Hamilə qadın

Hamilə rus qadın ailəsini vətəninə qaytarmağı xahiş edir

125
O, insanları və Rusiya hökumətini ona Stavropol diyarına qayıtmağa, anasız böyüyən böyük oğlunu görməyə kömək etməyə çağırır

BAKI, 12 mart — Sputnik. Azərbaycanda çətin vəziyyətə düşmüş hamilə rus qadın Rusiya səfirliyindən onun ailəsinə öz vətəninə qayıtmağa köməklik göstərməyi xahiş edir. 

Sputnik Azərbaycan-ın məlumatına görə, Yasmin Marinenko artıq ikinci ildir ki, paytaxtın Buzovna qəsəbəsində əri, onun valideynləri və üç yaşlı oğlu ilə yaşayır. 

Gənc ailə valideynlərin evində yeni həyata başlamaq üçün Bakıya gəlib.

Marinenkonun sözlərinə görə, o, əvvəllər həyat yoldaşı və böyük oğlu ilə birlikdə Pyatiqorsk yaxınlığında, Stavropol vilayətində yaşayıb. Marinenko 8 il yerli məktəblərdən birində müdir müavini işləyib. Ailə başçısı isə tikinti sahəsində çalışıb. İkinci uşaqları anadan olandan sonra onlara ev xərclərinin öhdəsindən gəlmək çətin olub. Ailə kirayə evdə yaşayırmış. Bununla yanaşı, həyat yoldaşı da xəstələnib. Həkimlər onda ürək çatışmazlığı aşkarlayıblar.


Kişi bu xəstəliklə işləyə bilməyib. Onlar yaşamaq üçün Azərbaycana gəlməli olublar. Çünki qayınatası burada oğlunu müalicə etdirməyə söz verib. Cütlük bütün əşyalarını toplayaraq Azərbaycana gəlmək və burada yeni həyata başlamaq qərarına gəliblər. Onlar böyük oğlanlarını arvadın valideynlərinin yanında qoyublar ki, Azərbaycanda öz ayaqları üstündə durandan sonra onu da yanlarına apararlar. 

Bakının Buzovna qəsəbəsində 3 ay yaşayandan sonra cütlük sərhəddə gələrək miqrasiya qanunlarının tələbinə uyğun şəkildə qeydiyyata düşmək istəyib. Lakin onlara Azərbaycanın sərhədlərini tərk etmək qadağan edilib, çünki onlar cəmi bir gün qeydiyyat vaxtını gecikdiriblər. Burada onlara izah ediblər ki, respublika ərazisini tərk etmək üçün onlar cərimə ödəməlidirlər. 

Bu qədər pulları olmadığından, Marinenko və yoldaşı ərin doğmalarının yanına qayıdıblar. Bir ildən sonra, qadın üçüncü uşağa hamilə qaldığını bilib. Eyni zamanda, qadın Rusiyaya da qayıda bilməyib, çünki cəriməni ödəmək və bilet almaq üçün pulu olmayıb. Yeddi aylıq hamilə olarkən Marinenko başa düşüb ki, yaxın aylarda vətəninə qayıda bilməyəcək. Çünki onu bu vəziyyətdə heç bir təyyarə götürməyəcək. Üstəlik onun dövlətə ödəmək üçün pulu da yoxdur. 

Amma 33 yaşlı ananın ürəyi parçalanır. Çünki o, 12 yaşlı oğlunu 2 ildir ki, görə bilmir. 

O, başa düşür ki, bundan sonra Azərbaycanda yaşaya bilməyəcəklər. Marinenko Azərbaycan dilini bilmir, onun hüquq təhsili isə məktəbdə işləməyə imkan vermir. Əri də fiziki əməklə məşğul ola bilmir. Onun başqa layiqli iş yeri tapmaq imkanı yoxdur. Bu hal gənc ailənin gələcəyinə ümid vermir. Yeganə çıxış yolu Rusiyaya qayıtmaqdır.


Ailə Rusiyada ikinci uşağın uşaqpulundan istifadə etməyi və Nijni Novqorod yaxınlığındakı kəndlərdən birində ev tutmağı planlaşdırır. Orada öz təsərrüfatlarını qurmağı düşünürlər. Qoca qaynana və qaynatanın pensiyası ilə yaşamağı isə gənclər özlərinə sığışdırmırlar. 

Bununla belə, Azərbaycan Səhiyyə Nazirliyinin nümayəndələri artıq Marinenko ilə görüş keçiriblər və ona söz veriblər ki, respublikadakı xəstəxanalardan birində onun uşağı dünyaya gətirməsinə şərait yaradacaqlar. Artıq Marinenkonun yaşadığı yerə yaxın olan Mərdəkan qəsəbəsindəki doğum evində onun uşağı dünyaya gətirməsi qərara alınıb. 

Marinenko Rusiya Federasiyası hakimiyyətindən və Rusiyanın Azərbaycandakı səfirliyindən xahiş edir ki, onun problemlərinin həllinə və vətənə qayıtmasına kömək etsinlər. Bu ailəyə həqiqətən də kömək lazımdır. Rus qadın onu başa düşməyə çağırır. Bildirir ki, belə vəziyyətə hər kəs düşə bilər. 

