Bülent Bostanoğlu

Türkiyəli komandan Azərbaycana gəldi

24
(Yenilənib 13:32 11.04.2017)
Türkiyənin Hərbi Dəniz Qüvvələrinin komandanı Azərbaycanda səfərdədir

BAKI, 11 apr — Sputnik. Bu gün Türkiyə Respublikasının Hərbi Dəniz Qüvvələrinin komandanı, donanma admiralı Bülent Bostanoğlu Azərbaycan Respublikasına rəsmi səfərə gəlib. Müdafiə Nazirliyinin (MN) mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, səfər çərçivəsində qonağın Müdafiə Nazirliyində görüşü planlaşdırılır.

Admiral B.Bostanoğlunun rəhbərlik etdiyi nümayəndə heyətinin Hərbi Dəniz Qüvvələri Komandanlığı, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi ilə tanışlığı da nəzərdə tutulub. Səfər aprelin 14-dək davam edəcək.

24
Teqlər:
Bülent Bostanoğlu, donanma admiralı, Hərbi Dəniz Qüvvələrinin komandanı, Türkiyə Respublikası, Azərbaycan Respublikası, səfər
Əlaqədar
Qazaxıstan prezidenti Azərbaycana rəsmi səfərə gəlib
Trampa ən yaxın adamın Türkiyə səfərinin vaxtı açıqlanıb
İlham Əliyevin Fransaya rəsmi səfəri başa çatıb
Səudiyyə Ərəbistanından Amerikaya önəmli səfər
Prezidentin İran səfəri hansı dividendlər vəd edir?
Moldovanın nümayəndə heyəti Qəbələyə səfər edib
Prezident İlham Əliyev Qətərə rəsmi səfərə gedib

İşğaldan azad olunan Kəlbəcər şəhərində Azərbaycan bayrağı qaldırılıb - VİDEO

5
(Yenilənib 09:35 28.11.2020)
Azərbaycanın Kəlbəcər rayonu üçtərəfli bəyanatın şərtlərinə uyğun olaraq, noyabrın 25-də erməni işğalından azad edilib.

BAKI, 28 noyabr - Sputnik. İşğaldan azad olunan Kəlbəcər şəhərində Azərbaycan bayrağı qaldırılıb.

Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Həmin möhtəşəm kadrları təqdim edirik.

5
Teqlər:
Azərbaycan bayrağı, Müdafiə Nazirliyi, Üçtərəfli bəyanat, Kəlbəcərin azad olunması
Uşaqlar, arxiv şəkli

Müharibədən əziyyət çəkmiş uşaqlara göstərilən sosial-psixoloji dəstək gücləndiriləcək

6
(Yenilənib 23:15 27.11.2020)
Sənəddə Ermənistan–Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən əziyyət çəkmiş uşaqlara və onların ailələrinə sosial-psixoloji dəstək tədbirlərinin gücləndirilməsi öz əksini tapıb

BAKI, 27 noyabr — Sputnik. "Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı" yerli səviyyədə uşaqları müdafiə sistemini gücləndiməklə, ölkə üzrə uşaqları müdafiə mexanizminin təkmilləşdirilməsi və genişləndirilməsi istiqamətində tədbirlərin həyata keçirilməsini nəzərdə tutur. Sputnik Azərbaycan-ın məlumatına görə, bu, Prezident İlham Əliyevin 2020-ci il 27 noyabr tarixli Sərəncamı ilə təsdiq edilən "Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı"nda əksini tapıb.

Fəaliyyət Planında pandemiya və digər fövqəladə vəziyyətlər də nəzərə alınmaqla, uşaq hüquqlarının müdafiəsinə hərtərəfli yanaşma prinsipləri, xüsusi vəziyyətlərdə uşaqların bütün növ xidmətlərə təhlükəsiz çıxışında bərabərliyin təmin olunması məsələləri, xüsusilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən əziyyət çəkmiş uşaqlara və onların ailələrinə sosial-psixoloji dəstək tədbirlərinin gücləndirilməsi öz əksini tapıb. Eyni zamanda, xarici ölkələrdə münaqişə qurbanı olmuş və daha sonra ölkəmizə qaytarılmış Azərbaycan Respublikası vətəndaşı olan uşaqların cəmiyyətə reinteqrasiyası istiqamətində də fəaliyyətin həyata keçirilməsi nəzərdə tutulub.

Çətin həyat şəraitində, baxımsız və sosial təhlükəli vəziyyətdə olan uşaqların aşkarlanması və onların sosial müdafiəsi, reabilitasiyası, cəmiyyətə inteqrasiyası sahəsində tədbirlərin həyata keçirilməsi, eyni zamanda, ölkəmizdə alternativ qayğı xidmətlərinin inkişafı, həyatın bütün sahələrində uşaqlara qarşı zorakılığın qadağan olunması ilə bağlı qanunvericilik təkliflərinin işlənilməsi Fəaliyyət Planında xüsusi yer tutur.

6
Teqlər:
psixoloji yardım, sosial, reabilitasiya, əziyyət, müharibə, uşaqlar