Azərbaycan diaporu Parisdə Ermənistan Prezidentinin Fransaya səfəri ilə bağlı etiraz aksiyası keçirib

Azərbaycanlılar Parisdə kütləvi etiraz aksiyası keçirdilər

211
Parisdə Ermənistan Prezidentinin Fransaya səfəri ilə bağlı etiraz aksiyası keçirib

BAKI, 9 mart — Sputnik. Azərbaycan diaspor təşkilatları Martın 8-də Parisin mərkəzində Trokadero meydanı "İnsan hüquqları esplanad"ında Ermənistan preidenti S.Sarkisyanın Fransaya səfəri ilə bağlı etiraz aksiyası keçirib. Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) mətbuat xidmətindən Sputnik Azərbaycan-a məlumat verilib.

"Paris Azərbaycan Evi"nin təşkilatçılığı ilə keçirilən aksiyada Dağlıq Qarabağ münaqişəsi və Xocalı soyqırımı zamanı qətlə yetirilmiş azərbaycanlıların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Aksiya iştirakçıları turistlərlə dolu meydanda Azərbaycanın Dağlıq Qarabağ bölgəsində və onun ətrafındakı 7 rayonda Ermənistan silahlı qüvvələrinin apardığı etnik təmizləmə siyasətindən, Xocalı soyqırımından danışıblar. Ermənistan Prezidenti Serj Sarkisyanın Parisə səfərinə etiraz bildirilib, onun əlinin qana batdığı, günahsız qadınların, uşaqların və qocaların qətlə yetirilməsinə birbaşa əmr verdiyi, münaqişə zamanı mülki şəxslər üçün humanitar dəhlizin yaradılmadığı vurğulanıb.

  • Azərbaycan diaporu Parisdə Ermənistan Prezidentinin Fransaya səfəri ilə bağlı etiraz aksiyası keçirib
    Azərbaycan diaporu Parisdə Ermənistan Prezidentinin Fransaya səfəri ilə bağlı etiraz aksiyası keçirib
    © Photo : diaspora.gov.az
  • Azərbaycan diaporu Parisdə Ermənistan Prezidentinin Fransaya səfəri ilə bağlı etiraz aksiyası keçirib
    Azərbaycan diaporu Parisdə Ermənistan Prezidentinin Fransaya səfəri ilə bağlı etiraz aksiyası keçirib
    © Photo : diaspora.gov.az
  • Azərbaycan diaporu Parisdə Ermənistan Prezidentinin Fransaya səfəri ilə bağlı etiraz aksiyası keçirib
    Azərbaycan diaporu Parisdə Ermənistan Prezidentinin Fransaya səfəri ilə bağlı etiraz aksiyası keçirib
    © Photo : diaspora.gov.az
  • Azərbaycan diaporu Parisdə Ermənistan Prezidentinin Fransaya səfəri ilə bağlı etiraz aksiyası keçirib
    Azərbaycan diaporu Parisdə Ermənistan Prezidentinin Fransaya səfəri ilə bağlı etiraz aksiyası keçirib
    © Photo : diaspora.gov.az
  • Azərbaycan diaporu Parisdə Ermənistan Prezidentinin Fransaya səfəri ilə bağlı etiraz aksiyası keçirib
    Azərbaycan diaporu Parisdə Ermənistan Prezidentinin Fransaya səfəri ilə bağlı etiraz aksiyası keçirib
    © Photo : diaspora.gov.az
1 / 5
© Photo : diaspora.gov.az
Azərbaycan diaporu Parisdə Ermənistan Prezidentinin Fransaya səfəri ilə bağlı etiraz aksiyası keçirib

Ermənistan prezidentinin mətbuatda Xocalı soyqırımının törədilməsinə əmr verdiyini dəfələrlə təsdiqlədiyi bildirilib. Qeyd edilib ki, S.Sarkisyan beynəlxalq məhkəmə qarşısında cavab verməlidir. Ermənistanın ərazilərimizin 20 faizini işğal etdiyi, BMT Təhlükəsizlik Şurasının, eləcə də digər nüfuzlu beynəlxalq təşkilatların qətnamə və qərarlarına riayət etmədiyi, doğma yurdundan didərgin düşən bir milyondan çox azərbaycanlının hüquqlarını pozduğu diqqətə çatdırılıb. Vurğulanıb ki, Avropa İnsan Hüquqları Məhkəməsi də Ermənistanın Avropa İnsan Hüquqları Konvensiyasına riayət etmədiyini dəfələrlə vurğulayıb. Belə bir vəziyyətdə insan hüquqlarının beşiyi olan Fransada Sarkisyan kimi qatillərə yer olmamalıdır. Ermənistan lobbisinin ölkəmiz əleyhinə saxta informasiyalar yayması dayandırılmalıdır.

