Mehriban Əliyevanın sədrliyi ilə müşavirə keçirilib

Birinci vitse-prezident əsas məqsədi açıqladı

243
(Yenilənib 18:16 09.03.2017)
Mehriban Əliyeva: “Əsas məqsəd Bakı və Sumqayıtda 4 min köçkün ailəsini yeni mənzillərlə təmin etməkdir”

BAKI, 9 mart — Sputnik. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın sədrliyi ilə müşavirə keçirilib.

Sputnik Azərbaycan xəbər verir ki, müşavirədə Bakı və Sumqayıt şəhərlərinin yataqxanalarında müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinin köçürülməsi məsələləri müzakirə edilib.

  • Mehriban Əliyevanın sədrliyi ilə müşavirə keçirilib
    Mehriban Əliyevanın sədrliyi ilə müşavirə keçirilib
    © AZƏRTAC
  • Mehriban Əliyevanın sədrliyi ilə müşavirə keçirilib
    Mehriban Əliyevanın sədrliyi ilə müşavirə keçirilib
    © AZƏRTAC
  • Mehriban Əliyevanın sədrliyi ilə müşavirə keçirilib
    Mehriban Əliyevanın sədrliyi ilə müşavirə keçirilib
    © AZƏRTAC
  • Mehriban Əliyevanın sədrliyi ilə müşavirə keçirilib
    Mehriban Əliyevanın sədrliyi ilə müşavirə keçirilib
    © AZƏRTAC
1 / 4
© AZƏRTAC
Mehriban Əliyevanın sədrliyi ilə müşavirə keçirilib

Mehriban Əliyeva müşavirənin doğma torpaqlarından didərgin düşmüş soyadaşlarımızın problemlərinin həllinə həsr edildiyini, bu məsələnin artıq 20 ildən çoxdur dövlətin diqqət mərkəzində olduğunu bildirib.

M. Əliyeva prezident İlham Əliyevin imzaladığı qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılmasına dair Dövlət Proqramının icrası nəticəsində soydaşlarımızın sosial, təhsil, məşğulluq, yaşayış və tibbi təyinatı istiqamətində lazımi tədbirlərin həyata keçirildiyini diqqətə çatdırıb.

Azərbaycanın birinci vitse-prezidenti qeyd edib ki, indiyə qədər bölgələrdə məcburi köçkünlər üçün 100-ə yaxın müasir yaşayış kompleksi salınıb, 250 min köçkün yeni mənzillə təmin olunub, salınan qəsəbələrdə 150 məktəb, 60 tibb mərkəzi və uşaq bağçası inşa edilib. Soydaşlarımızın işlə təmin olunması istiqamətində lazımi addımlar atılıb, son 13 ildə yüz minlərlə qaçqın və məcburi köçkün işlə təmin olunub.

Birinci vitse-prezident Mehriban Əliyeva buna baxmayaraq, hələ də bir çox məcburi köçkün ailələrinin qəzalı və yararsız binalarda yaşadığını, onların həyat şəraitinin yaxşılaşdırılması ilə bağlı işlərin sürlətləndirilməsi üçün əlavə addımların atılmasına ehtiyacın olduğunu deyib.

Azərbaycanın Birinci vitse-prezidenti Bakı və Sumqayıt şəhərlərindəki qaçqın və məcburi köçkünlərin yeni mənzillərə köçürülməsinin vacibliyini vurğulayıb, bu məqsədlə əlavə vəsaitin və yeni binaların inşası üçün ərazinin ayrılmasının və tezliklə tikinti işlərinə başlanılmasının zəruriliyini qeyd edib. Onu da bildirib ki, Bakı və Sumqayıtda inşa olunan yeni binalarda qaçqın və məcburi köçkünlərin köçürülməsi üçün mənzillər ayrılmalıdır.