Qeyd edək ki, repatriasiya xərcləri az vəsait tələb etmir. Geri qayıtmaq üçün onlar cərimə ödəməli, bilet almalı və şəxsi əşyaların daşınması üçün konteynerə pul verməlidirlər. 

Ailə Rusiyaya yalnız yarım ildən, Marinenkonun üçüncü uşağı doğulandan sonra qayıda bilərlər. Onun doğuşu isə martın sonları və aprelin əvvəllərinə planlaşdırılıb. 

125
Teqlər:
Stavropol, Nijni Novqorod, hamilə, Azərbaycan Səhiyyə Nazirliyi, Buzovna qəsəbəsi, Mərdəkan, Bakı, xəstəxana, səfirlik, hamilə qadın vətəninə qayıda bilmir, Yasmin Marinenko, Rusiya, Azərbaycan
Əlaqədar
Nazirlik səfirliyin qarşısında doğmağa hazırlaşan qadınla bağlı açıqlama verdi
Xarici İşlər naziri Ceyhun Bayramov, arxiv şəkli

Ceyhun Bayramov Moskvaya səfər edib

21
Xatırladaq ki, Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyan da Rusiyaya qısamüddətli işgüzar səfərə gedib.

BAKI, 21 oktyabr — Sputnik. Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov Rusiya tərəfi ilə məsləhətləşmələrin həyata keçirilməsi məqsədilə Moskva şəhərinə işçi səfər edib. Bu barədə Sputnik Azərbaycan-a Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Xatırladaq ki, Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyan da Rusiyaya qısamüddətli işgüzar səfərə gedib.

21
Azərbaycan bayrağı

Məşhur türk sənətkarının ifasında "Qarabağ türküsü" səsləndirildi

10
(Yenilənib 12:02 21.10.2020)
Mahnı Azərbaycan Ordusunun göstərdiyi sücaətlərdən, işğaldan azad olunan torpaqlarımızdan bəhs edir.

BAKI, 21 oktyabr — Sputnik. Son günlər Azərbaycan Ordusunun aparığı uğurlu əməliyyatları nəticəsində Cəbrayıl, Fizuli və Zəngilan şəhərləri və bir sıra kəndlərimizin işğaldan azad olunması xəbəri Azərbaycan xalqı ilə yanaşı, qardaş Türkiyə xalqını da sevindirib. Azərbaycana dəstək məqsədilə Türkiyənin ən məşhur bölgələri Azərbaycan bayrağına bürünüb.

Bundan başqa qardaş ölkənin sənət adamları da ölkəmizə dəstək olublar. Bu dəfə bu axına Türkiyənin məşhur saz ifaçısı, müğənni Əsəd Kabaklı da qoşulub. Sputnik Azərbaycan xəbər verir ki, məşhur ozan Qarabağda davam edən vətən savaşı üçün mahnı ifa edib. Mahnı Azərbaycan Ordusunun göstərdiyi sücaətlərdən, işğaldan azad olunan torpaqlarımızdan bəhs edir. Sözügedən mahnının sözləri İntiqam Yaşar, musiqisi isə Əziz Əlibəyliyə məxsusdur.

10
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
OPEC-in mənzil-qərargahı, arxiv şəkli

OPEC neftin bir barelinin qiymətinin 40 dollardan aşağı düşməməsini hədəfləyir

0
OPEC-in prezidenti Əbdülməcid Əttar 2021-ci ilin əvvəlindən etibarən neft qiymətlərində artım gözlənildiyini bildirib.

BAKI, 21 oktyabr — Sputnik. Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) və bu quruma üzv olmayan neft istehsal edən digər ölkələrdən ibarət OPEC+ qrupunun üzvləri 2020-ci ilin sonuna qədər neftin bir barelinin qiymətinin 40 dollardan aşağı düşməməsini hədəfləyir.

Sputnik Azərbaycan Türkiyə mediasına istinadla xəbər verir ki, bu barədə Əlcəzairin Energetika naziri və OPEC-in müvəqqəti prezidentliyini icra edən Əbdulməcid Əttar məlumat verib. O, OPEC+ qrupunun neft bazarını və qiymət sabitliyini qorumaq üçün bütün lazımi addımları atmağa qərar verdiyini deyib.

Yeni növ koronavirus (COVID-19) epidemiyası səbəbiylə dünyada neftə olan tələbatın gündəlik 9 milyon bareldən çox azaldığını bildirən Əttar 2021-ci ilin əvvəlindən etibarən neft qiymətlərində artım gözlənildiyini də bildirib.

Qeyd edək ki, aprel ayında OPEC+ qrupu ölkələri may ayının əvvəlindən iyulun sonuna qədər gündəlik neft hasilatını 9,7 milyon barelə, avqustdan ilin sonuna qədər isə 7,7 milyon barelə endirmək barədə qərar qəbul etmişdi.

0
Teqlər:
neft, OPEK, OPEC