Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev

İlham Əliyev: "Dövlətlərimizin münasibətləri strateji tərəfdaşlıq xarakteri daşıyır"

14
Prezident: "Biz Rusiya ilə qarşılıqlı fəaliyyətin keyfiyyətcə yeni səviyyəyə çatmasına nail olmuşuq"

BAKI, 4 apr — Sputnik. Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın dövlət başçısı Vladimir Putinə məktub göndərib. 

Sputnik Azərbaycan-ın xəbərinə görə, məktubda deyilir: 

"Hörmətli Vladimir Vladimiroviç.

Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında diplomatik münasibətlərin yaradılmasının 25-ci ildönümü ilə əlaqədar səmimi təbriklərimi qəbul edin.

Budəfəki yubiley ölkələrimizin keçdiyi yola nəzər salmaq, görülmüş işlərə yekun vurmaq və gələcəklə bağlı planlar qurmaq üçün yaxşı fürsətdir. Biz tarixi baxımdan qısa zaman kəsiyində həm ortaq keçmişimizin müsbət nəticələrini qoruyub saxlamağa və çoxaltmağa, həm də qarşılıqlı fəaliyyətin keyfiyyətcə yeni səviyyəsinə çatmağa nail olmuşuq. Bu gün dövlətlərimizin münasibətləri bir-birimizin maraqlarına qarşılıqlı hörmətə, bərabərhüquqluluğa, iki ölkənin xalqları arasında çoxəsrlik dostluq və mehriban qonşuluq ənənələrinə əsaslanan strateji tərəfdaşlıq xarakteri daşıyır. 

Səfir Neboyşa Rodiç Azərbaycan Respublikası Prezidenti İlham Əliyevə 2013-cü ildə təltif edildiyi Serbiyanın Ali ordenini təqdim edib
© Official website of President of Azerbaijan Republic

Bütün səviyyələrdə etimada əsaslanan əlaqələrin inkişafını və siyasi, parlamentlərarası və idarələrarası əlaqələrin intensivləşməsini, ən müxtəlif sahələrdə əməkdaşlığın ardıcıl olaraq dərinləşməsini böyük məmnuniyyətlə qeyd etmək istəyirəm. Dostluq və mehriban qonşuluq münasibətlərinin möhkəmlənməsində humanitar əlaqələr xüsusi rol oynayır. Azərbaycanda rus dilinə və rus mədəniyyətinə olduqca qayğıkeş münasibət bəslənilir, ortaq mədəni və tarixi irs qorunub saxlanılır.

Biz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin dinc yolla tənzimlənməsi üçün Rusiya Federasiyasının səylərini yüksək qiymətləndiririk.

Əminəm ki, bizim dövlətlərarası münasibətlərimiz, çoxşaxəli Azərbaycan-Rusiya qarşılıqlı əlaqələri bundan sonra da xalqlarımızın mənafeyinə, regionda sülhə, sabitliyə və tərəqqiyə xidmət edəcək.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Rusiya xalqına sülh və firavanlıq arzu edirəm".

14

İki gün əvvəl ordudan tərxis olunan könüllü əsgər ölüb

15
Onun səhhətində problem yarandığı üçün iynə vurulub. İynədən sonra anafilaktik şok keçirən İbrahim Mirzəzadə dünyasını dəyişib.

BAKI, 17 yanvar - Sputnik. Lənkəran rayonunun Göyşaban kəndindən Vətən müharibəsinə könüllü olaraq qatılan Mirzəzadə İbrahim Rüfət oğlu bu gün vəfat edib.

“Report”un verdiyi xəbərə görə, mərhum iki gün əvvəl səfərbərlik üzrə hərbi xidmətdən tərxis edilib.

İlkin məlumata görə, onun səhhətində problem yarandığı üçün iynə vurulub. İynədən sonra anafilaktik şok keçirən İbrahim Mirzəzadə dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

15
Qəza, arxiv şəkli

Cəlilabadda ağır yol qəzası olub, ölən yaralananlar var

13
Yaralılar ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Hazırda onlar əməliyyat edilir. Ölən və yaralananların şəxsiyyəti dəqiqləşdirilir.

BAKI, 17 yanvar - Sputnik. Cəlilabad rayonunda ağır yol nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, qəza axşam saatlarında rayonun Alar kəndi ərazisində qeydə alınıb.

İlkin məlumata görə, hərəkətdə olan "Niva" markalı minik avtomobilinin aşması nəticəsində 1 nəfər ölüb, 3 nəfər yaralanıb. Yaralılar ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Hazırda onlar əməliyyat edilir.

Ölən və yaralananların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

13