Генерал-лейтенант Мадат Гулиев

"Ermənilərin Azərbaycanda törətdiyi terror nəticəsində 2 mindən çox insan ölüb"

63
(Yenilənib 13:21 03.03.2017)
DTX rəisi: "İndiyədək 900-ə yaxın Azərbaycan vətəndaşı xarici ölkələrdə terror təşkilatlarına qoşulub"

BAKI, 3 mart — Sputnik. "İndiyədək 900-ə yaxın Azərbaycan vətəndaşı Suriya, İraq və digər ölkələrdə terrorçu təşkilatlara qoşulub". Sputnik Azərbaycan-ın "Trend"ə istinadən məlumatına görə, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi, general-leytenant Mədət Quliyev "Terrorçuluğa, ekstremizmə və radikalizmə qarşı mübarizədə gənclərin rolu" mövzusunda bu gün keçirilən konfransda çıxışı zamanı deyib.

M.Quliyev qeyd edib ki, əldə olunan məlumatlara görə, terror təşkilatlarına qoşulanların çoxu öldürülüb: "Onların 84 nəfəri Azərbaycana qayıtdıqdan sonra cinayət məsuliyyətinə cəlb olunub. Son bir ildə 54 nəfər bu cür əməllərinə görə Azərbaycan vətəndaşlığından çıxarılıb".

M.Quliyev deyib ki, Azərbaycan tərəddüd etmədən antiterror koalisiyasına qoşularaq beynəlxalq terrorizmlə mübarizəyə töhfəsini verir. O, bildirib ki, dünyada təhlükəsizliyi ciddi təhdid edən terrorçuluq, ekstremizm və radikalizmlə mübarizə Azərbaycan üçün çox mühüm bir məsələdir: "Son dövrlərdə Azərbaycana yaxın olan Mərkəzi Asiya və Yaxın Şərqin bir sıra ölkələrində cərəyan edən proseslər beynəlxalq əmin-amanlığı qorxulu təhlükələrlə, o cümlədən terrorizm, ekstremizm və digər qorxulu təhdidlərlə üzləşdirib. Bu gün İŞİD və digər terrorçu təşkilatlar ölkələrin ərazilərini işğal edərək beynəlxalq təhlükəsizliyə təhdid yaradır".

DTX rəisi bildirib ki, ermənilərin Azərbaycanda törətdiyi 373 terror aktı nəticəsində 2 mindən çox dinc insan ölüb. M.Quliyev qeyd edib ki, Azərbaycan terrorun fəsadları ilə hələ yüz illər bundan əvvəl üzləşib: "Erməni terrorçuları hələ ötən əsrdən Azərbaycana qarşı terror hadisələri törədiblər. Erməni terroru 1980-ci illərdən yenidən vüsət alıb. Azərbaycan ərazilərinin 20 faizi işğal olunub. Ermənilərin Azərbaycanda törətdiyi 373 terror aktı nəticəsində 2 mindən artıq dinc insan həlak olub".

DTX rəisi bildirib ki, Azərbaycan mürəkkəb geosiyasi məkanda yerləşir: "Bununla belə, respublikamız nəinki Cənubi Qafqazın, hətta Avropanın ən sabit ölkələrindən biridir. Bu, məhz ulu öndər Heydər Əliyevin əsasını qoyduğu siyasət nəticəsində mümkün olub. Bu gün məhz Ulu Öndərin qoyduğu siyasi xətt müasir dövrün tələbləri nəzərə alınmaqla prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan beynəlxalq təhlükəsizlik sistemində öz layiqli yerini tutub və etibarlı tərəfdaş statusunu qazanıb".

63
Teqlər:
vətəndaşlıq, DTX, Mədət Quliyev, terror
Əlaqədar
Azərbaycanda 4 terrorçu məhv edildi
Dinc sakinlərimizə qarşı növbəti qanlı terror aktı
Dinc əhalimizə qarşı növbəti terror aktı
Erməni terrorunun yarımçıq qoyduğu daha bir ömür...
XİN: İstanbulda terror aktında daha bir Azərbaycan vətəndaşı yaralanıb
Tibb işçisi Dövlət Gömrük Komitəsinin hospitalında, arxiv şəkli

Bakıda bu rayon koronavirusa yoluxma liderdir

1
(Yenilənib 12:35 30.11.2020)
Sonrakı yerlərdə 12,7 faizlə Xətai, 11,6 faizlə Yasamal, 11,3 faizlə Sabunçu, 8,4 faizlə Suraxanı, 8,3 faizlə Nəsimi, 8 faizlə Nərimanov, 7,3 faizlə Nizami, 6,3 faizlə faizlə Qaradağ, 6,3 faizlə Xəzər, 4,8 faizlə Səbail, 0,3 faizlə Pirallahı rayonları qərarlaşıb.