Müşavirədə indiyə qədər qaçqın və məcburi köçkünlərlə bağlı görülən işlər barədə qısa təqdimat olub. Təqdimatdan da göründüyü kimi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində Azərbaycan iqtisadiyyatına 800 milyard dollardan çox ziyan dəyib. Ümummilli lider Heydər Əliyevin apardığı siyasət nəticəsində münaqişə haqqında həqiqətlər dünya ictimaiyyətinə çatdırılıb. Məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsi, yaşayış şəraitinin yaxşılaşdırılması ilə bağlı ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirən prezident İlham Əliyev tərəfindən 2003-2017-ci illərdə 55 fərman və sərəncam verilib. 2001-2016-cı illərdə 95 qəsəbə salınıb, 151 məktəb, 58 mədəniyyət müəssisəsi, 59 səhiyyə ocağı və digər infrastruktur obyektləri tikilib. Məcburi köçkünlər arasında yoxsulluq həddi 75 faizdən 12 faizə enib.

Sonra baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov çıxış ediblər.

Müşavirəyə yekun vuran M. Əliyeva bu məsələnin qısa zamanda həlli üçün birgə çalışmağın əhəmiyyətindən danışıb. O, uşaq bağçalarının tikintisi və yenidənqurulması ilə bağlı böyük işlərin görüldüyünü deyərək bəzi hallarda bu bağçaların tam gücü ilə fəaliyyət göstərmədiyini diqqətə çatdırıb. Vurğulayıb ki, məsələnin tezliklə həlli üçün Maliyyə Nazirliyi ilə Bakı Şəhər İcra Hakimiyyəti arasında işçi qrup yaradılmalıdır: “Bu gün qarşımızda duran əsas məqsəd Bakı və Sumqayıt şəhərlərindəki 4 min köçkün ailəsini yeni mənzillərlə təmin etməkdir. Ən qəzalı, ən ağır vəziyyətdə yaşayan ailələr tezliklə yeni binalara köçürülməlidir” deyən Mehriban Əliyeva bu istiqamətdə müvafiq dövlət orqanları arasında əlaqələndirilmənin aparılması ilə bağlı tapşırıqlarını verib. Azərbaycanın birinci vitse-prezidenti qaçqınların və məcburi köçkünlərin işlə təmin olunması istiqamətində rayon icra hakimyyətlərinə təkliflər hazırlamağı tapşırıb. Mehriban Əliyeva Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllini tapacağına, ərazi bütövlüyümüzün bərpa olunacağına, bütün qaçqın və məcburi köçkünlərin öz doğma yurdlarına qayıdacağına əminliyini ifadə edib.

243
Teqlər:
Bakı, Sumqayıt, Mehriban Əliyeva, Qaçqın və məcburi köçkün ailələrinin köçürülməsi, Azərbaycanın birinci vitse-prezidenti
Mövzu:
Mehriban Əliyevanın Birinci vitse-prezident təyin edilməsi (18)
Əlaqədar
Birinci vitse-prezident: "Evdə həm Azərbaycan, həm də rus dilində danışırıq"
Politoloq: “Birinci vitse-prezident təyinatı vaxtında verilmiş qərardır”
“Mehriban Əliyevanın Birinci vitse-prezident təyin edilməsi tarixi qərardır”
Birinci vitse-prezident hansı səlahiyyətlərə malikdir?

Azərbaycanda Anım Günü: Vətən müharibəsinin başlamasından bir il ötür

352
(Yenilənib 14:57 27.09.2021)
Azərbaycan torpaqlarının işğaldan azad edilməsinin ildönümünü qeyd edir, Vətən müharibəsində qəhrəmancasına vuruşan və ölkənin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsini ehtiramla yad edir.

Azərbaycan Ordusunun 44 günlük zəfər yürüşü uzun müddət dünyada müzakirə olunacaq, təhlil ediləcək və öyrəniləcək.

Döyüşlərin ilk günündə Azərbaycan Ordusu Ağdərə və Murovdağ istiqamətindəki strateji əhəmiyyətli yüksəklikləri, Füzuli və Cəbrayıl bölgələrində bir neçə kəndi azad etdi.

Sputnik Azərbaycan-ın məlumatına görə, 27 sentyabr - Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin Anım Günü ilə əlaqədar olaraq ölkə sakinləri II Fəxri Xiyabanda şəhidlərin xatirəsini ehtiramla yad edirlər.

Tədbirdə rəsmi şəxslər, şəhid ailələrinin üzvləri, qazilər, hərbçilər iştirak edirlər. İştirakçılar şəhidlərin xatirəsini ehtiramla yad edir, ruhlarının rahatlıq tapması üçün dualar edirlər.

