Millət vəkili Qüdrət Həsənquliyev

Parlamentdə tələb: "Xalqın vəsaitini oğurlayanlar cəzalandırılsın"

564
Qüdrət Həsənquliyev: "Bizdə deputatlar nə büdcənin hazırlanması, nə də ona nəzarət funksiyasında iştirak edirlər"

BAKI, 14 apr — Sputnik. Millət vəkili Qüdrət Həsənquliyev parlamentin bu gün keçirilən iclasında Hesablama Palatasının 2016-cı il üçün hesabatının müzakirəsi zamanı ölkədə maliyyə intizamı ilə bağlı problemlərin olduğunu deyib. Sputnik Azərbaycan-ın xəbərinə görə, millət vəkili bildirib ki, dövlət büdcəsindən vəsait oğurlayanlara qarşı cəzalar daha da sərt olmalıdır.

O, parlamentdə büdcə və büdcəyə nəzarət komitəsinin yaradılmasını təklif edib: "Bizdə deputatlar nə büdcənin hazırlanması, nə də ona nəzarət funksiyasında iştirak edirlər. Lakin dünya təcrübəsinə baxsaq, görərik ki, digər ölkələrin parlamentlərində yaradılan quruma müxalifəti təmsil edən deputatlar nəzarət edirlər".

"Xalqın vəsaitini oğurlayanlar cəzalandırılmalıdır. Oğurlanan vəsaitlərin geri qaytarılması yaxşıdır. Lakin onu edənlər də cəzasız qalmamalıdır" — Həsənquliyev vurğulayıb.

564
Teqlər:
Qüdrət Həsənquliyev, Hesablama Palatası, millət vəkili, parlament, büdcə
Əlaqədar
Büdcə vəsaitlərindən istifadə zamanı qanun pozuntularına yol verilib
"Mayda büdcəyə dəyişiklik edilə bilər"
Yol polisi dövlət büdcəsinə 85 milyon manat gətirib
Neft Fondunun gələn il büdcəsi təsdiqlənib
Gələn ilin büdcəsi təsdiq olundu
Dövlət büdcəsi təsdiq olundu
Prezident büdcə ilə bağlı dəyişiklik etməyə göstəriş verdi

Yanvarın 25-nə qədər ölkədə ictimai nəqliyyat işləməyəcək

9
(Yenilənib 00:11 23.01.2021)
Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, bütün ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyəti dayandırılır.

BAKI, 23 yanvar - Sputnik. Bu gündən yanvarın 25-i saat 06:00-dək bütün ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, bütün ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyəti dayandırılır.

Bununla əlaqədar 23 yanvar saat 00:00-dan 25 yanvar saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyat fəaliyyət göstərməyəcək.

Qeyd edək ki, Bakı metropolitenində də sərnişindaşıma dayandırılıb.

9

Təhsil naziri: "Öyrənmə motivasiya arasında çox böyük əlaqə var"

8
Emin Əmrullayev: "Mövcud problemlərin şagirdin biliyində geriləmə və ya irəliləməyə səbəb olması ilə bağlı müəyyən ölçmələr aparmaq lazımdır".

BAKI, 22 yanvar - Sputnik. Təhsil naziri Emin Əmrullayev pandemiya ilə əlaqədar şagirdlərin dərslərində bəzi geriləmələrin olması ilə bağlı səsləndirilən fikirlərə münasibət bildirib.

Xəzər Televiziyasında yayımlanan “Vaxt gəldi” proqramında nazir övladlarından birinin 1-ci sinfə getdiyini, digərinin isə məktəbəqədər yaşda olduğunu deyib. O, distant təhsilin problemlərindən bəhs edərkən deyib:  

“Distant təhsil və teledərslər öz-özlüyündə izləmə baxımından maraqlı prosesdir. Eyni zamanda bu, çox çağırışlı məsələdir, o mənada ki, problemlidir. Belə ki, avadanlıqdan istifadə və ya müxtəlif problemlər meydana çıxır. Misal olaraq, hava soyuq olanda işıqlar sönə bilər. Bunu uşağa izah etmək məsələsi var. Odur ki, mövcud problemlərin şagirdin biliyində geriləmə və ya irəliləməyə səbəb olması ilə bağlı müəyyən ölçmələr aparmaq lazımdır”.

Nazir ibtidai siniflərdə şagirdlərin sosial-psixoloji, sosial-emosional inkişafına fokuslaşmalı olduğumuzu da qeyd edib:

“Biz emosiyalara və ya hansısa gümanlara yox, faktlara, ölçmələrə, elmə inanmalıyıq. Hazırda bununla bağlı planlar var və bunlardan biri də şagirdlərin biliyinin qiymətləndirilməsinin aparılmasıdır. Təbii, şagirdlər də dərsə qayıtmalıdır ki, biz bunu edə bilək. Yaxud başqa formatlar da düşünə bilərik. İnandığım budur ki, fokuslanmalı olduğumuz məsələ, xüsusilə də ibtidai sinifdə şagirdlərin sosial-psixoloji, sosial-emosional inkişafıdır. Mənə görə məktəb insanın sosial emosional inkişafını irəli aparan yer olmalıdır. Çünki öyrənmə və motivasiya arasında çox böyük əlaqə var”.

8
Teqlər:
Azərbaycanın təhsil naziri, təhsil naziri, Emin Əmrullayev