Bir qrup hərbçimiz Əfqanıstana yola düşdü

© AR Ministry of DefenseƏfqanıstana yola düşən hərbçilər
Əfqanıstana yola düşən hərbçilər - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycan sülhməramlılarının bir qrupu Əfqanıstana yola salınıb

BAKI, 12 apr — Sputnik. NATO-nun Əfqanıstanda həyata keçirdiyi "Qətiyyətli dəstək" qeyri-döyüş missiyasının tərkibində fəaliyyət göstərmək üçün Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 54 hərbi qulluqçusu plana uyğun olaraq rotasiya qaydasında Əfqanıstana yola salınıb. Bu barədə Sputnik Azərbaycan-a Müdafiə Nazirliyinin (MN) mətbuat xidmətindən məlumat verilib.

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Əfqanıstandakı sülhməramlı missiyası 2002-ci il noyabrın 20-dən başlayıb. Hazırda Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 hərbi qulluqçusu, 2 hərbi həkimi və mühəndis-istehkam ixtisası üzrə 2 zabiti Əfqanıstandakı missiyada iştirak edir.

Xəbər lenti
0