BAKI, 30 noyabr — Sputnik. Azərbaycanda COVİD-19 virusuna yoluxanların 53,5 faizi Bakıdadır. Sputnik Azərbaycan-ın koronavirusinfo.az saytına istinadən xəbər verir ki, paytaxt daxilində ən çox yoluxma yenə də 14,7 faizlə Binəqədi rayonundadır.

Sonrakı yerlərdə 12,7 faizlə Xətai, 11,6 faizlə Yasamal, 11,3 faizlə Sabunçu, 8,4 faizlə Suraxanı, 8,3 faizlə Nəsimi, 8 faizlə Nərimanov, 7,3 faizlə Nizami, 6,3 faizlə faizlə Qaradağ, 6,3 faizlə Xəzər, 4,8 faizlə Səbail, 0,3 faizlə Pirallahı rayonları qərarlaşıb.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) koronavirus infeksiyasının qlobal pandemiya elan olunduğunu və virusun geniş yayılma tendensiyasının davam etdiyini nəzərə alaraq, bir daha vətəndaşları diqqətli olmağa, Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə riayət etməyə, əhalinin sağlamlığının etibarlı qorunması və təhlükəsizliyinin təmin edilməsi məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarlara və müəyyənləşdirdiyi qaydalara tam əməl etməyə çağırır.

1
Teqlər:
Yasamal rayonu, Binəqədi rayonu, Xətai rayonu, Koronavirus, COVID-19
Bakıda uşaqlar, arxiv şəkli

"Beşik kəsdi", "qoy qazancımız özümüzünkünə qismət olsun" anlayışları sağlam nəsilə qarşı

11
Sosioloqun sözlərinə görə, qohumlar arasında irsi xəstəliklər varsa, bu özünü qohum evliliyindən dünyaya gələn uşaqlarda göstərir.

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 30 noyabr — Sputnik. "Qohumlar arasında bağlanan nikahlar irsi xəstəliklər başda olmaqla bir çox mənfi fəsadların yaranmasına səbəb olur".

Sputnik Azərbaycan xəbər verir ki, bunu bir müddət əvvəl Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib.

O, qeyd edib ki, bu kimi problemlərin qarşısını almaq üçün Nazirlər Kabineti tərəfindən təsdiqlənən qaydalar mühüm əhəmiyyət kəsb edir. Sənəd maarifləndirmənin aparılma prinsipləri, vasitələri, istiqamətləri, maarifləndirməni həyata keçirən dövlət qurumlarının dairəsini və onların funksiyalarını müəyyən edir.

Azərbaycanda qohum evlilikləri tarix boyu olub. Ailə bağlarını möhkəmləndirmək, hər iki ailəyə aid var-dövlətin itirilməməsi və ya gücləndirilməsi, böyüklərin təzyiqi və ya sevgi halları qohum evliliklərinə səbəb olur.

Sosioloq Tərlan Tağlyeva Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, belə nikahların bağlanılması çox vaxt fəsadlarla nəticələnir. 1-ci və 2-ci dərəcəli qohumlar daha risklidir: "Bacı-qardaş, bacı-bacı, qardaş-qardaş uşaqları 1-ci dərəcəli, bacı-qardaş nəvələri isə 2-ci dərəcəli qohum sayılırlar. Məsləhət görülürki 4-cü nəsilə kimi qohum evlilikləri olmasın. Artıq 7-ci nəsil yad insanlar sayılır. Çünki 7-ci nəsilə kimi qohumlar arasında nikah halları olmayıbsa artıq gen dəyişmiş olur".

Sosioloqun sözlərinə görə, qohumlar arasında irsi xəstəliklər varsa, bu özünü qohum evliliyindən dünyaya gələn uşaqlarda göstərir. Gen ağacı qurub xəstəliklərə nəzər salsaq və genetik xəstəliklərin olduğunu və yaxud belə xəstəliklərin daşıyıcısı olan qohumları və tərəfləri aşkarlasaq, bu zaman ehtimal daha da çoxalır.

