Şəmkir rayonundakı Heydər Əliyev Mərkəzinin qarşısında aprel döyüşlərinin ildönümü ilə əlaqədar tədbir keçirilib

"Aprel zəfəri ordu ilə xalq birliyinin təntənəsinə çevrildi"

116
Aprel döyüşləri düşmən üzərində böyük qələbənin başlanğıcıdır

BAKI, 5 apr — Sputnik. Müdafiə nazirinin tapşırığına əsasən, ötən ilin aprel döyüşlərinin ildönümü ilə əlaqədar silsilə hərbi vətənpərvərlik tədbirləri davam edir. Müdafiə Nazirliyinin (MN) mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, növbəti izdihamlı tədbirin ünvanı Şəmkir rayonu olub. 

Rayon ictimaiyyətinin və Silahlı Qüvvələrin şəxsi heyətinin iştirakı ilə Heydər Əliyev Mərkəzinin qarşısında keçirilən tədbirdə N saylı hərbi birləşmə komandirinin şəxsi heyətlə iş üzrə müavini Rasim Manafov çıxış edib. O qeyd edib ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin dediyi kimi "aprel döyüşləri tarixdə bizim böyük qələbəmiz kimi qalacaq".

  • Şəmkir rayonundakı Heydər Əliyev Mərkəzinin qarşısında aprel döyüşlərinin ildönümü ilə əlaqədar tədbir keçirilib
    Şəmkir rayonundakı Heydər Əliyev Mərkəzinin qarşısında aprel döyüşlərinin ildönümü ilə əlaqədar tədbir keçirilib
    © Foto: mod.gov.az

1 / 7

"Aprel döyüşləri düşmən üzərində böyük qələbənin başlanğıcı olmaqla bərabər, Azərbaycan Ordusunun gücünü göstərdi, şəxsi heyətin özünə inamını və döyüş ruhunu artırdı. Həmçinin xalqımızın öz ordusuna inamını, vətənpərvərlik hissini daha da gücləndirdi. Aprel zəfəri ordu ilə xalq birliyinin təntənəsinə çevrildi" — R. Manafov bildirib.

Tədbirdə Silahlı Qüvvələrin hərbi orkestrinin iştirakı ilə incəsənət ustalarının ifasında vətənpərvərlik mahnıları, ordumuzun qələbəsinə həsr olunmuş nəğmələr səsləndirilib. Xalq artisti, Silahlı Qüvvələrin zabiti Azərinin ifaları alqışlarla qarşılanıb.

116
Teqlər:
hərbi birləşmə, aprel döyüşləri, Azərbaycan Ordusu, müdafiə naziri, silahlı qüvvələr
Əlaqədar
“Aprel atəşkəsi” kitabının təqdimatı keçirildi
Prezident aprel qələbəsi ilə bağlı hərbçilərlə görüşüb
Aprel döyüşləri vaxtı vurulan ziyanla bağlı məhkəməyə 700 ərizə göndərilib
"Aprel döyüşləri bizim şanlı qələbəmizdir"
Aprel döyüşlərinin təkrarlanması ehtimalı getdikcə artır