Müdafiə naziri Zakir Həsənov

Zakir Həsənov aktiv döyüşlərə hazır olmaq əmri verdi

263
Cəbhə bölgəsində Müdafiə Nazirliyinin geniş kollegiya iclası keçirilib

BAKI, 21 aprel — Sputnik. Müdafiə Nazirliyinin (MN) rəhbər heyəti, birlik, birləşmə komandirləri, onların müavinləri, xüsusi təyinatlı təhsil müəssisələrinin rəisləri, digər məsul zabitlərin iştirakı ilə cəbhə bölgəsində döyüş və mənəvi-psixoloji hazırlıq, eləcə də təlimlərin yekunlarına həsr olunmuş geniş kollegiya iclası keçirilib. Bu barədə Sputnik Azərbaycan-a MN-in mətbuat xidmətindən məlumat verilib.

Cəbhə bölgəsində Müdafiə Nazirliyinin geniş kollegiya iclası
© Foto: mod.gov.az
Kollegiya iclasında müdafiə naziri general-polkovnik Zakir Həsənovun çıxışı

Əvvəlcə ümummilli lider Heydər Əliyevin hərbi hissənin ərazisində ucaldılmış büstü önünə gül dəstələri qoyulub, Ulu Öndərin və ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Kollegiya iclasında məsul şəxslərin məruzələri dinlənilib.

Müdafiə naziri general-polkovnik Zakir Həsənov "Silahlı Qüvvələrin 2017-ci qış tədris dövrünün birinci rübündə xidməti döyüş fəaliyyətinin nəticələri" mövzusunda məruzə ilə çıxış edib. Təlimlərin nəticələrini də təhlil edən nazir bildirib ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin təsdiq etdiyi plana əsasən müxtəlif poliqonlarda keçirilən təlimlərdə qarşıya qoyulan məqsəd və vəzifələr uğurla yerinə yetirilib.

Cəbhə bölgəsində Müdafiə Nazirliyinin geniş kollegiya iclası Форматы: картинка
© Foto: mod.gov.az
İclas iştirakçıları

Şəxsi heyətin döyüş qabiliyyəti və mənəvi-psixoloji hazırlığını xüsusi qeyd edən Z. Həsənov təlimlərin keçirilməsinin əhəmiyyətini vurğulayaraq, Ali Baş Komandanın Silahlı Qüvvələr qarşısında qoyduğu müvafiq tapşırıqları komandir-rəis heyətinə çatdırıb. Cəbhəboyu zonada mövcud vəziyyət barədə danışan müdafiə naziri hər an aktiv döyüşlərə hazır olmaq, düşmənə rahatlıq verməmək, onun fəaliyyətini daim nəzarətdə saxlamaq, istənilən hərəkətlərinin qarşısını qabaqcadan qətiyyətlə almaq və ona maksimum ciddi zərər vurmaq məqsədilə ön xətdə yerləşən birləşmə komandirlərinə konkret tapşırıqlar verib.

Kollegiya iclasının sonunda müzakirə olunan məsələlərlə bağlı qərar qəbul olunub.

263
Teqlər:
MN, müdafiə naziri, Zakir Həsənov, Müdafiə Nazirliyi, döyüş, zabit
Əlaqədar
Ordumuza gecə əməliyyatı təlimatı
Azərbaycan Ordusundan gizli və operativ plan
Ermənistan ordusu cəbhənin bütün istiqamətlərində atəşkəsi pozub
Azərbaycan ordusu hərəkətə keçdi
Azərbaycan ordusu hərəkətə gətirildi: 30 min əsgər, 250 tank, 200 raket

Putin Azərbaycanın əzəli torpaqlarına olan hüquqları barədə

0
Rusiya prezidenti: "Hər halda Azərbaycanın heç bir etnik münaqişəyə və Ermənistana aidiyyəti olmayan əzəli torpağı olan yeddi rayonu qaytarmaq və Dağlıq Qarabağla məsələni ayırd etmək hüququ var".

BAKI, 29 oktyabr - Sputnik. "Azərbaycan nə deyir? Onu deyir ki, hər halda Azərbaycanın heç bir etnik münaqişəyə və Ermənistana aidiyyəti olmayan əzəli torpağı olan yeddi rayonu qaytarmaq və Dağlıq Qarabağla məsələni ayırd etmək hüququ var”.