Aksiyada iştirak edən həmvətənlərimiz bir neçə dildə "Xocalıya ədalət!", "Qarabağ Azərbaycanındır!", "Qarabağa azadlıq!", "Qarabağ bizimdir, bizim olacaq!", "Xocalı soyqırımını tanıyaq!", "Ermənistan torpaqlarımızı qeyri-qanuni olaraq zəbt edib", "Ermənistan, Azərbaycan torpaqlarından çıx!", "Yalana yox deyək!", "Sarkisyan terrorçudur!", "ASALA terror təşkilatıdır!", "Sarkisyan diktatordur!", "Ermənilər, yalanlara son qoyun!", "Sarkisyan qatildir!", "Sarkisyanın yeri məhkəmədir!" kimi şüarlar səsləndiriblər.

"Xocalı soyqırımında əli olan bir qatilin Avropaya gəlişi qəbuledilməzdir. Əgər Avropa Sarkisyana qapı açırsa, onda orada ədalətdən danışmaq olmaz. Avropadan ədalətsizliyə son qoymağı tələb edirik", — deyə aksiya iştirakçıları bildiriliblər.

Fransız vəkil Olivye Pardo aksiyada iştirak edib və Xocalı soyqırımından danışaraq faciə zamanı insanların etnik mənşəyinə görə öldürüldüklərini, bunun bəşəriyyətə qarşı cinayət olduğunu bildirib. Vəkil Fransanın Xocalı soyqırımını tanıması üçün aksiya iştirakçılarını onunla bərabər mübarizə aparmağa səsləyib. Xocalı soyqırımı qurbanlarının xatirəsinin unudulmasının onların ikinci dəfə öldürülməsi demək olduğunu bildirən vəkil iştirakçıları faciə zamanı qətlə yetirilənlərin xatirəsini əbədiləşdirməyə — soyqırımının tanınmasına nail olmağa çağırıb.

Azərbaycanın Dostları Assosiasiyasının prezidenti, Fransa Milli Assambleyasının deputatı Jan-Fransua Mansel də aksiya iştirakçılarına qoşulub. Deputat qeyd edib ki, həqiqətlər olduğu kimi tanınmalıdır. Azərbaycan torpaqlarının 20 faizi Ermənistan tərəfindən işğal olunub. Nəticədə bir milyon azərbaycanlı doğma yurdundan didərgin düşüb və səbirsizliklə öz evlərinə qayıdacaqları günü gözləyir. O, Xocalı qətliamının 25 illiyi ilə bağlı təşkil etdiyi konfransda soyqırımı törədilən zaman 10 yaşı olan canlı şahidin çıxışından çox təsirləndiyini bildirib. Fransalı deputat Sarkisyanın müsahibəsində Xocalı soyqırımında birbaşa əli olduğunu təsdiqlədiyini bir daha xatırladıb.

Aksiya zamanı müsahibə verən vəkil Olivye Pardo Xocalı soyqırımının tanınması üçün başlatdığı petisiya barədə danışıb. O, Xocalı soyqırımında qətlə yetirilən 613 günahsız azərbaycanlının hansısa əməlinə görə yox, azərbaycanlı olduqlarına görə öldürüldüklərini vurğulayıb və bunun bəşəriyyətə qarşı cinayət olduğunu bildirib.

J. F. Mansel deyib ki, o, Beynəlxalq Qadınlar Günündə azərbaycanlı qaçqın və məcburi köçkün qadınların Fransa Prezidentinə məktub ünvanlamaq təşəbbüsünü alqışlayır. O bildirib: "Bu qaçqın qadınlar Fransa Prezidentinə öz doğma yurdlarına, evlərinə, valideynlərinin yaşadıqları, uşaqlarını böyütmək istədikləri məkana qayıtmaq arzularını çatdırıblar. Bu, onların fundamental hüquqlarıdır. Bu qadınların səsi eşidilməlidir, amma təəssüf ki, onların səsi kifayət qədər eşidilmir. Məhz buna görə bu gün insan hüquqları meydanına toplaşmağımız təsadüf deyil".

211
Teqlər:
diaspor, soyqırım, etiraz aksiyası, qətliam, Xocalı, Sarkisyan, Paris, Dağlıq Qarabağ, Ermənistan, Fransa, Azərbaycan
Əlaqədar
Xocalı qatillərinin bölgədən çıxarılması
Neapolda Xocalı Soyqırımı qurbanlarının xatirəsinə abidə ucaldıla bilər
Müğənni Kıraç da Xocalını unutmadı
Ermənistan Xocalı soyqırımı ərəfəsində qəsdən təxribatlar törədir
Azərbaycan Xocalı soyqırımının 25-ci ildönümünü qeyd edib
Xocalı Soyqırımının 25-ci ildönümü Lənkəranda da anıldı
Boksçu, arxiv şəkli

Azərbaycan idmançılarının Tokio gündəliyi: boksçularımızdan ilk qələbə

9
Tayfur Əliyevin ardınca Lorenso Sotomayor da rinqdə sözünü deyə bilməyib. Üzgüçülükdə iki təmsilçimiz sondan dördüncü yeri tutub. Məhəmməd Abdullayev isə 1/8 finala adlayıb.

