Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Vladimir Putin İlham Əliyevə məktub göndərdi

© Photo : Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsiAzərbaycan Prezidenti İlham Əliyevin Rusiyalı həmkarı ilə görüşü olub
Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyalı həmkarı ilə görüşü olub - Sputnik Azərbaycan
Abunə olmaq
Vladimir Putin: "Əməkdaşlığımız dövlətlərimizin vətəndaşlarının köklü maraqlarına cavab verir, Cənubi Qafqazda və onun hüdudlarında sülhün, təhlükəsizliyin və sabitliyin möhkəmlənməsinə xidmət edir"

BAKI, 4 apr — Sputnik. Rusiya Federasiyasının (RF) Prezidenti Vladimir Putin, Rusiya ilə Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi münasibəti ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub göndərib. Sputnik Azərbaycan Kremlin rəsmi saytına istinadən xəbər verir ki, məktubda deyilir:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev - Sputnik Azərbaycan
İlham Əliyev Vladimir Putinə başsağlığı verib

"Birgə səylərlə Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında strateji əməkdaşlığı bundan sonra da aktiv inkişaf etdirəcəyimizə əminəm. Bu, dövlətlərimizin vətəndaşlarının köklü maraqlarına cavab verir, Cənubi Qafqazda və onun hüdudlarında sülhün, təhlükəsizliyin və sabitliyin möhkəmlənməsinə xidmət edir.

Ötən 25 ildə Rusiya və Azərbaycan xalqlarını bir-birinə bağlayan ənənəvi dostluq və qarşılıqlı hörmət münasibətlərini qoruyub saxlamaq və inkişaf etdirmək mümkün olub. Məzmunlu siyasi dialoqun, aktiv parlamentlərarası və regionlararası əməkdaşlığın əsası qoyulub. İqtisadi-ticarət, investisiya, elmi-texniki və humanitar əlaqələr, vətəndaş cəmiyyəti institutları arasında təmaslar genişləndirilir.

Moskva ilə Bakı aktual regional və beynəlxalq məsələlərin həllində səylərini koordinasiya edir, beynəlxalq strukturlar çərçivəsində faydalı tərəfdaşlıq edir. Sizə möhkəm can sağlığı və uğurlar, Azərbaycan vətəndaşlarına rifah və firavanlıq arzulayıram".

Xəbər lenti
0