Azərbaycan və İran prezidentlərinin mətbuata bəyanatlarla çıxışı

İlham Əliyev: "Azərbaycan - İran münasibətləri ən yüksək səviyyəyə çatıb"

366
(Yenilənib 15:58 05.03.2017)
Azərbaycan Prezidenti İrana rəsmi səfərə gedib. İki ölkə arasında müxtəlif sahələri əhatə edən sənədlər imzalanıb.

BAKI, 5 mart — Sputnik. Azərbaycan Prezidenti İlham Əliyev İran İslam Respublikasına rəsmi səfərə gedib. Azərbaycanın və İranın dövlət bayraqlarının dalğalandığı Tehranın "Mehrabad" hava limanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Sputnik Azərbaycan dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, İlham Əliyevi İranın yüksək vəzifəli dövlət və hökumət rəsmiləri qarşıladılar.

Prezident İlham Əliyevin İrana rəsmi səfəri
© Official website of President of Azerbaijan Republic
Tehranın “Mehrabad” hava limanında Prezident İlham Əliyevin qarşılanma mərasimi

Daha sonra İran Prezidenti Həsən Ruhani Azərbaycan Prezidenti İlham Əliyevi qarşıladı. Azərbaycanın və İranın dövlət himnləri səsləndi. Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verdi. Dövlət başçıları fəxri qarovul dəstəsinin önündən keçdilər. Prezidentlər birgə foto çəkdirdilər.

Prezident İlham Əliyevin İrana rəsmi səfəri
© Official website of President of Azerbaijan Republic
“Sədabad” sarayının qarşısında İran Prezidenti Həsən Ruhani Azərbaycanın dövlət başçısı İlham Əliyevi qarşılayır

İranın dövlət və hökumət nümayəndələri Azərbaycan Prezidenti İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri isə İran Prezidenti Həsən Ruhaniyə təqdim olundu.

Prezident İlham Əliyevin İrana rəsmi səfəri
© Official website of President of Azerbaijan Republic
Azərbaycan və İran prezidentlərinin məhdud tərkibdə görüşü

Rəsmi qarşılanma mərasimi başa çatdıqdan sonra Prezident İlham Əliyevin və İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin məhdud tərkibdə görüşü keçirilib. Məhdud tərkibdə görüş başa çatdıqdan sonra Prezident İlham Əliyevin və İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə danışıqları olub.

Prezident İlham Əliyevin İrana rəsmi səfəri
© Official website of President of Azerbaijan Republic
Azərbaycan və İran nümayəndə heyətlərinin iştirakı ilə prezidentlərin geniş tərkibdə danışıqları

İran Prezidenti Həsən Ruhani görüşdə deyib: "Möhtərəm cənab Prezident İlham Əliyevə və onu müşayiət edən nümayəndə heyətinə çox "Xoş gəlmisiniz" deyirəm. Sizi görməyə çox şadam. Cənab Prezident və nümayəndə heyətinin üzvləri ilə bizim burada keçirdiyimiz görüş bir başlanğıc olmuşdur. Ümid edirəm ki, bu başlanğıc bizim əlaqələrimizə daha yaxşı töhfə verəcək. Məmnunluqla qeyd etmək istəyirəm ki, ötən illərdə iki ölkə, iki dövlət arasındakı əlaqələr sürətlə inkişaf edərək genişlənib. Bu da göstərir ki, biz gələcəyə ümidlə baxmalıyıq".

Azərbaycan Prezidenti İlham Əliyev çıxış edərək deyib: "Təşəkkür edirəm, hörmətli cənab Prezident. İlk növbədə, dəvətə, mənə və nümayəndə heyətinə göstərdiyiniz qonaqpərvərliyə görə Sizə minnətdaram. İran-Azərbaycan əlaqələrinin uğurla inkişafı bizi çox sevindirir. Son bir neçə il ərzində bu əlaqələr, deyə bilərəm ki, ən yüksək zirvəyə qalxmışdır. Bir çox önəmli məsələlər öz həllini tapmışdır və bu gün İran-Azərbaycan əməkdaşlığı demək olar ki, bütün sahələri əhatə edir. Bizim əlaqələrimiz tarixə əsaslanır. Bu əlaqələr dostluq, qardaşlıq əlaqələridir və prezidentlər səviyyəsində görüşlərimiz, nazirlərin görüşləri ümumi işimizə böyük töhfədir".

Prezident İlham Əliyevin İrana rəsmi səfəri
© Official website of President of Azerbaijan Republic
Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının sədri Rüfət Aslanlı və İran İslam Respublikasının İqtisadi Məsələlər və Maliyyə Nazirliyi yanında Maliyyə Monitorinqi İdarəsinin icraçı direktoru Meysam Nəsiri Əhmədəbadi sənədlərin imzalanması mərasimində

Geniş tərkibdə danışıqlar başa çatdıqdan sonra Prezident İlham Əliyevin və İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin iştirakı ilə sənədlərin imzalanması mərasimi olub. "Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası və İran İslam Respublikasının İqtisadi Məsələlər və Maliyyə Nazirliyi yanında Maliyyə Monitorinqi İdarəsi arasında cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu"nu Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının sədri Rüfət Aslanlı və İran İslam Respublikasının İqtisadi Məsələlər və Maliyyə Nazirliyi yanında Maliyyə Monitorinqi İdarəsinin icraçı direktoru Meysam Nəsiri Əhmədəbadi imzaladılar.