BAKI, 24 iyul - Sputnik. Boksçu Məhəmməd Abdullayev Azərbaycandan olan dəri əlcək ustaları arasında Tokiodakı Olimpiadada qələbə qazanan yeganə idmançı oldu. Sputnik Azərbaycan-ın məlumatına görə, şənbə günü, iyulun 24-də Bəhreyn təmsilçisi Denis Latipovla görüşündən idmançımız qalib ayrılıb. 

91 kq çəki dərəcəsində 1/16 finaldakı görüş 3:1 hesabı ilə Abdullayevin xeyrinə bitib. 

O, ilk iki raundu udub, sonuncuda uduzsa da, görüşün qalibi olub. 1/4 finalda Abdullayev Özbəkistan təmsilçisi Bahodir Calolovla görüşəcək.

----------

16:13

Azərbaycanın daha bir boksçusu Tokio Yay Olimpiadasını tərk edib.

Sputnik Azərbaycan bildirir ki, titullu idmançı, Riodakı 2016-cı il Olimpiadasının gümüş mükafatçısı Lorenso Sotomayor (69 kq) 1/16 finalda Gürcüstan təmsilçisi Əsgərxan Madiyevə uduzub. 

Görüş üçüncü raundda Sotomayorun zədə alması səbəbindən dayandırılıb (qanaxma). Ancaq Azərbaycan yığmasının kubalı legioneri üçün qələbə ümidi heç yox idi də: ilk iki raundu o uduzmuşdu.

Bu gün daha bir boksçumuz rinqə çıxacaq. 91 kq çəki dərəcəsində çıxış edən Məhəmməd Abdullayev Bəhreyn təmsilçisi Denis Latipovla qarşılaşır. 

1/16 mərhələdə 57 kq çəki dərəcəsində çıxış edən boksçumuz - Tayfur Əliyev də hakimlərin mübahisəli qərarından sonra çıxışını dayandırmışdı. O, Vyetnam təmsilçisi Duaonq Van Nquenə qarşı döyüşürdü. Sonda nokdauna düşməsinə rəğmən beş hakimdən dördü ilk raundda Əliyevi qalib hesab etdi. Ancaq ikinci raundda Tayfurun rəqibindən geri qalmamasına rəğmən bütün hakimlər qələbəni vyetnamlıya verdilər. 

Üçüncü raundda Əliyev azacıq önə çıxsa da, ümumi hesabda Nquen qalib olub (2:3).

Üzgüçülərimiz də uduzdular 

Üzgüçülər Maksim ŞemberevMəryəm Şeyxəlizadəxangah Tokiodakı Olimpiadada uğursuz çıxış ediblər.

400 m məsafədə kompleks üzgüçülükdə çıxış edən Şemberev 4:19.40 dəqiqə nəticə ilə çıxışını yekunlaşdırıb. O, öz yarımqrupunda sonuncu - səkkizinci yer tutub. Ümumi sıralamada isə 29 iştirakçı arasında 26-cı ola bilib. Yarımfinala çıxa bilməyən Şemberev Olimpiadadakı işini yekunlaşdırıb.

Şemberev üçün bu, ikinci Olimpiadadır. 2012-ci ildə Londonda o, Ukrayna bayrağı altında çıxış edirdi.

100 m məsafədə batterflyay üsulu ilə yarışda Məryəm Şeyxəlizadəxangah finişə 1:01,37 dəqiqə nəticə ilə çataraq, üç nəfərdən ibarət yarımqrupda birinci olub. Yekun hesabda isə 33 yarışçı arasında 30-cu olub və o da Tokiodakı çıxışını bitirib.

Azərbaycan Tokio-2020-də

Tokio Yay Olimpiadasında ölkəmizi 44 idmançı təmsil edəcək. Onlar 40 lisenziya qazanaraq 14 idman növündə - cüdo, güləş, bədii gimnastika, idman gimnastikası, karate, boks, taekvondo, yüngül atletika, güllə atıcılığı, qılıncoynatma, veloidman, badminton, üzgücülük və triatlonda - çıxış edəcəklər.

Azərbaycan üçün bu, 2004-cü ildə Afinada keçirilən Olimpiya Oyunlarından bəri ən az sayda Olimpiya lisenziyasıdır, o vaxt idmançılarımız 38 lisenziya qazanmışdılar.

