Qəbələ və İsmayıllıda 22 nəfərə ailə bizneslərini qurmaq üçün mal və materiallar verilib

22 nəfərə ailə bizneslərini qurmaq üçün mal materiallar verilib

91
Qəbələ və İsmayıllıda 22 nəfərə ailə bizneslərini qurmaq üçün mal və materiallar verilib

İlham Əhmədov, Sputnik Azərbaycan

BAKI, 13 mart — Sputnik. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən özünüməşğulluq proqramı çərçivəsində Qəbələ və İsmayıllı rayonlarında bir qrup işsiz və işaxtaran şəxs ailə bizneslərini qurmaq üçün aktivlərlə (mal və materiallarla) təmin olunub. 

Bununla əlaqədar Qəbələ rayonunda keçirilən tədbirdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli, Qəbələ rayon İcra Hakimiyyətinin, nazirliyin aidiyyəti struktur bölmələrinin məsul şəxsləri, Qəbələ Turizm və hotelçilik üzrə Peşə Tədris Mərkəzinin direktoru Eyvaz Kazımov, özünüməşğulluq proqramının iştirakçıları, yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər. Qeyd olunub ki, Azərbaycan prezidenti İlham Əliyevin “Əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında” sərəncamı ölkəmizdə əmək resurslarının səmərəli məşğulluğunun təminatına yönələn tədbirlərin miqyasının özünüməşğulluq proqramı vasitəsilə daha da genişlənməsinə imkan verib. Bu məqsədlə prezidentin ehtiyat fondundan 6 mln. manat vəsait ayrılıb. 

Тельман Исмаилов, фото из архива
© Sputnik / Саид Царнаев

Sərəncamın icrası olaraq, nazirlik tərəfindən 2016-cı ilin 1 aprel tarixinədək məşğulluq orqanlarında işsiz və işaxtaran kimi qeydiyyata alınmış və özünüməşğulluq fəaliyyətini qurmaq üçün potensial imkanlara malik şəxslər müəyyən olunub və biznesin təşkili ilə bağlı iki aylıq təlim kurslarına cəlb ediliblər. Beynəlxalq Əmək Təşkilatının baş təlimçisinin iştirakı ilə hazırlanmış təlimçilər tərəfindən keçirilən təlim kurslarında iştirakçılar biznes fəaliyyətinin təşkili ilə əlaqədar zəruri bilik və bacarıqlara yiyələniblər. Kursları başa vuran və qiymətləndirmə zamanı biznes-planları uğurlu hesab edilən işsiz və işaxtaran şəxslərin seçdikləri iqtisadi fəaliyyət növləri üzrə özünüməşğulluq fəaliyyətinin təşkili üçün onların aktivlərlə təminatı işləri aparılır. Müsbət dəyərləndirilən biznes-planların 83,6%-i kənd təsərrüfatı, 9,4%-i xidmət, 6,6%-i istehsal, 0,4%-i ticarət sahələrini əhatə edir. Bu işlərin ilkin mərhələsi kimi, 25 rayon üzrə aktivlərin təqdim olunması prosesi davam etdirilir. O cümlədən Qəbələ və İsmayıllı rayonları üzrə 29 nəfər iştirakçıdan 22-si aktivlərlə təmin edilib. Onlardan 16 nəfərinə heyvandarlıq, 3 nəfərinə arıçılıq, 1 nəfərinə örtülü tərəvəz (istixana) təsərrüfatı qurmaq, 1 nəfərinə kompüter təmiri, çap və poliqrafiya işləri aparmaq, qalan 1 nəfərinə isə qədim xalq sənəti növlərindən biri olan misgərlik fəaliyyəti üçün mal və materiallar təqdim edilib. Hazırda özünüməşğulluq proqramı üzrə uğurlu biznes-planlara malik işsiz və işaxtaran şəxslərə aktivlərin alınıb verilməsi prosesi davam etdirilir. 