Prezident İlham Əliyevin İrana rəsmi səfəri
© Official website of President of Azerbaijan Republic
"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov və İran İslam Respublikasının Dəmir Yolları Şirkətinin prezidenti Səid Məhəmmədzadə memorandum imzalayırlar

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti ilə İran İslam Respublikasının Dəmir Yolları Şirkəti arasında dəmiryolu əlaqəsinin birləşdirilməsinə dair Anlaşma Memorandumu"nu "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov və İran İslam Respublikasının Dəmir Yolları Şirkətinin prezidenti Səid Məhəmmədzadə imzaladılar.

Prezident İlham Əliyevin İrana rəsmi səfəri
© Official website of President of Azerbaijan Republic
Azərbaycan və İran prezidentlərinin mətbuata bəyanatı

Sənədlərin imzalanması mərasimi başa çatdıqdan sonra İran İslam Respublikasının Prezidenti Həsən Ruhani və Prezident İlham Əliyev mətbuata bəyanatlarla çıxış ediblər.

366
Teqlər:
imza, ölkə, Tehran, İran İslam Respublikası, Həsən Ruhani, İlham Əliyev, səfər, Azərbaycan, sənəd, görüş, prezident
Əlaqədar
Azərbaycan Prezidenti İran rəhbərliyinə başsağlığı verdi
İranda qırğın başladı: Azərbaycan öz qapılarını bağlayacaq?
Azərbaycan İrandan gətirilən diri quş və quşçuluq məhsullarına məhdudiyyət qoyub
Azərbaycan və İran bu sahələrdə əməkdaşlıq edəcəklər
Azərbaycan-Rusiya-İran üçbucağı nəhəng perspektivlər vəd edir
Azərbaycan-İran birgə avtomobilinin bazara çıxacağı tarix açıqlandı
İran Azərbaycan banklarından istifadə edərək qlobal maliyyə bazarına çıxmağa çalışır
Azərbaycan, Rusiya və İran prezidentlərinin sammitinin yekun bəyannaməsi imzalanıb
Azərbaycan hərbi təyyarələri Türkiyə səmasında

Azərbaycana məxsus təyyarənin vurulması barədə yayılan məlumat dezinformasiyadır

32
(Yenilənib 00:17 29.09.2020)
Ermənistan tərəfinin axşam saatlarında Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus təyyarənin vurulması barədə yayılan məlumat yalan və dezinformasiyadır.

BAKI, 29 sentyabr — Sputnik. Ermənistan tərəfinin axşam saatlarında Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus təyyarənin vurulması barədə yayılan məlumat yalan və dezinformasiyadır.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı bildirib.

V.Dərgahlı qeyd edib ki, Azərbaycan Ordusunun bütün aviasiya vasitələri yerindədir və işləkdir.

Qeyd edək ki, Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Şuşan Stepanyan qondarma Dağlıq Qarabağ ordusunun Martuni üzərində Azərbaycana aid bir An-2 təyyarəsini vurduğunu iddia edib. 

32
Türkiyə Respublikasının prezidenti Recep Tayyip Erdoğan, arxiv şəkli

Ərdoğan Boris Consonla Qarabağ münaqişəsini müzakirə etdi: "Ermənistan çəkilməlidir!"

50
(Yenilənib 23:53 28.09.2020)
Ermənistanın Azərbaycana qarşı hücumları nəticəsində başlayan döyüşlərə toxunan Rəcəb Tayyib Ərdoğan deyib ki, bölgədə sülh və əmin-amanlığın bərqərar olması üçün Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından çəkilməlidir.

BAKI, 28 sentyabr — Sputnik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Böyük Britaniyanın Baş naziri Boris Consonla telefonla danışıb.

Sputnik Türkiyə Türkiyənin Rabitə Nazirliyinin verdiyi xəbərə istinadla bildirir ki, görüşdə Türkiyə-İngiltərə əlaqələri, Şərqi Aralıq dənizindəki proseslər, Ermənistanın Azərbaycana qarşı təxribatları və silahlı hücumu nəticəsində bölgədə yaranan gərginlik müzakirə edilib.

Rəcəb Tayyib Ərdoğan Ermənistanın Azərbaycana qarşı hücumları nəticəsində başlayan döyüşlərə toxunaraq bildirib ki, bölgədə sülh və əmin-amanlığın bərqərar olması üçün Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından - Dağlıq Qarabağ və ətraf rayonlardan çəkilməlidir.

50
Teqlər:
Dağlıq Qarabağ, Ermənistan, Böyük Britaniya, Boris Conson, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, prezident Rəcəb Tayyib Ərdoğan, Ərdoğan
Əlaqədar
Ərdoğan Əliyevə zəng etdi: "Türkiyə Azərbaycanın yanındadır"
İlham Əliyev Rəcəb Tayyib Ərdoğanla görüşüb
Ərdoğan: "Türkiyə Azərbaycanın yanındadır. Artıq hesab vaxtı gəldi"
Ərdoğan: "Hər zaman olduğu kimi, bu gün də Azərbaycanın yanındayıq"