"Azərbaycan və İsrail qeyri-sabit regionda sabitliyin mayaklarıdır"

© Photo : Benyamin Netanyahunun rəsmi twitter səhifəsiAzərbaycan Prezidenti İlham Əliyev və İsrail dövlətinin Baş naziri Benyamin Netanyahu
Azərbaycan Prezidenti İlham Əliyev və İsrail dövlətinin Baş naziri Benyamin Netanyahu - Sputnik Azərbaycan
Abunə olmaq
Benyamin Netanyahu İlham Əliyevə məktub göndərib: "Sizi tezliklə İsraildə qarşılamağa ümid edirik"

BAKI, 8 apr — Sputnik. İsrail baş naziri Benyamin Netanyahu Azərbaycan Prezidenti İlham Əliyevə məktub göndərib. Sputnik Azərbaycan-ın məlumatına görə, məktubda deyilir:

İlham Əliyevin İsrailin Baş naziri Benyamin Netanyahu ilə birgə işçi naharı olub - Sputnik Azərbaycan
İlham Əliyev və Benyamin Netanyahu birgə nahar ediblər

"Hörmətli cənab Prezident, gələn ay İsrail ilə Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 25 ili tamam olur. İsrail Azərbaycan Respublikasının müstəqilliyini tanıyan ilk dövlətlərdən biri olması ilə fəxr edir.

Ötən 25 il ərzində ölkələrimiz arasında yəhudi və Azərbaycan xalqlarının səmimi dostluğuna əsaslanan möhkəm münasibətlər qurulub. Dini və etnik çəkişmələrin çox olduğu bir dövrdə Azərbaycan dinlərarası və multikultural harmoniyanın nümunəsidir. Azərbaycan kimi, İsrail də qeyri-sabit regionda sabitliyin və tolerantlığın mayakıdır. Üzləşdiyimiz çətinliklərə baxmayaraq, ölkələrimiz inkişaf edən iqtisadiyyat, firavan və sülhsevən cəmiyyət qurmağa nail olub.

Ötən ilin dekabr ayında Bakıda mənə, həyat yoldaşıma və bütün nümayəndə heyətinə göstərdiyiniz möhtəşəm mehribanlığınızı və lütfkar qonaqpərvərliyinizi heç zaman unutmayacağam. İnanıram ki, bu səfər müxtəlif sahələrdə ikitərəfli münasibətlərimizin daha da genişlənməsinə töhfə verəcək.

İmzaladığımız dörd iqtisadi saziş daha güclü əməkdaşlıq məqsədlərimizə çatmağa kömək edəcək. Sizinlə gələcək illərdə də daha yaxından işləməyə və tezliklə Sizi İsraildə qarşılamağa ümid edirik".

Xəbər lenti
0