyarələrini aşağı və son dərəcə aşağı yüksəkliklərdə" izləmək və "onlara hərbi hava hücumundan müdafiə zenit-raket sistemlərini hədəf almaq" üçün nəzərdə tutulub

BAKI, 5 dekabr — Sputnik. Noyabr ayında Rusiya müəssisələri "son yerli qarşıdurmaların təcrübəsinin təhlilini" nəzərə alaraq, düşmən pilotsuz təyyarələri ilə mübarizə aparmaq üçün hazırlanmış pilotsuz uçuş aparatı (PUA) yaratmağa başlayıb.

Sputnik Azərbaycan Rusiya mətbuatına  istinadla xəbər verir ki, məlumata görə, "uzun mənzilli radar patrulu üçün pilotsuz bir helikopter" "kiçik və aşağı sürətli düşmən pilotsuz təyyarələrini aşağı və son dərəcə aşağı yüksəkliklərdə" izləmək və "onlara hərbi hava hücumundan müdafiə zenit-raket sistemlərini hədəf almaq" üçün nəzərdə tutulub.

Silahın qısa müddətdə yaradılacağı qeyd edilir.

Xatırladaq ki, noyabr ayında Strateji və Texnologiyaların Təhlili Mərkəzinin (CAST) direktor müavini Konstantin Makienko Qarabağdakı son münaqişəni şərh edərkən Rusiyanın məğlub tərəf olduğunu qeyd edərək bildirib ki, Ukrayna Silahlı Qüvvələri də Rusiyanın sahib olmadığı üçüncü nəsil tank əleyhinə raket sistemləri və kamikadze dronlarına sahibdir.

30
Teqlər:
Azərbaycan, Qarabağ, istehsal, Rusiya, PUA
Sarımsaq, arxiv şəkli

Təbii antibiotik zərərli imiş

0
(Yenilənib 23:40 05.12.2020)
Məlum olub ki, sarımsaq xəstəliyin simptomlarını ağırlaşdıran mədə və öd şirəsinin ifraz edilməsini stimullaşdırır.

BAKI, 5 dekabr — Sputnik. Çoxsaylı faydalı təsirləri olmasına baxmayaraq, sarımsaq aqressiv məhsul hesab edilir.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, bu barədə danışan həkim-dietoloq İnna Zaykina bildirib ki, çox sarımsaq yemək olmaz.

Mədə xorası xəstəliyi, pankreatit və digər xəstəliyi olan insanlar sarımsaq yeməməlidirlər. Çünki sarımsaq xəstəliyin simptomlarını ağırlaşdıran mədə və öd şirəsinin ifraz edilməsini stimullaşdırır.

Bir müddət əvvəl isə endokrinoloq Yelena Qubkina kartof bişirmə və yemək üsulları barədə danışarkən bildirmişdi ki, kartof torpaqdan və havadan zərərli maddələr yığdığı üçün onu istehlak edərkən diqqətli olmaq lazımdır. Belə ki, kartofu soyulmuş qaynatmaq və buxarda bişirmək daha faydalıdır. Belə ki, bu zaman tərəvəz maksimum miqdarda qida - kalium, natrium, B6 vitamini verir.

0
Teqlər:
allergiya, mədə-bağırsaq xəstəlikləri, simptom, xəstəlik, təbii antibiotik, zərər, sarımsaq