Milli Şuranın 11 və 17 sentyabr tarixində “Məhsul” stadionunda keçirdiyi mitinqlərdən kadrlar

BŞBPİ Milli Şuranın mitinqi ilə bağlı məlumat yaydı

108
(Yenilənib 19:06 08.04.2017)
Mitinqdə ayrı-ayrı partiyaların və bir sıra müxalifətyönümlü qeyri-hökumət təşkilatlarının 1500 nəfərədək olan üzvü və təəssübkeşi iştirak edib

BAKI, 8 apr — Sputnik. Bakı şəhər Baş Polis İdarəsi (BŞBPİ) Demokratik Qüvvələrin Milli Şurasının mitinqi barədə məlumat yayıb.

BŞBPİ-dən Sputnik Azərbaycan-a verilən məlumata görə, aprelin 8-də Demokratik Qüvvələrin Milli Şurası adlanan qurumun Yasamal rayonundakı "Məhsul" stadionunda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqi keçirilib.

İdarədən bildirilib ki, saat 15.00-dan 17.00-dək davam edən toplantıda həmin quruma daxil olan ayrı-ayrı partiyaların və bir sıra müxalifətyönümlü qeyri-hökumət təşkilatlarının ümumi sayı 1500 (min beş yüz) nəfərədək olan üzvü və təəssübkeşi iştirak edib.
İctimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması halları qeydə alınmayıb.

108
Teqlər:
BŞBPİ, Milli Şura, mitinq
Əlaqədar
Milli Şuranın və radikalların mitinq mövsümü başa çatdı
BŞBPİ: Milli Şuranın mitinqində 800 nəfərədək insan iştirak edib
Milli Şura paytaxtda mitinq keçirdi