"Xromosom çatışmamazlığı, əzələ boşluğu, əqli çatışmamazlıq, talassemiya, hemofiliya, şəkər, ürək-damar və s kimi xəstəliklərlə uşaqlar dünyaya gələ bilir. Adətən belə durumlarda uşaqların ana bətnində ölməsi, hamiləliyin erkən bitməsi, ölü doğulma, ürək qüsuru, uşağın az çəki ilə dünyaya gəlməsi hallarına rast gəlinir. Uşaq sağlam da dünyaya gələ bilər, lakin sonradan fəsadlar ortaya çıxa bilir. Təbii ki, bu hallar bütün qohum evliliklərinə aid deyil. Bunun üçün nəsildə genetik xəsdəliklərin olmadığından əmin olmaq lazımdır. Mütləq şəkildə evlənməyə qərar vermiş şəxslər tibbi müayinədən keçməlidirlər. Tibbi müayinənin nəticələri müsbət deyilsə onların evlənmələri məsləhət görülmür. Belə evliliklərin qarşısını almağa çalışsaq da qeyri rəsmi, nikahsız yaşayanların sayı artacaq", - deyə o bildirib.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, dünya əhalisinin 12%-ni qüsurlular təşkil edir. Belə əngəlli insanların əksəriyyətinin ana-ataları qohumdur. Xarici ölkələrə nəzər salsaq görürük ki, qohum evliliyini dəstəkləyən və dəstəkləməyən ölkələr var.

Məsələn, Tacikistanda yaxın qohumlar arasında nikaha girməyə qadağa qoyulması ilə bağlı qanun qüvvədədir.

Katoliklər 4-cü nəslədək qohumların nikahlarına imkan vermirlər. Onlara görə 4-cü nəslə qədər evlilik insest (yəni ailədaxili yaxınlıq) sayılır.

Türkiyə şərq ölkələri arasında daha çox qohum evlilikləri olan ölkələrdə ön sıradadır. Bu ölkədə hər 100 evlilikdən 15-i qohumlar arasında olur.

Danimarka isə əngəlli uşaqların doğulmasının qarşısını almaq üçün qanunların sərtləşdirilməsini təklif edib. ABŞ-ın 24 ştatında qohum evliliyi qadağan olunub. Hindistanda isə bu hal daha geniş yayılıb. Almaniyada belə hallara az rast gəlinir.

T. Tağıyeva bildirib ki, araşdırmalar göstərir ki, yaxın qohum evliliyindən doğulan hər 10 uşaqdan 8-i fiziki və yaxud zehni əngəlli anadan olur: "Hal belə olan zaman belə bir sual ortaya çıxır. Bəs dini baxışlara görə qohum evliliklərinə yanaşma necədir? Quranda qohum evlilikləri qadağan edilməyib. Lakin məsləhət görülür ki, sağlam övladlar dünyaya gətirmək üçün bu cür evliliklərə üstünlük verilməsin. Qohum evliliklərinin müsbət tərəfləri də vardır. Məsələn, ailədə olan istedadların belə nikahlardan dünyaya gələn uşaqlarda daha güclu olmasıdır. Bunlara güclü yaddaş, savad, incəsənətə dair isdedadlar, əl qabiliyyətinin olması və digərlərini aid etmək olar".

Sosioloqun fikrincə, qohum evlilikləri mövzusunda məqalələr daha çox tibbi cəhətdən araşdırılıb və onun mənfi tərəfləri vurğulanıb.

"Düzdür, öncə biz tibbi tərəfləri araşdırmalıyıq. Lakin unutmayaq ki, evlilikdə tibbi məsələlər ilə yanaşı sosial məsələlərə də diqqət etməliyik. Belə ki, çox vaxt qohum evliliklərində problemlər yaşanmağa başlayır. Tərəflər bir-birlərini iki bacı, iki qardaş kimi yox artıq iki quda kimi görməyə başlayır. Ailədə hər hansısa bir problem yaşandığında və ya boşanma halları olduğunda artıq o iki ailə düşmənə çevrilir. Bu hal öz növbəsində digər ailə üzvlərinə də təsir edir. Beləcə bir nəsil arasında soyuqluq və daim münaqişə yaşanır. Düşünürəm ki, məcbur qalmadıqca qohum evliliklərinə üstünlük verməməliyik. Düzdür, gənclər arasında sevgi münasibətləri halları da olur. Lakin gənclərin öz razılıqlarından əlavə valideyinlərin təkidləri nəticəsində də belə nikahların sayı çoxdur", - deyə ekspert bildirib.

Qeyd edək ki, müasir dövrdə yaşasaq da beşik kəsdi (kərtməsi) kimi adət-ənənələr hələ də bəzi bölgələrdə qalmaqdadır. Azərbaycanda da qohum evliliklərinə çox rast gəlinir. Lakin illər keçdikcə bu tip stereotiplər qırılmağa başlayacaq və gənclər böyüklərin beşik kərtməsi, siyasi-iqtisadi maraqlarına görə deyil, öz istəklərinə görə ailə həyatı quracaqlar və qurmaqdadırlar.

11
Teqlər:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Bahar Muradova, talassemiya, uşaqlar, irsi xəstəlik, ailə, Boşanma, Evlilik