Həmçinin Lənkəranda Böyük Bazar Cümə məscidində anım mərasimi keçirilib. Tədbirdə şəhid valideynləri, inanclı insanlar və ruhanilər iştirak ediblər. Qurani-Kərimdən surə və ayələr oxunub. Vətənimizin suverenliyi uğrunda canlarından keçən şəhidlərimizin ruhlarına dualar oxunub. Ölkəmizin ərazi bütövlüyü uğrunda düşmənlə vuruşan qazilərin sağlıqlarına qovuşmaları üçün Allaha dualar edilib.

Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının üzvü Hacı Qəni Axundzadə xalqımıza başsağlığı verib. O, zəfərin əldə olunmasında dövlət-xalq birliyinin simvoluna çevrilən "Dəmir yumruğ"un əsas rol oynadığını qeyd edib. 

Daha sonra Lənkəran Şəhidlər xiyabanı abidə kompleksində Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunan ümumrayon tədbiri keçirilib. Tədbirdə Rayon İcra Hakimiyyətinin rəhbərliyi, hüquq-mühafizə orqanlarının nümayəndələri və rayon ictimaiyyəti və şəhid ailələri iştirak ediblər. Qeyd edək ki, Lənkəran Şəhidlər xiyabanı yenidən qurulub, Lənkəran rayonunda ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən lənkəranlı şəhidlərimizin xatirə lövhələri vurulub.

 

352
Politoloq, təhlükəsizlik məsələləri üzrə ekspert Arzu Nağıyev

Millət vəkili: “Biz qələbə ilə ermənilərin yaratdıqları mifi darmadağın etdik”

17
(Yenilənib 16:38 27.09.2021)
Millət vəkili Arzu Nağıyev deyib ki, Ermənilər bu istiqamətdəki yüksəklikləri ələ keçirməklə Azərbaycandan keçən kommunikasiya xətlərini nəzarətə götürmək istəyirdilər.
Arzu Nağıyev: “Tovuz hadisələri vaxtı ermənilərin sülhlə bağlı limiti başa çatdı”

“Vətən Müharibəsinin başlanma səbəblərindən biri azğınlaşmış ermənilərin Azərbaycan yaşayış məntəqələrini iriçaplı silahlardan atəşə tutması, sərhədboyu rayonlarımıza qarşı təxribatlar törətməsi idi”. Bunu Sputnik Azərbaycan-a Vətən Müharibəsinin anım günü ilə bağlı danışarkən millət vəkili Arzu Nağıyev deyib.

Millət vəkili bildirib ki, Azərbaycan əks-həmlə əməliyyatları ilə 44 gün ərzində qələbəyə nail oldu: “Biz bu qələbə ilə ermənilərin özləri haqqında yaratdıqları mifi darmadağın etdik. Bu müharibəyə gətirib çıxaran səbəblər var idi. Müharibədən öncə Ermənistan tərəfi Tovuz istiqamətində təxribat törətmişdi. Ermənilər bu istiqamətdəki yüksəklikləri ələ keçirməklə Azərbaycandan keçən kommunikasiya xətlərini nəzarətə götürmək istəyirdilər. Tovuz hadisələri vaxtı ermənilərin sülhlə bağlı limiti başa çatdı. Bu ölkə BMT-nin qətnamələrini önəm vermədiyini göstərdi. Eyni zamanda münaqişənin həlli ilə məşğul olmağı öhdəsinə götürmüş ATƏT-in Minsk qrupunun fəaliyyəti deklarativ bəyanatlardan uzağa getmədi.  Bütün bunlara görə Vətən Müharibəsi başladı. Azərbaycan ərazi bütövlüyünü bərpa etmək üçün BMT qətnamələrini hərbi yolla icra etdi. Azərbaycan Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, rəşadətli ordumuz və şəhadəti şərəf sayan xalqımızın vəhdəti hesabına bu qələbəyə nail oldu”.

