Silahlı Qüvvələrdə 2016-cı il aprel döyüşlərinin birinci ildönümü ilə əlaqədar silsilə hərbi-vətənpərvərlik tədbirləri keçirilir

Aprel döyüşlərinin ildönümü ilə bağlı hərbi-vətənpərvərlik tədbirləri keçirilir

1090
(Yenilənib 14:35 04.04.2017)
Silahlı Qüvvələrdə 2016-cı il aprel döyüşlərinin birinci ildönümü ilə əlaqədar silsilə hərbi-vətənpərvərlik tədbirləri keçirilir

BAKI, 4 apr — Sputnik. Müdafiə nazirinin tapşırığına əsasən, Silahlı Qüvvələrdə 2016-cı il aprel döyüşlərinin birinci ildönümü ilə əlaqədar "Aprel döyüşləri bizim şanlı qələbəmizdir" devizi altında silsilə hərbi-vətənpərvərlik tədbirləri keçirilir. Müdafiə Nazirliyinin (MN) mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, təsdiq edilən plana əsasən tədbirlər bir sıra şəhər və rayonlarda, birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı hərbi təhsil müəssisələrində, mərkəzi və qarnizon zabitlər evlərində, klub və kitabxanalarda keçirilir.

Hərbi-vətənpərvərlik tədbirlərinin planında Müdafiə Nazirliyi rəhbərliyinin, döyüş iştirakçılarının və ictimaiyyət nümayəndələrinin iştirakı ilə şəhidlərin məzarlarının ziyarəti, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin aprel döyüşləri haqqında tezislərindən irəli gələn tələblərin şəxsi heyətə aşılanması və mövzuya dair məşğələlərin, Azərbaycan Yazıçılar Birliyi üzvlərinin, professor, müəllim və tələbə heyətinin hərbi qulluqçularla görüşlərin, elm, mədəniyyət, incəsənət və ədəbiyyat xadimlərinin iştirakı ilə "Aprel döyüşlərinin hərb tariximizdə yeri və əhəmiyyəti" mövzusunda seminarın, anma mərasimlərinin, "dəyirmi masa"ların təşkil olunması nəzərdə tutulur.

  • Silahlı Qüvvələrdə 2016-cı il aprel döyüşlərinin birinci ildönümü ilə əlaqədar silsilə hərbi-vətənpərvərlik tədbirləri keçirilir
    Silahlı Qüvvələrdə 2016-cı il aprel döyüşlərinin birinci ildönümü ilə əlaqədar silsilə hərbi-vətənpərvərlik tədbirləri keçirilir
    © Foto: mod.gov.az

1 / 9
© Foto: mod.gov.az
Silahlı Qüvvələrdə 2016-cı il aprel döyüşlərinin birinci ildönümü ilə əlaqədar silsilə hərbi-vətənpərvərlik tədbirləri keçirilir

Bundan əlavə, hərbi nəşrlərdə aprel döyüşlərinə dair silsilə materiallar dərc edilir, "Aprel döyüşləri — ruhumuzun qələbəsidir" silsiləsindən birinci "Lalətəpə" kitabının təqdimatı, Müdafiə Nazirliyi Sənədli və Tədris Filmləri Kinostudiyasının "Aprelin dörd günü" sənədli filminin nümayişi, şəhid övladlarının və xarici tələbələrin cəbhəboyu zonaya səfərləri və digər kütləvi hərbi-vətənpərvərlik tədbirlər təşkil olunur.

1090
Teqlər:
hərb tarixi, hərbi-vətənpərvərlik tədbirləri, aprel döyüşləri, müdafiə naziri, Silahlı Qüvvələr
Əlaqədar
“Aprel atəşkəsi” kitabının təqdimatı keçirildi
Prezident aprel qələbəsi ilə bağlı hərbçilərlə görüşüb
Aprel döyüşləri vaxtı vurulan ziyanla bağlı məhkəməyə 700 ərizə göndərilib
"Aprel döyüşləri bizim şanlı qələbəmizdir"
Aprel döyüşlərinin təkrarlanması ehtimalı getdikcə artır

İlham Əliyevlə BMT-nin Baş katibi arasında videokonfrans formatında görüş olub

16
(Yenilənib 22:54 28.09.2020)
Azərbaycan Prezidenti İlham Əliyevlə BMT-nin Baş katibi Antonio Quterreşlə onlayn görüşdə Ermənistanın Azərbaycana qarşı törətdiyi hərbi təxribatla bağlı hadisələrin gedişinə dair məlumat verib.