  • Qəbələ və İsmayıllıda 22 nəfərə ailə bizneslərini qurmaq üçün mal və materiallar verilib
    Qəbələ və İsmayıllıda 22 nəfərə ailə bizneslərini qurmaq üçün mal və materiallar verilib
    © Photo : İlham Ahmadov
  • Qəbələ və İsmayıllıda 22 nəfərə ailə bizneslərini qurmaq üçün mal və materiallar verilib
    Qəbələ və İsmayıllıda 22 nəfərə ailə bizneslərini qurmaq üçün mal və materiallar verilib
    © Photo : İlham Ahmadov
  • Qəbələ və İsmayıllıda 22 nəfərə ailə bizneslərini qurmaq üçün mal və materiallar verilib
    Qəbələ və İsmayıllıda 22 nəfərə ailə bizneslərini qurmaq üçün mal və materiallar verilib
    © Photo : İlham Ahmadov
  • Qəbələ və İsmayıllıda 22 nəfərə ailə bizneslərini qurmaq üçün mal və materiallar verilib
    Qəbələ və İsmayıllıda 22 nəfərə ailə bizneslərini qurmaq üçün mal və materiallar verilib
    © Photo : İlham Ahmadov
  • Qəbələ və İsmayıllıda 22 nəfərə ailə bizneslərini qurmaq üçün mal və materiallar verilib
    Qəbələ və İsmayıllıda 22 nəfərə ailə bizneslərini qurmaq üçün mal və materiallar verilib
    © Photo : İlham Ahmadov
1 / 5
© Photo : İlham Ahmadov
Qəbələ və İsmayıllıda 22 nəfərə ailə bizneslərini qurmaq üçün mal və materiallar verilib

Özünüməşğulluq proqramı 1 500 nəfərə yaxın işsiz və işaxtaran vətəndaşın ailə təsərrüfatlarının yaradılması yolu ilə onların, eləcə də ailə üzvlərinin özünüməşğulluğunun təmin olunmasını nəzərdə tutur. Bu sahədə aparılan işlər eyni zamanda əlavə iş yerlərinin yaradılmasına, gələcəkdə vergi və sosial sığorta ödəyicilərinin çoxalmasına, kiçik və orta sahibkarlığın genişlənməsinə hesablanıb.

91
Teqlər:
Qəbələ rayon İcra Hakimiyyəti, Qəbələ Turizm və hotelçilik üzrə Peşə Tədris Mərkəzi, Beynəlxalq Əmək Təşkilatı, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Eyvaz Kazımov, Mətin Kərimli, Qəbələ rayonu, İsmayıllı rayonu
Əlaqədar
Bakıda biznesmen intihar edib
Məşhur biznesmen rəsmən müflisdir
Azərbaycanda universitet müəllimi və tikinti biznesmeni uşaq oğurlatdırdı
Tərtərdə dövlət 11 ailəyə bizneslə məşğul olmaq üçün yardım edib
Aztəminatlı ailələrə ailə biznesi qurmaq üçün imkan yaradılır
İlham Əliyevin İƏT-in Elm və Texnologiya üzrə ikinci Zirvə toplantısında videoformatda çıxışı təqdim olunub

Əliyev İƏT-ə səsləndi - Sizi görmək istərdik

3
Bu gün İslam Əməkdaşlıq Təşkilatının Elm və Texnologiya üzrə onlayn formatda ikinci Zirvə toplantısı keçirilib. Tədbirdə Azərbaycan Prezidentinin videoformatda çıxışı təqdim edilib.

BAKI, 16 iyun — Sputnik. İyunun 16-da İslam Əməkdaşlıq Təşkilatının Elm və Texnologiya üzrə onlayn formatda ikinci Zirvə toplantısı keçirilib. Sputnik Azərbaycan xəbər verir ki, tədbirdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin videoformatda çıxışı təqdim edilib.

Prezident İlham Əliyev bildirib ki, bugünkü Zirvə toplantısının mövzusu elm və texnologiya olduğundan, vurğulamaq istərdim ki, ölkəmizin elmi və texnoloji potensialının gücləndirilməsi bizim başlıca prioritetlərimiz sırasındadır.

Dövlət başçısı bildirib ki, Azərbaycan beynəlxalq kosmik klubun üzvüdür:

"Bu gün bizim ikisi telekommunikasiya, biri isə Yer səthinin müşahidəsi üçün istifadə olunan üç peykimiz var. Azərbaycan 2023-cü ildə Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi edəcək ölkə seçilib. Bu, beynəlxalq kosmik icma tərəfindən Azərbaycanın bu sahədə nailiyyətlərinin tanınmasının təzahürüdür. Bu yaxınlarda Azərbaycanın növbəti onillik üçün sosial-iqtisadi inkişafına dair müəyyən etdiyim beş milli prioritet sırasında rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanının yaradılması da yer alır".

