Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

İlham Əliyevin Sputnik-ə müsahibəsini əks etdirən albom Prezident Kitabxanasında

© Sputnik / Murad OrujovРуководитель Sputnik Азербайджан Азиз Алиев передает директору Президентской библиотеки Маилу Ахмедову альбом-справочник, выпущенный по результатам интервью Ильхама Алиева генеральному директору МИА "Россия Сегодня" Дмитрию Киселеву
Руководитель Sputnik Азербайджан Азиз Алиев передает директору Президентской библиотеки Маилу Ахмедову альбом-справочник, выпущенный по результатам интервью Ильхама Алиева генеральному директору МИА Россия Сегодня Дмитрию Киселеву - Sputnik Azərbaycan
Abunə olmaq
Prezident İlham Əliyevin Sputnik-ə müsahibəsi barədə nəşr edilmiş albom-soraqça Əziz Əliyev tərəfindən Prezident kitabxanasının direktoru Mail Əhmədova təqdim olunub

BAKI, 14 apr – Sputnik. 2016-cı ilin oktyabrında Azərbaycan prezidenti İlham Əliyev məşhur Rusiya jurnalisti, “Rossiya seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin baş direktoru Dmitri Kiselyova eksklüziv müsahibə verib. 

© Sputnik / Murad OrujovSputnik Azərbaycan-ın rəhbəri Əziz Əliyev albomu Prezident kitabxanasının direktoru Mail Əhmədova təqdim edir
Sputnik Azərbaycan-ın rəhbəri Əziz Əliyev albomu Prezident kitabxanasının direktoru Mail Əhmədova təqdim edir - Sputnik Azərbaycan
Sputnik Azərbaycan-ın rəhbəri Əziz Əliyev albomu Prezident kitabxanasının direktoru Mail Əhmədova təqdim edir

Azərbaycan prezidentinin Sputnik Azərbaycan-ın suallarını cavablandırdığı bu müsahibə yerli və xarici KİV-lərdə geniş işıqlandırılıb. 17-23 oktyabr tarixlərində bu müsahibədən qaynaqlanaraq 236 məqalə, həmçinin Rusiya, Türkiyə, İran və Böyük Britaniyanın böyük informasiya agentliklərində və telekanallarında materiallar yayımlanıb.

Sputnik Azərbaycan-ın sözügedən müsahibəsinin nəticələrinə əsasən, özündə bu müsahibənin dünya KİV-də yayımına dair statistik məlumatları əks etdirən albom-soraqça buraxılıb. Soraqça Moskvada məhdud tirajla dərc edilib.

© Sputnik / Murad OrujovPrezident İlham Əliyevin “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin baş direktoru Dmitri Kiselyova verdiyi müsahibənin nəticələrinə əsasən hazırlanmış albom-soraqça
Prezident İlham Əliyevin “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin baş direktoru Dmitri Kiselyova verdiyi müsahibənin nəticələrinə əsasən hazırlanmış albom-soraqça  - Sputnik Azərbaycan
Prezident İlham Əliyevin “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin baş direktoru Dmitri Kiselyova verdiyi müsahibənin nəticələrinə əsasən hazırlanmış albom-soraqça

Albom Sputnik Azərbaycan-ın rəhbəri Əziz Əliyev tərəfindən təntənəli şəkildə Prezident kitabxanasının direktoru Mail Əhmədova təqdim olunub. Görüşdə Əziz Əliyev albom və orada toplanmış materiallardan söz açıb. Öz növbəsində, Mail Əhmədov bildirib ki, bu nəşr kitabxananın fondunda layiqli yerini tutacaq.

Xəbər lenti
0