Sputnik Azərbaycan RİA novosti-yə istinadla xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin "VTB Kapital"ın "Rusiya çağırır!" investisiya forumunun plenar iclasında deyib.

Putin hər kəsin öz həqiqəti olduğunu bildirib:

"Burda sadə həllər yoxdur. Çünki düyün çox mürəkkəb bağlanıb. Bizim mövqeyimiz tamamilə aydındır. Ermənistanla da qarşılıqlı əlaqəli şəkildə Dağlıq Qarabağın təhlükəsizliyinin təmin olunması üçün müəyyən rejim tətbiq olunması şərti ilə əvvəl 5, sonra 2 rayonun Azərbaycana qaytarılmasının mümkünlüyünü deyirik.

Münaqişənin uzunmüddətli həllinə nail olmaq üçün həm dəyişməz hörmətlə yanaşdığımız Azərbaycan xalqının, həm də erməni xalqının, Ermənistan dövlətinin maraqlar balansını tapmaq lazımdır ki, insanların özünü təhlükəsiz hiss edə bilməsi, eyni zamanda effektiv regional inkişaf üçün imkan yaradılsın. On illərlə davam edən münaqişə tərəflərinin effektiv inkişafına imkan vermir".

Putin hesab edir ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün ilkin mərhələdə hərbi əməliyyatları dayandırılmalı və danışıqlar masası arxasına oturmaq lazımdır.

Rusiya prezidenti Qarabağ münaqişəsinin bu həddə gəlib çatmasında SSRİ rəhbərliyini də günahlandırıb.

"Münaqişə nə ilə başladı? Etnik toqquşmalarla... Sovet İttifaqının o zamankı rəhbərliyi isə insanların təhlükəsizliyini təmin etmək üçün heç bir həqiqi tədbir görmədi", - deyə Putin bildirib.

 

0
Qırmızı Xaç komitəsinin əməkdaşları, arxiv şəkli

Ermənistan girov düşmüş qoca ermənini geri almaqdan imtina etdi

6
Ermənistan tərəfi Azərbaycan əsgərləri tərəfindən xilas edilmiş 84 yaşlı Mişa Melkumyanı təhvil almaqdan imtina edib.

BAKI, 29 oktyabr - Sputnik. Ermənistan tərəfi Hadrut qəsəbəsində öz soydaşlarının köməksiz buraxıb getməsi səbəbindən sağlamlıq durumu ağırlaşmış, lakin Azərbaycan əsgərləri tərəfindən xilas edilmiş 84 yaşlı Mişa Melkumyanı təhvil almaqdan imtina edib.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb.

Məlumatda bildirilir ki, Azərbaycan Respublikası Prezidentinin tapşırığına uyğun olaraq, Azərbaycan Respublikasının humanitar addımı kimi birtərəfli qaydada erməni milliyyətindən olan mülki şəxsi - Ermənistan silahlı qüvvələrinin geri çəkilərkən döyüş bölgəsində köməksiz vəziyyətdə buraxıb getdiyi 85 yaşlı Yevgeniya Babayanı Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) vasitəçiliyi ilə oktyabrın 28-də Azərbaycan-Gürcüstan sərhədindən keçirilməklə Gürcüstan-Ermənistan sərhədində qarşı tərəfə təhvil verib.

Hadrut qəsəbəsində öz soydaşlarının köməksiz buraxıb getməsi səbəbindən sağlamlıq durumu ağırlaşmış, lakin Azərbaycan əsgərləri tərəfindən xilas edilmiş 84 yaşlı Mişa Melkumyanı isə Ermənistan tərəfi bir daha qeyri-humanistlik göstərərək son anda təhvil almaqdan imtina edib.

Oktyabrın 29-da Azərbaycan Respublikası Müdafiə Nazirliyinin iştirakı, ATƏT-in və BQXK-nın vasitəçiliyi ilə Dövlət Komissiyası 30 erməni hərbçisinin meyitini birtərəfli qaydada Azərbaycanın Tovuz rayonunun Əlibəyli kəndi istiqamətində Ermənistan tərəfinə təhvil verib.

Humanitar proses zamanı insident baş verməyib.

6