Prezident İlham Əliyev vurğulayıb ki, hökumət innovasiyaların və startap ekosistemlərinin inkişafı ilə bağlı əməli addımlar atır: "Azərbaycan Ümumdünya İqtisadi Forumu ilə Dördüncü Sənaye İnqilabı Mərkəzləri Şəbəkəsinin Afiləedilmiş Azərbaycan Mərkəzinin yaradılması ilə bağlı saziş imzalayıb. Mən işğaldan azad olunmuş bütün əraziləri yaşıl enerji zonası elan etmişəm. Biz bərpa və yenidənqurma işlərində ən müasir və innovativ texnologiyalardan istifadə edəcəyik. "Ağıllı şəhər" və "ağıllı kənd" konsepsiyaları tətbiq olunacaq. Biz qardaş İƏT dövlətlərindən olan şirkətlərin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində yenidənqurma prosesində iştirakını görmək istərdik".

Prezident bildirib ki, Ermənistan 30 ilə yaxın idi ki, ölkəmizin təqribən 20 faiz ərazisini işğal altında saxlayırdı. Ermənistan azərbaycanlılara qarşı etnik təmizləmə aparıb. Bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilib. Ermənistan Xocalı soyqırımını törədib. Xocalı soyqırımı 13 ölkə tərəfindən tanınıb.

Dövlət başçısı qeyd edib ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurası tərəfindən 1993-cü ildə qəbul edilmiş dörd qətnamə, Qoşulmama Hərəkatının bəyannamələri, İslam Əməkdaşlıq Təşkilatının qətnamələri, ATƏT və digər beynəlxalq təşkilatların müvafiq qərarları münaqişənin həllinin hüquqi bazasını təşkil edirdi:

"Lakin Ermənistan beynəlxalq ictimaiyyətin tələblərinə məhəl qoymayaraq, torpaqlarımızı əbədi olaraq işğal altında saxlamağa cəhd edirdi. Ermənistan 2020-ci ilin iyul, avqust və sentyabr aylarında üç dəfə dövlət sərhədi və keçmiş təmas xətti boyu hərbi təxribatlara əl ataraq günahsız mülki əhalinin qətlə yetirilməsinin və müharibənin alovlanmasının səbəbkarı oldu".

Prezident xatırladıb ki, ötən ilin sentyabr ayında Ermənistanın irimiqyaslı hərbi hücumuna cavab olaraq Azərbaycan əks-hücum əməliyyatına başladı və işğal altında olan ərazilərin böyük hissəsini azad etdi: "44 günlük Vətən müharibəsində tam məğlubiyyətə uğrayan Ermənistan 2020-ci ilin 10 noyabr tarixində kapitulyasiya aktına imza ataraq Azərbaycanın işğal altında olan digər ərazilərindən qoşunlarını çıxarmağa məcbur oldu. Azərbaycan özü BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi qətnamələrinin icrasını təmin etdi. Beləliklə, Azərbaycan 30 illik münaqişəyə son qoydu və hərbi-siyasi yollarla ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etdi. Biz müharibə zamanı İslam Əməkdaşlıq Təşkilatı tərəfindən nümayiş etdirilən qətiyyətli mövqeyi yüksək qiymətləndiririk. İslam Əməkdaşlıq Təşkilatı Azərbaycanı dəstəkləyən bəyanatlarla çıxış edib. Xüsusilə mən müharibənin ilk günlərindən bizə siyasi dəstək ifadə edən Türkiyə, Pakistan və Əfqanıstana minnətdarlığımı bildirmək istəyirəm".

O qeyd edib ki, Azərbaycan İslam Əməkdaşlıq Təşkilatı ailəsinin fəal üzvüdür və həm ikitərəfli əsasda, həm də beynəlxalq təşkilatlar çərçivəsində üzv dövlətlərlə sıx əməkdaşlıq edir.

Dövlət başçısı qeyd edib ki, son bir neçə il ərzində Azərbaycanda İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin xarici işlər, mədəniyyət, turizm, təhsil, əmək və digər nazirləri səviyyəsində 10-a yaxın görüş keçirilib:

"Azərbaycan hər zaman İslam ölkələri arasında həmrəyliyin gücləndirilməsi istiqamətində səylər göstərib. 2017-ci ildə 54 dövlətin iştirakı ilə IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etməyimiz bunun növbəti təzahürü idi. Bununla yanaşı, biz, İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin vətəndaşları üçün ölkəmizdə təhsil almaq imkanı verən təqaüd proqramına da başlamışıq".

