Azərbaycan Silahlı Qüvvələrinin təlimləri

Ordumuza gecə əməliyyatı təlimatı

29
Təlimlərin əsas xüsusiyyəti qoşunların qaranlıq vaxtı hərəkətinin təşkili və həyata keçirilməsidir

BAKI, 19 aprel — Sputnik. Azərbaycan Silahlı Qüvvələrinin təlimlərinin növbəti mərhələsində qoşunlar yerləşdikləri rayonlardan açılma həddinə çıxmaq üzrə tapşırıqları yerinə yetiriblər.

Sputnik Azərbaycan-ın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, artilleriya, hava hücumundan müdafiə vasitələri, aviasiya və xüsusi növ qoşunların digər bölmələri tapşırıqları təlimin şərtlərinə uyğun yerinə yetiriblər.

  • Azərbaycan Silahlı Qüvvələrinin təlimləri
    Azərbaycan Silahlı Qüvvələrinin təlimləri
    © Foto: mod.gov.az

1 / 7
© Foto: mod.gov.az
Azərbaycan Silahlı Qüvvələrinin təlimləri

Qeyd olunub ki, təlimlərin bu mərhələsinin əsas xüsusiyyəti qoşunların qaranlıq vaxtı hərəkətinin təşkili və həyata keçirilməsidir ki, bu da işığı maskalama (gizlətmə) üzrə əlavə tədbirlərin görülməsini tələb edir.

Təlimlərdə əsas diqqət həmçinin tapşırıqların dəqiq və vaxtında icra edilməsi məqsədilə qoşunların hərtərəfli təminatına, komendant və mühəndis xidmətlərinin fəaliyyətinə yönəldilib.

29
Teqlər:
hava hücumundan müdafiə vasitələri, artilleriya, Hərbi təlim, Azərbaycan Silahlı Qüvvələri, Azərbaycan
Əlaqədar
Azərbaycan Ordusundan gizli və operativ plan
Ermənistan ordusu cəbhənin bütün istiqamətlərində atəşkəsi pozub
Azərbaycan ordusu hərəkətə keçdi
Azərbaycan ordusu hərəkətə gətirildi: 30 min əsgər, 250 tank, 200 raket