Qeyd edək ki, 2020-ci ilin sentyabrın 27-də Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrinin hərbi təxribatlarının, döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə bütün cəbhə boyu əks-hücum əməliyyatlarına başlayıb. 2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya liderləri və Ermənistan Baş naziri atəşkəsin və hərbi əməliyyatların dayandırılması barədə birgə bəyanat imzaladılar. Sənədə əsasən, noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın rayonu Ermənistanın işğalından azad olunaraq Azərbaycana təhvil verildi. Azərbaycan Ordusu heç bir itki, şəhid vermədən, qan tökmədən hər üç rayona daxil oldu.

Arzu Nağıyevin fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

 

17

Bakıda şəhidlərinin xatirəsinə səmaya işıq fənərləri buraxılıb

0
"Şəhidlərimiz qürurumuzdur" adlı aksiyası zamanı "Regional İnkişaf" İctimai Birliyinin könüllüləri səmaya 3000-dək işıq fənəri uçurdublar.

Bu gün vətən müharibəsi zamanı şəhid olan soydaşlarımızın xatirəsinə həsr edilən anım tədbiri keçirilib.

Heydər Əliyev Fondunun "Regional İnkişaf" İctimai Birliyinin "Şəhidlərimiz qürurumuzdur" adlı aksiyası zamanı bu gün təməli qoyulan Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyinin ərazisində quraşdırılmış xüsusi projektorlardan səmaya yönələn şüalar Zəfər tağını simvolizə edib. Aksiyada "Regional İnkişaf" İctimai Birliyinin könüllüləri səmaya 3000-dək işıq fənəri uçurdublar.

Qeyd edək ki, sentyabrın 27-si Vətən Müharibəsinin başlamasının bir ili tamam olur. 44 günlük Vətən Müharibəsində torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq hər il sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi qeyd edilib. Artıq bir necə gündür ölkədə Anım Gününə hazırlıqlar gedir.

Eyni zamanda Bakının bəzi küçə və prospektlərində eyvanlardan bayraqlar asılıb. Bu gün saat 12:00-da ölkə ərazisində şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Şəhər sakinləri, hərbçilər və rəsmilər İkinci Fəxri Xiyabanda uyuyan şəhidlərimizin məzarlarına baş çəkərək şəhidlərin xatirələrini yad ediblər.

Paytaxtda Müzəffər Ali Baş Komandan İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə yürüş keçirilib. Yürüş iştirakçıları əllərində Vətən müharibəsində qəhrəmancasına şəhid olanların şəkilləri əks olunan plakatlar daşıyıblar.

0
  • © Sputnik / Murad Orujov

    Bakıda şəhidlərin xatirəsinə səmaya işıq fənərləri buraxılıb.

  • © Sputnik / Murad Orujov

    Bakıda şəhidlərin xatirəsinə səmaya işıq fənərləri buraxılıb.

  • © Sputnik / Murad Orujov

    Bakıda şəhidlərin xatirəsinə səmaya işıq fənərləri buraxılıb.

  • © Sputnik / Murad Orujov

    Bakıda şəhidlərin xatirəsinə səmaya işıq fənərləri buraxılıb.

  • © Sputnik / Murad Orujov

    Bakıda şəhidlərin xatirəsinə səmaya işıq fənərləri buraxılıb.

  • © Sputnik / Murad Orujov

    Bakıda şəhidlərin xatirəsinə səmaya işıq fənərləri buraxılıb.

  • © Sputnik / Murad Orujov

    Bakıda şəhidlərin xatirəsinə səmaya işıq fənərləri buraxılıb.

  • © Sputnik / Murad Orujov

    Bakıda şəhidlərin xatirəsinə səmaya işıq fənərləri buraxılıb.

  • © Sputnik / Murad Orujov

    Bakıda şəhidlərin xatirəsinə səmaya işıq fənərləri buraxılıb.

  • © Sputnik / Murad Orujov

    Bakıda şəhidlərin xatirəsinə səmaya işıq fənərləri buraxılıb.

  • © Sputnik / Murad Orujov

    Bakıda şəhidlərin xatirəsinə səmaya işıq fənərləri buraxılıb.

  • © Sputnik / Murad Orujov

    Bakıda şəhidlərin xatirəsinə səmaya işıq fənərləri buraxılıb.

  • © Sputnik / Murad Orujov

    Bakıda şəhidlərin xatirəsinə səmaya işıq fənərləri buraxılıb.