İlham Əliyevə ali orden təqdim olunub

© Official website of President of Azerbaijan RepublicSəfir Neboyşa Rodiç Azərbaycan Respublikası Prezidenti İlham Əliyevə 2013-cü ildə təltif edildiyi Serbiyanın Ali ordenini təqdim edib
Səfir Neboyşa Rodiç Azərbaycan Respublikası Prezidenti İlham Əliyevə 2013-cü ildə təltif edildiyi Serbiyanın Ali ordenini təqdim edib - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycan Prezidenti iki ölkə arasında dostluq münasibətlərinin və əməkdaşlığın inkişaf etdirilməsinə verdiyi töhfəyə görə Serbiyanın Ali ordeninə layiq görülüb

BAKI, 4 apr — Sputnik. Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Serbiya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Neboyşa Rodiçi qəbul edib. Sputnik Azərbaycan dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, səfir Neboyşa Rodiç Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasında dostluq münasibətlərinin və əməkdaşlığın inkişaf etdirilməsi və möhkəmləndirilməsi işinə verdiyi töhfəyə görə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2013-cü ildə təltif edildiyi Serbiyanın Ali ordenini dövlətimizin başçısına təqdim edib.

Səfir dövlətimizin başçısına Ali ordenə layiq görülməsi münasibətilə Serbiyanın Prezidenti Tomislav Nikoliçin təbriklərini çatdırıb. Prezident İlham Əliyev Ali ordenə layiq görülməsini yüksək qiymətləndirib və təbriklərə görə minnətdarlığını Serbiya Prezidentinə çatdırmağı xahiş etdi. Dövlətimizin başçısı İlham Əliyev Prezident Tomislav Nikoliçin Azərbaycana səfəri və onunla Bakıda keçirdiyi görüşü məmnunluqla xatırlayıb.

Prezident İlham Əliyev, eyni zamanda, Serbiyada keçirilmiş son prezident seçkilərində Aleksandr Vuçiçin qələbəsi münasibətilə təbriklərini çatdırmağı xahiş etdi. Prezident İlham Əliyev Aleksandr Vuçiçi Azərbaycana səfərə dəvət edib. Səfir Neboyşa Rodiç Prezident İlham Əliyevin Serbiyaya səfərinin ölkəsində səbirsizliklə gözlənildiyini bildirib.

Serbiya səfiri Azərbaycanda fəaliyyət göstərdiyi dövrdə ölkəmizin hər yerində böyük inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını deyib. Görüş zamanı ölkələrimiz arasında ikitərəfli münasibətlərin uğurlu inkişafından məmnunluq ifadə edilib, Azərbaycanın Serbiyanın yol infrastrukturunun modernləşdirilməsi istiqamətində həyata keçirdiyi işlər yüksək qiymətləndirilib.

Xəbər lenti
0