Vahid Ələkbərov

Azərbaycanlı milyarder dünya ən varlı 500 nəfəri arasında

186
(Yenilənib 11:09 06.03.2017)
"LukOil" neft şirkətinin prezidenti Vahid Ələkbərov dünyanın ən varlı 500 adamı arasında 104-cü yerdədir

BAKI, 6 mart — Sputnik. Azərbaycan əsilli Rusiya vətəndaşı, "LukOil" neft şirkətinin prezidenti Vahid Ələkbərov dünyanın ən varlı 500 adamı arasında 104-cü yerdədir. Sputnik Azərbaycan "Report"a istinadən xəbər verir ki, bu, "Bloomberg Billionaires Index" reytinq cədəvəlində göstərilib.

Siyahıya 85,56 milyard dollarla "Microsoft" şirkətinin qurucusu Bill Qeyts başçılıq edir. Ondan sonrakı iki yeri 78,9 milyard dollarla sərmayəçi Uorren Baffett və 53 milyard dollarla telekomunnikasiya maqnatı Karlos Slim tutur.

Azərbaycanlı Vahid Ələkbərov isə 11,4 milyard dollara sahibdir.

186
Teqlər:
milyarder, Vahid Ələkbərov, LUKOIL, Bill Gates
Əlaqədar
Vahid Ələkbərov: Neftin qiymətində kritik dövr artıq arxada qalıb
Vahid Ələkbərovun şirkəti ABŞ-ın "qara siyahı"sında
Rumıniya prokuroru "Lukoil"un törəmə şirkətinin əmlakına həbs qoyub
Vaşinqtonda Kapitoliy binasına mənzərə, arxiv şəkli

Vaşinqtondan Ceyhun Bayramova zəng: Qarabağda son vəziyyəti soruşdular

6
ABŞ Dövlət katibinin müavini Stiven Biqan öz növbəsində gərginliyin azaldılması üçün tərəflərin müvafiq addımlar atmasının vacibliyini qeyd edib

BAKI, 28 sentyabr - Sputnik. Sentyabr 27-də Xarici İşlər naziri Ceyhun Bayramov və ABŞ Dövlət katibinin müavini Stiven Biqan arasında telefon danışığı baş tutub.

Azərbaycan XİN-dən Sputnik Azərbaycan-a daxil olan məlumata görə, ABŞ rəsmisi bölgədə baş verən yüksək gərginlik ilə bağlı ciddi narahatlığını ifadə edərək, hazırkı vəziyyəti sorğu edib.

Nazir Ceyhun Bayramov Ermənistan silahlı qüvvələrinin növbəti təcavüz aktı barədə məlumat verərək Azərbaycan silahlı qüvvələrinin özünü müdafiə hüququ çərçivəsində mülki əhalisini müdafiə etmək məqsədilə həyata keçirildiyi cavab həmlələrini qeyd edib. Bölgədə yaşanan bu gərginliyin kökündə Ermənistanın 30 ilə yaxındır ki, davam edən işğalçılıq siyasətinin durduğu vurğulanıb və BMT TŞ qətnamələrinin tələbləri başda olmaqla beynəlxalq təşkilatların qərarlarının yerinə yetirilməsinin vacibliyi bildirilib. Yaranmış vəziyyətin tam məsuliyyətinin Ermənistan üzərində olduğu vurğulanıb.

ABŞ Dövlət katibinin müavini Stiven Biqan öz növbəsində gərginliyin azaldılması üçün tərəflərin müvafiq addımlar atmasının vacibliyini qeyd edib.

6
Teqlər:
Ceyhun Bayramov, Dövlət Departamenti, ABŞ, Azərbaycan, Ermənistan, cəbhə xətti, ön cəbhə, cəbhə, erməni təxribatı, Dağlıq Qarabağ münaqişəsi
Əlaqədar
Azərbaycan Ermənistana qarşı tribunalın yaradılması üçün müraciət edəcək
Ermənistan ordusunun öldürdüyü beş nəfərin adları açıqlandı
MN: Ermənistanın Ağdərə istiqamətindəki komandanlığına təslim olmaq təklif edilib
İtaliya parlamentariləri Ermənistanın təxribatını pislədilər
Azərbaycanın mülki əhalisi hədəfdə: Ermənistan ordusunun atdığı mərmi Ağdamda evi dağıtdı

Azərbaycanın mülki əhalisi hədəfdə: Ermənistan ordusunun atdığı mərmi Ağdamda evi dağıtdı

26
Ermənistanın Silahlı Qüvvələrinin bu gün törətdiyi təxribat nəticəsində Azərbaycanda bir ailənin 5 üzvü isə həlak olub. Mülki əhalinin atəşə tutulması nəticəsində 19 dinc sakin yaralanıb

BAKI, 28 sentyabr - Sputnik. Ermənilər Azərbaycanın mülki əhalisini hədəfə almaqda davam edirlər.

Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, işğalçı ordunun atdığı mərmilərdən biri Ağdam rayonunun Çəmənli kənd sakini Əsədov Zahid Məhərrəm oğlunun həyətinə düşüb.

Nəticədə Z.Əsədova məxsus ev və "VAZ 2107" markalı avtomobil yararsız hala düşüb.

Qeyd edək ki, Ermənistanın Silahlı Qüvvələrinin bu gün törətdiyi təxribat nəticəsində Azərbaycanda bir ailənin 5 üzvü isə həlak olub. Mülki əhalinin atəşə tutulması nəticəsində 19 dinc sakin yaralanıb. Eyni zamanda onlarla şəxsi mülkiyyətə ziyan dəyib.

26
Teqlər:
erməni təxribatı, mərmi, maşın, ev, dinc sakin, Ağdam, Dağlıq Qarabağ münaqişəsi, Dağlıq Qarabağ
Əlaqədar
Rəsmi Bakı: Məsuliyyət tam olaraq Ermənistanın siyasi-hərbi rəhbərliyinin üzərinə düşür
Ermənistan ordusunun öldürdüyü beş nəfərin adları açıqlandı
MN: Ermənistanın Ağdərə istiqamətindəki komandanlığına təslim olmaq təklif edilib
Ermənistan ordusunun mərmiləri Tərtərdə evləri viran etdi - FOTO
Baş Prokurorluq Ermənistan ordusunun yaraladığı əhali barədə məlumat yaydı