Azərbaycan Prezidenti İlham Əliyev Bolqarıstanın keçmiş Prezidenti Rosen Plevneliyevi qəbul edib

İlham Əliyev sabiq prezidenti qəbul edib

16
(Yenilənib 13:00 18.04.2017)
Bolqarıstan Respublikasının keçmiş Prezidenti Rosen Plevneliyev Azərbaycanda səfərdədir

BAKI, 18 apr — Sputnik. Prezident İlham Əliyev Bolqarıstan Respublikasının keçmiş Prezidenti Rosen Plevneliyevi qəbul edib. Bu barədə Sputnik Azərbaycan dövlət başçısının rəsmi saytına istinadən xəbər verir.

Bolqarıstanın keçmiş Prezidenti Rosen Plevneliyev Azərbaycana gəlişindən həmişə olduğu kimi, böyük məmnunluq hissi keçirdiyini deyib. Azərbaycan Respublikasının Prezidenti ilə görüşlərinə toxunan Rosen Plevneliyev Prezident İlham Əliyevlə ölkələrimiz arasında strateji tərəfdaşlığa dair sənədi imzalamasını xüsusilə vurğulayıb.

Rosen Plevneliyev Prezident İlham Əliyevin uzaqgörən siyasətinin "Cənub Qaz Dəhlizi" layihəsinin həyata keçirilməsi işinə töhfə verdiyini deyib. Prezident İlham Əliyev özünün Bolqarıstana səfərini, Bolqarıstan Prezidenti ilə görüşlərini xatırlayaraq, ölkələrimiz arasında əlaqələrin yüksək səviyyədə olduğunu vurğuladı və bundan sonra da səmərəli əməkdaşlıq həyata keçiriləcəyinə əminliyini ifadə edib.

16
Teqlər:
Rosen Plevneliyev, Bolqarıstan Respublikası, İlham Əliyev, Azərbaycan, prezident
Əlaqədar
İlham Əliyevdən siqaret açıqlaması gəldi
İlham Əliyev: "Bu referendum Türkiyə tarixində yeni mərhələnin başlanğıcı olacaq"
İlham Əliyevin Sputnik-ə müsahibəsini əks etdirən albom Prezident Kitabxanasında
İlham Əliyev Vitali Kliçkonu qəbul edib
İlham Əliyev Abdullah Güllə görüşüb
İlham Əliyev: "Gələn il TANAP layihəsinin açılışını qeyd etməliyik"