2008-ci ildə Pekində azərbaycanlı idmançılar 44, 2012-ci ildə Londonda 53, 2016-cı ildə Rio-de Janeyroda 56 lisenziya qazanıblar. 1996-cı ildən bəri olimpiadalarda idmançılarımız 43 medal qazanıblar ki, bunun da 7-si qızıl, 11-i gümüş, 25-i isə bürüncdür.

Eləcə də oxuyun:

9
Teqlər:
üzgüçülük, boks, Tokio Yay Olimpiya Oyunları
 Tibb işçisi Dövlət Gömrük Komitəsinin hospitalında, arxiv şəkli

Pandemiyanın başa çatmasına hələ çox var - ÜST rəsmisi

3
"Delta" ştammı Avropada çox geniş yayılıb və qarşıdakı aylarda bütün dünyada ən geniş yayılmış ştamm olacaq.

BAKI, 24 iyul — Sputnik. Koronavirus pandemiyasının başa çatmasına hələ çox var. "Delta" ştammı Avropada çox geniş yayılıb və qarşıdakı aylarda bütün dünyada ən geniş yayılmış ştamm olacaq.

Sputnik Azərbaycan xəbər verir ki, Avropa Xəstəliklərin Profilaktikası və onlara Nəzarət Mərkəzinin və ÜST-ün Avropa Regional Bürosunun məlumatında bu barədə xəbərdarlıq edilib.

Məlumata görə, aparılmış müşahidələr göstərir ki, iyunun 28-dən iyulun 11-dək təhlil üçün kifayət qədər məlumat təqdim etmiş 28 ölkədən 19-da "Delta" ştammı üstünlük təşkil edir. Cari meyllərin təhlili belə deməyə əsas verir ki, qarşıdakı aylarda "Delta" variantı qlobal miqyasda üstünlük təşkil edəcək. Avropa ölkələrinin, demək olar ki, hamısında bu ştamm aşkar edilib. Əgər daha güclü virus yaranmasa, "Delta" variantı geniş yayılmaqda davam edəcək".

ÜST-ün Avropa Regional Bürosunun direktoru Hans Klüge deyib: "Pandemiyanın başa çatmasına hələ çox var. Təəssüf ki, bizim regiona daxil olan ölkələrin çoxunda "Delta" ştammının yayılması hallarının xeyli artması müşahidə olunur".

H.Klüge daha sonra bildirib ki, əhalinin peyvəndlənməsi üzrə bütün səylərə baxmayaraq, milyonlarla insan hələ də peyvəndlənməyib və bu səbəbdən onların xəstəxanaya düşmək riski qalır.

Koronavirusun ştammları

Xatırladaq ki, Uhanda SARS-Cov-2 yeni tip koronavirusunun yayılması barədə məlumatı 2019-cu il dekabrın 31-də Çin Ümumdünya Səhiyyə Təşkilatına verib. 2020-ci ilin martında isə ÜST koronavirus epidemiyasını pandemiya elan edib.

2021-ci il iyunun 2-də Ümumdünya Səhiyyə Təşkilatı qərar verib ki, COVID-19-a səbəb olan koronavirus ştammları bundan sonra yunan əlifbasının hərfləri ilə adlandırılsın.

Bunadək koronavirus ştammları "coğrafi" adlarla bilinirdi – virusun yeni versiyası hansı ölkədə geniş yayılırdısa, həmin ölkənin adı ilə da adlandırılırdı. Ancaq ÜST-də belə hesab etdilər ki, bu sistem ayrı-seçkiliyə səbəb olur və ölkələr haqqında əsassız mənfi assosiasiya yarada bilər. Elə bu səbəbdən də, SARS-CoV-2-nin "Çin mənşəli" virus adlandırılmasına son qoyulub.

Beləliklə, hazırda koronavirusun "Britaniya" ştammı "Alfa", Cənubi Afrika ştammı "Beta", "Braziliya" ştammı "Qamma", Hindistan ştammı "Delta", Cənubi Amerika ştammı isə "lyambda" adlandırılır.

Xatırladaq ki, Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin birgə yaydığı məlumata görə, son dövrdə ölkə xaricindən gələn şəxslərdən alınmış nümunələrdən 31-də B.1.617 (Delta) variantı aşkar olunub. Nümunələrdən 9-da isə B.1.1.7 (20 Alpha V1, Britaniya) variantı aşkar olunub.

Onu da əlavə edək ki, Baş nazir Əli Əsədovun imzaladığı qərara əsasən, Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti 1 sentyabr saat 06:00-dək uzadılıb.

Eləcə də oxuyun:

3
Teqlər:
pandemiya, 'Delta' ştammı, ştamm, Koronavirus, epidemiya, COVID-19
Mövzu:
Yeni tip koronavirus pandemiyası