Səbail Rayon Dövlət Yanğından Mühafizə Hissəsi

Bakıdakı körpələr evində yanğın baş verib

13
(Yenilənib 23:51 14.04.2017)
Yanğınsöndürənlər 18 azyaşlı uşağı xilas ediblər

BAKI, 14 apr — Sputnik. Bakının Pirallahı rayonunda yerləşən "Cırtdan" körpələr evində yanğın baş verib.

Sputnik Azərbaycan Fövqəladə Hallar Nazirliyinin saytına istinadla xəbər verir ki, ümumi sahəsi 450 m² olan ikimərtəbəli "Cırtdan" körpələr evinin zirzəmisində 3 m² sahədə məişət tullantıları yanıb.

Yanğın zamanı körpələr evinin otaqlarında olan 18 nəfər azyaşlı uşaq yanğınsöndürənlər tərəfindən xilas edilib.

Körpələr evinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb. Xoşbəxtlikdən tələfat olmayıb.

13
Teqlər:
"Cırtdan" körpələr evi, Pirallahı rayonu, Yanğın, Fövqəladə Hallar Nazirliyi, Bakı
Əlaqədar
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın
İstirahət mərkəzində yanğın olub
Sarıbulaq kəndində yanğın olub
Şəmkirdə yanğın təlaşı
Pedaqoji kollecdə yanğın baş verdi