BAKI, 28 sentyabr — Sputnik. Sentyabrın 28-də BMT-nin Baş katibi Antonio Quterreşin təşəbbüsü ilə onunla Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev arasında videokonfrans formatında görüş olub.

Sputnik Azərbaycan xəbər verir ki, Prezident İlham Əliyev Ermənistanın Azərbaycana qarşı törətdiyi hərbi təxribatla bağlı hadisələrin gedişinə dair məlumat verib. Qeyd edib ki, sentyabrın 27-də Ermənistan təmas xətti boyunca Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini və yaşayış məntəqələrimizi ağır artilleriyadan atəşə tutub və bunun nəticəsində mülki şəxslərimiz və hərbi qulluqçularımız həlak olublar. Azərbaycan tərəfi özünümüdafiə məqsədilə uğurlu əks-hücum əməliyyatları həyata keçirir.

Dövlətimizin başçısı vurğulayıb ki, Ermənistan tərəfi birinci dəfə deyil belə hərbi təxribatlar törədir. Belə ki, işğalçı ölkə bu ilin iyul ayında Azərbaycan-Ermənistan dövlət sərhədində buna oxşar təxribat həyata keçirib, avqust ayında isə erməni diversiya dəstəsi təmas xəttini keçməyə cəhd edib. Eyni zamanda, Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərinə başqa ölkələrdən xarici vətəndaşların qanunsuz məskunlaşmasını həyata keçirir ki, bu da Cenevrə Konvensiyasına görə beynəlxalq hüququn ciddi pozulmasıdır.

İlham Əliyev qeyd edib ki, Ermənistanın baş naziri Azərbaycana qarşı hərbi əməliyyatlarda iştirak etməyə məcbur ediləcək on minlərlə mülki vətəndaşdan ibarət silahlandırılmış mülki könüllülər dəstələri yaradıb. O, Ermənistanın yeni müharibəyə hazırlaşmasını BMT Baş Assambleyasının 75-ci sessiyasının ümumi debatlarında çıxışında qeyd etdiyini xatırladıb.

Dövlət başçısı bildirib ki, Ermənistan rəhbərliyi şüurlu şəkildə danışıqlar prosesini pozur. Ermənistan rəhbərliyinin "Dağlıq Qarabağ Ermənistandır" bəyanatı danışıqlara ciddi zərbə vurub. "Azərbaycan Dağlıq Qarabağla danışıqlar aparmalıdır" bəyanatı isə danışıqlar formatının dəyişdirilməsi cəhdidir ki, bu da qəbuledilməzdir və bu, Minsk qrupunun rəhbərliyi tərəfindən də bildirilib.

"Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi yalnız və yalnız beynəlxalq hüquq normaları və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən dərhal, qeyd-şərtsiz və tam çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri əsasında həll olunmalıdır", - Azərbaycan Prezidenti deyib.

Söhbət zamanı Azərbaycanın təşəbbüsü ilə BMT Baş Assambleyasının COVID-19 ilə mübarizəyə həsr olunmuş Xüsusi Sessiyası müzakirə edilib və dövlətimizin başçısı bu təşəbbüsə göstərdiyi dəstəyə görə BMT Baş katibinə minnətdarlığını bildirib. Prezident İlham Əliyev Azərbaycanın COVID-19 ilə mübarizə istiqamətində beynəlxalq müstəvidə səylərini bundan sonra da əsirgəməyəcəyini qeyd edib.

Videokonfrans formatında keçirilən görüşdə Azərbaycanla BMT arasında əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər müzakirə olunub.