"Biz Ermənistanın hərbi təcavüzü ilə bağlı İslam Əməkdaşlıq Təşkilatı tərəfindən Azərbaycanın ədalətli mövqeyinin ardıcıl şəkildə dəstəklənməsini yüksək qiymətləndiririk. İslam Əməkdaşlıq Təşkilatı tərəfindən 1994-cü il Kasablanka Zirvə görüşündən bu günə qədər Ermənistanın Azərbaycana qarşı təcavüzünü pisləyən, ölkəmizin suverenliyi və ərazi bütövlüyünü dəstəkləyən 80-dən artıq qətnamə qəbul edilib. Bu mənada Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü ilə bağlı 2016-cı ildə İslam Əməkdaşlıq Təşkilatının Təmas Qrupunun təsis edilməsi xüsusi qeyd edilməlidir. Azərbaycan da öz növbəsində hər zaman İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələri dəstəkləyib, İslam ölkələri arasında daha güclü həmrəyliyin və əməkdaşlığın təmin edilməsi naminə səylər göstərib", - deyə dövlət başçısı bildirib.

Eləcə də oxuyun:

  • İlham Əliyev: Biz əməli-praktiki işlərlə Zəngəzur dəhlizini yaradırıq

  • Prezidentin Füzuli səfəri: Köndələnçay su anbarı əbədi bizim əlimizdə olacaq - YENİLƏNİB

  • Azərbaycan Qarabağı cənnətə çevirəcək - prosesə İslam ölkələri qoşulur

3
Teqlər:
enerji, yaşıl, texnologiya, İƏT, Prezident İlham Əliyev
Bakıda keçid

Bu məkanda cərimələnə bilərsiz - DİN-dən açıqlama

9
(Yenilənib 16:23 16.06.2021)
Polis bu gün piyada keçidlərində reyd keçirib. Bu məkanda maskadan istifadə etməyənlər cərimələniblər.

 

BAKI, 16 iyun — Sputnik. Bu gün yerüstü piyada keçidində maska ilə bağlı polis reydi keçirilib. Belə ki, polis Binəqədi rayonu "Azadlıq" metrostansiyasına enən istiqamətdəki piyada keçidində reyd zamanı maskadan istifadə etməyənlərə cərimə yazıb. Polis əməkdaşları Sputnik Azərbaycan-ın müxbiri Zülfiyyə Quluyevaya bildiriblər ki, keçidlər qapalı məkan sayıldığından maska taxmayanlar cərimələnirlər. Vətəndaşların çoxu keçiddə maskadan istifadə barədə məlumatlı olmadıqlarını bildiriblər.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Kütləvi informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, keçid qapalı məkan hesab edilir: "Adından göründüyü kimi, qapalı yerlərin hamısı qapalı məkan hesab olunur. Yeraltı və yerüstü keçidlər də qapalı məkan hesab olunur. Buna görə də sərnişinlərin yeraltı və yerüstü keçidlərdən istifadə etdikdə tibbi maskadan istifadə etməsi məcburidir".

O, həmçinin qeyd edib ki, qapalı məkanlarda, yeraltı və yerüstü piyada keçidlərində və eləcə də yeraltı piyada keçidlərinin ticarət obyektləri olan hissələrində, ictimai nəqliyyatda polis tərəfindən gücləndirilmiş qaydada nəzarət-profilaktik tədbirləri davam etdirilir.

Azərbaycanda maska rejimi

Azərbaycanda 2020-ci ilin iyun ayının 1-dən qapalı məkanlarda maska rejimi tətbiq edilib, 2020-ci ilin noyabrın 21-dən isə tibbi maska həmçinin açıq havada da məcburi olub. Nazirlər Kabineti yanında Operativ Qərargah 31 may saat 06:00-dan etibarən açıq havada tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və s.) istifadə edilməsi tələbini ləğv etdi. Bununla belə qapalı məkanlarda maska rejimi qüvvədə qalıb.

Eləcə də oxuyun:

  • İnsanlar sevinirlər: Hər kəs "Mall"lara gedə biləcək

  • Yol polisindən maskalarla bağlı xəbərdarlıq: Cərimələr qüvvədədir

9
Teqlər:
yeraltı keçid, yerüstü keçid, piyada keçidi, DİN, cərimə, maska
Mövzu:
Azərbaycan karantində: nikbinlər, bədbinlər, xeyirxahlar və ixtiraçılar