Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Daha bir neftçinin cəsədi tapıldı

© Photo : ardda.gov.azMüəyyən edilən sektorlar üzrə axtarış-xilasetmə əməliyyatları davam etdirilir
Müəyyən edilən sektorlar üzrə axtarış-xilasetmə əməliyyatları davam etdirilir - Sputnik Azərbaycan
Abunə olmaq
Qərargah: Dənizdə meyiti tapılan şəxsin itkin düşmüş neftçi olduğu dəqiqləşib

BAKI, 15 mart — Sputnik. “Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azneft” İstehsalat Birliyinin Neft yığım məntəqəsində baş vermiş hadisə ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin 16 dekabr 2016-cı il tarixli Sərəncamına əsasən Dövlət Dəniz Administrasiyasının Gəmilərin Hərəkətinin İdarəolunması Milli Mərkəzində Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Dövlət Dəniz Administrasiyası, SOCAR və Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin aparıcı mütəxəssislərindən ibarət tərkibdə yaradılan Qərargah tərəfindən təsdiq edilən plana uyğun olaraq, müəyyən edilən sektorlar üzrə axtarış – xilasetmə əməliyyatları davam etdirilir.

Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, həyata keçirilən axtarış-xilasetmə əməliyyatları nəticəsində martın 13-də meyiti tapılan şəxsin "Azneft" İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 1 saylı neft qaz çıxarma sahəsində nasos qurğularının maşinisti vəzifəsində çalışmış, 1970-ci il təvəllüdlü Abbasov Ramiz Qulu oğlu olduğu müəyyən edilib.

Mərhumun meyiti ailəsinə təhvil veriləcək.

Xəbər lenti
0