"Mehriban xanımın minlərlə ailəyə sevinc bəxş edib"

© Sputnik / Murad OrujovMilli Məclisin sədri Oqtay Əsədov, arxiv şəkli
Milli Məclisin sədri Oqtay Əsədov, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Oqtay Əsədov: "Mehriban Əliyevanın Birinci vitse-prezident təyin edilməsi Azərbaycanın ictimai-siyasi həyatına yeni nəfəs gətirəcək"

BAKI, 7 mart — Sputnik. "Mehriban xanım Əliyeva daim parlament mədəniyyətinin inkişafına önəm verib, qanunvericilik bazasının inkişafında iştirak edib, bir sıra qanunvericilik təşəbbüsləri ilə çıxış edib".

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva - Sputnik Azərbaycan
Mehriban Əliyeva Milli Məclisdə çıxış edir

Sputnik Azərbaycan-ın xəbərinə görə, bunu parlament sədri Oqtay Əsədov Milli Məclisin plenar iclasında deyib. Parlament sədri bildirib ki, Mehriban Əliyeva parlamentin beynəlxalq əlaqələrinin inkişafına mühüm töhfə verib: "Azərbaycan xalqını beynəlxalq aləmdə layiqli təmsil edib. Azərbaycan xalqının həqiqətlərini dünya ictimaiyyətinə çatdırır. Bu fəaliyyətlərlə yanaşı, Mehriban xanım Əliyevanın geniş ictimai və xeyriyyəçilik fəaliyyəti hamya bəllidir".

O. Əsədovun sözlərinə görə, Mehriban Əliyeva 4 amnistiya aktının müəllifidir: "Hər amnistiya aktrının 10 min insanın azadlığa qovuşmasına nəzərə alsaq, Mehriban xanımın minlərlə ailəyə sevinc bəxş etdiyini görmüş olarıq".

"Mehriban Əliyevanın Birinci vitse-prezident təyin edilməsi Azərbaycanın ictimai-siyasi həyatına yeni nəfəs gətirəcək. Mehriban Əliyevaya fəaliyyətində uğurlar arzu edirik. Biz inanrııq ki, Mehriban xanım bu vəzifədə də öz xalqına böyük xidmətlər göstərəcək" — spiker vurğulayıb.

Xəbər lenti
0