Здание Министерства иностранных дел Азербайджанской Республики в Баку

Azərbaycan XİN Niderlandın Türkiyə rəsmilərinə qarşı davranışını pisləyib

510
(Yenilənib 15:54 12.03.2017)
Hacıyev: "Niderland hər fürsətdə əsassız şəkildə digər dövlətləri tənqid etməkdə, insan hüquqları mövzusunda “mentorluq” etməkdə və başqalarına irad tutmaqda “adətkarlıq” nümayiş etdirir"

BAKI, 12 mart — Sputnik. Azərbaycan Xarici İşlər Nazirliyi Niderlandın Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunun təyyarəsinin enişinə icazə verməməsi və ailə və sosial siyasət naziri Fatma Betül Sayan Kayanın Türkiyənin Rotterdamdakı konsulluğuna buraxılmayaraq ölkədən çıxarılmasına münasibət bildirib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, bəzi Avropa təsisatları və xüsusilə Avropa Parlamentindəki bir sıra dairələr, həmçinin Niderland hər bir fürsətdə əsassız şəkildə digər dövlətləri tənqid etməkdə, insan hüquqları mövzusunda “mentorluq” etməkdə və başqalarına irad tutmaqda “adətkarlıq” nümayiş etdirir.

Hacıyev qeyd edib ki, insan hüquqları və demokratiyanı özünün təməl prinsipləri hesab etdiyi halda Niderland hökumətinin Türkiyə Respublikası hökumət rəsmilərinə qarşı həyata keçirdiyi tədbirlər, Niderlandda yaşayan türk icması üzvlərinin sərbəst və dinc toplaşmasına imkan verilməməsi və onlara qarşı gücdən istifadə olunması qərəzli və ziddiyyətli xarakter daşıyır: “Bu, Diplomatik və Konsulluq münasibətləri haqqında Vyana konvensiyası, insan hüquqları, sərbəst toplaşma və ifadə azadlığı kimi fundamental prinsiplərin kobud şəkildə pozulması ilə müşayiət olunur. Bu kimi davranış eləcə də diplomatik-etik çərçivələrdən tamamilə kənardır.  Bütün bunlar hal-hazırda Avropada yayılmaqda olan İslamafobiya, ksenofobiya və ayrı-seçkilik kimi neqativ meyllərinin aradan qaldırılması, multikulturalizm, dözümlülük, dialoq və anlaşmanın təşviq edilməsinə xüsusi ehtiyacın olduğunu bir  daha göstərir”.    

510
Mövzu:
Türkiyə-Avropa gərginliyi (24)
Bakıda tibbi maska taxmış şəxs, arxiv şəkli

Bakıda koronavirus ocağı bu ərazidir

19
(Yenilənib 23:42 23.01.2021)
Ölkəmizdə koronavirusa ən çox yoluxma faktı Bakı şəhərində müşahidə olunub. Belə ki, ümumi yoluxma hallarının 52,2 faizi paytaxtda qeydə alınıb.

 

BAKI, 23 yanvar — Sputnik. Bakı şəhəri üzrə yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxma göstəriciləri açıqlanıb. Sputnik Azərbaycan-ın koronavirusinfo.az saytına istinadən məlumatına görə, paytaxtın rayonları arasında ən yüksək yoluxma göstəricisi Binəqədi rayonunda qeydə alınıb.

Belə ki, paytaxt üzrə yoluxma hallarının 15 faizi həmin rayonun payına düşür. Bakı şəhərinin digər rayonlarına gəlincə, yoluxma hallarının 13,1 faizi Xətai, 12,2 faizi Yasamal, 10,8 faizi Sabunçu, 8,2 faizi Nərimanov, 8,2 faizi Suraxanı, 7,8 faizi Nəsimi, 7 faizi Nizami, 6,8 faizi Xəzər, 5,4 faizi Qaradağ, 5 faizi Səbail, 0,5 faizi Pirallahı rayonlarında qeydə alınıb.

Qeyd edək ki, ölkəmizdə koronavirusa ən çox yoluxma faktı Bakı şəhərində müşahidə olunub. Belə ki, ümumi yoluxma hallarının 52,2 faizi paytaxtda qeydə alınıb.

19
Kişi qadına telefonda yazışmanı göstərir, arxiv şəkli

Qısqanc ər arvadını öldürdü - Daha bir dəhşətli qətl

12
(Yenilənib 23:38 23.01.2021)
1969-cu il təvəllüdlü Mirzəyev Qədirağa Ağasən oğlunun qısqanclıq zəminində aralarında yaranmış mübahisə zamanı dəmir alətlə Yemən Mirzəyevanın baş nahiyəsinə xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

BAKI, 23 yanvar — Sputnik. Yanvarın 22-də saat 14 radələrində Cəlilabad rayonu, Uzuntəpə kənd sakini 1967-ci il təvəllüdlü Mirzəyeva Yemən Əlisahib qızının öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Cəlilabad rayon prokurorluğundan Sputnik Azərbaycan-a verilən məlumata görə, cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilmiş, o cümlədən digər təxirəsalınmaz hərəkətlər yerinə yetirilib. Aparılmış araşdırmalarla zərərçəkmişin əri 1969-cu il təvəllüdlü Mirzəyev Qədirağa Ağasən oğlunun qısqanclıq zəminində aralarında yaranmış mübahisə zamanı dəmir alətlə Yemən Mirzəyevanın baş nahiyəsinə xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Cəlilabad rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilib.

Qədirağa Mirzəyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

12
Dəniz quldurlarının bayrağı, arxiv şəkli

Dəniz quldurları Türkiyə gəmisinə hücum edib, azərbaycanlı mühəndis öldürülüb

0
(Yenilənib 00:29 24.01.2021)
Gəminin kapitanı bildirib ki, quldurlar radardan başqa bütün sistemləri söküblər: "Gəmini yalnız radarla təhlükəsiz əraziyə aparırıq və gəminin kapitan müavini ayağından yaralanıb".

BAKI, 24 yanvar - Sputnik. Nigeriya sahillərində “Motsart” adlı Türkiyə şirkətinə məxsus Liberiya bayrağı altında üzən gəmiyə dəniz quldurları hücum edib.

“Report” xəbər verir ki, gəmidə olan 15 nəfər girov götürülüb, azərbaycanlı mühəndis isə qətlə yetirilib.

Gəminin kapitanı bildirib ki, quldurlar radardan başqa bütün sistemləri söküblər:

"Gəmini yalnız radarla təhlükəsiz əraziyə aparırıq və gəminin kapitan müavini ayağından yaralanıb".

0