16
Tərtər rayonunda erməni silahlı qüvvələrinin açdıqları atəş nəticəsində dağılan ev

Atəşə tutulan mülki əhali ilə bağlı daha bir bəyanat yayıldı

43
(Yenilənib 22:43 28.09.2020)
Dünən Ermənistan silahlı qüvvələrinin dinc əhalini atəşə tutması nəticəsində Naftalan rayonunun Qaşaltı kəndinin sakini 1951-ci il təvəllüdlü Qurbanov Elbrus və onun dörd ailə üzvü

BAKI, 28 sentyabr — Sputnik. Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Ermənistan silahlı qüvvələrinin həyata keçirdiyi hərbi təxribatlar zamanı qadın və uşaqların hüquqlarını pozması və qətlə yetirməsinə dair bəyanat yayıb.

Sputnik Azərbaycan xəbər verir ki, bəyanatda dinc əhalinin də atəşə tutulmasından bəhs edilib:

"Məlum olduğu kimi, 27 sentyabr 2020-ci il, saat 06:00-dan başlayaraq Ermənistanın Azərbaycana qarşı növbəti təxribatı baş verib.

Əvvəllər də mövcud atəşkəs rejimini dəfələrlə pozan Ermənistan silahlı birləşmələri bu dəfə bütün təmas xətti boyu hücuma keçərək Azərbaycan mövqelərini, yaşayış məntəqələrini intensiv şəkildə müxtəlif növ silah və artilleriya qurğuları ilə atəşə tutmaqda, mülki və hərbi obyektlərə ciddi ziyan vurmaqda davam edir.

Bu hərbi təcavüz nəticəsində yaralanan və qətlə yetirilən mülki əhali arasında xüsusilə qadın və uşaqların məqsədyönlü şəkildə hədəfə alınması erməni vandalizmini bir daha dünya ictimaiyyətinə nümayiş etdirməkdədir.

Ermənistan silahlı qüvvələrinin iki gün ərzində açdığı atəş nəticəsində dinc əhali arsında xeyli sayda ölən və yaralanan var.

Bu hadisələr Ermənistanın cari ilin 12 iyul tarixində dövlət sərhədinin Tovuz rayonu istiqamətində törətdiyi zorakı və təcavüzkar əməllərinin davamı kimi qiymətləndirilir.

Ermənistan tərəfinin beynəlxalq sənədlərdən irəli gələn öhdəlikləri yerinə yetirməyərək, "Müharibə zamanı mülki əhalinin müdafiəsi" haqqında Cenevrə Konvensiyasının, BMT-nin Uşaq Hüquqları Konvensiyasının, ümumilikdə insan hüquqları sahəsində digər mühüm sənədlərin müvafiq müddəalarına əməl etməməsi növbəti dəfə beynəlxalq humanitar hüququn norma və prinsiplərini kobudcasına pozduğunu və müharibə cinayətlərini davam etdirdiyini sübut edir.

Azərbaycan Silahlı Qüvvələri Ermənistanın təcavüz aktına cavab olaraq əks-hücum əməliyyatlarını həyata keçirərək, mülki əhaliyə, qadınlara və uşaqlara qarşı müharibə aparmadığını bəyan edir.

Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi olaraq, dünya ictimaiyyətini, eləcə də aidiyyəti beynəlxalq təşkilatları, BMT-nin Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrini yerinə yetirməyən, BMT Baş Assambleyasının 2006 və 2008-ci illərdə qəbul olunmuş "Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət" adlı qətnamələrinə, BMT-nin "Uşaq Hüquqları haqqında" Konvensiyasına, BMT Təhlükəsizlik Şurasının "Silahlı münaqişələr zamanı uşaqların qorunması tədbirləri haqqında" 2427 qətnaməsinə məhəl qoymayan Ermənistanın Azərbaycan ərazisində törətdiyi cinayətlərə seyrçi qalmamağa, eyni zamanda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində mülki əhalinin, xüsusən də qadın və uşaqların pozulmuş hüquq və azadlıqlarının bərpası istiqamətində üzərlərinə düşən zəruri addımları atmağa və müvafiq tədbirlər görməyə çağırırıq".

43