Kamran Elahian

Silikon Vadisinin sərmayədarları UNEC-də olublar

22
(Yenilənib 23:58 11.03.2017)
Kamran Elahianın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Dövlət İqtisad Universitetində olub

BAKI, 11 mart — Sputnik. ABŞ-ın Silikon Vadisindəki “Global Catalyst Partners” (GCP) şirkətinin sədri, vençur kapitalı sərmayədarı Kamran Elahianın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) olub.

UNEC-dən Sputnik Azərbaycan-a bildiriblər ki, görüşdə bu ali məktəbin rektoru, professor Ədalət Muradov universitetdə həyata keçirilən layihələr, beynəlxalq əməkdaşlıq imkanları barədə məlumat verib. 

İnnovasiyanın İKT-də tətbiqi sahəsində Azərbaycan Təhsil Nazirliyi ilə ortaq proqram əsasında ölkəmizə gəldiyini bildirən K.Elahian UNEC-də yaradılan İnnovativ Biznes İnkubatorunun (İBİ) fəaliyyətini müsbət dəyərləndirib. Görüşdə beynəlxalq ekspertlərin cəlbi, birgə tədbirlərin keçirilməsi, təcrübə mübadiləsinin aparılması, burada reallaşdırılan startap layihələrinə beynəlxalq çıxış əldə etməsi üçün kömək göstərilməsi, tələbələr üçün Silikon Vadisinə turların təşkili barədə müzakirələr aparılıb.

Tələbələrlə görüşdə K.Elahian startapları dayanıqlı biznesə çevirməyin yollarından danışıb, investorları startaplara necə cəlb etməyin sirlərini açıb. O, həmçinin hansı ideyaların daha uğurlu startap ola biləcəyindən və inkubator mentorlarının fəaliyyətindən söz açıb.

Görüşdə UNEC-in İnnovativ Biznes İnkubatorunda fəaliyyət göstərən tələbə-startapçılar layihələri barədə danışıblar.

K.Elahian startapların real şirkətlərə çevrilməsi və vençur kapitalının bu sahəyə cəlb edilməsi imkanları barədə məlumat verib.

Sonda suallar cavablandırılıb.

22
Teqlər:
Silikon Vadisi, Global Catalyst Partners, Azərbaycan Təhsil Nazirliyi, UNEC, Kamran Elahian, Ədalət Muradov, ABŞ
Əlaqədar
UNEC İslam Dünyası Universitetləri Federasiyasının İdarə Heyətinə seçilib
Rusiya İqtisad Universitetinin rektoru: "UNEC böyük nailiyyətlər qazanıb"
Rusiyalı professor: “UNEC-in təcrübəsindən yararlanmaq lazımdır”
UNEC Türkiyə universitetləri ilə təcrübə mübadiləsi aparacaq