Облачная погода в Баку

Sabah hava qanımızı qaraldacaq

5120
(Yenilənib 14:34 12.03.2017)
Azərbaycanın bəzi yerlərində şaxta gözlənilir

BAKI, 12 mart-Sputnik. Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Sputnik Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadla xəbər verir ki, respublikanın bəzi yerlərində duman olacaq, şimal küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturunun gecə 3-6° isti, gündüz 9-13° isti, Bakıda gecə 3-5° isti, gündüz 10-12° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 763 mm civə sütunu, nisbi rütubət gecə 85-95 %, gündüz 60-70 % təşkil edəcək.

Azərbaycanın rayonlarına gəlincə, martın 13-də Qərb rayonlarında arabir yağış yağacağı, şərq rayonlarında əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 2-7° isti, gündüz 11-16° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 5-10° isti olacağı gözlənilir.

5120
Teqlər:
duman, bulud, şaxta, hava, yağış, hava haqqında, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti, Azərbaycan
Əlaqədar
Nazirlikdən dəyişkən hava xəbərdarlığı
Hava soyuyacaq: Yenə qar xəbərdarlığı gəldi
Sabaha gözlənilən hava şəraiti
Nazirlikdən soyuq hava xəbərdarlığı
Hava küləkli olacaq