ABŞ dolları

Hərrac başlamadan dollar ucuzlaşdı

11536
(Yenilənib 11:48 28.02.2017)
Bu gün saat 12:00 radələrində Mərkəzi Bankda valyuta hərracının keçiriləcəyi gözlənilir

BAKI, 28 fev — Sputnik. Bu gün saat 12:00 radələrində Mərkəzi Bankda valyuta hərracının keçiriləcəyi gözlənilir. Sputnik Azərbaycan-ın "Marja"ya istinadən məlumatına görə, hərracdan öncə, saat 10:00-a olan məlumata görə, banklarda dolların alış və satış qiymətləri dünən ilə müqayisədə əsasən dəyişməz olaraq qalır. Bir neçə bank dolların satış qiymətini aşağı salıb.

Dolların satış məzənnəsini AzərTürkBank 1.82 manatdan 1.81 manata, DəmirBank 1.83 manatdan 1.82 manata, PAŞA Bank 1.850 manatdan 1.82 manata, Bank Silk Vey 1.79 manatdan 1.78 manata salıb.

Qeyd edək ki, bir neçə gündür dollar satan banklardan Kapital Bank və Bank Respublika ABŞ valyutasının məzənəsini dəyişmirlər. Digər bir sıra banklar dollar satmadıqları halda, bəzi banklar limitlə və ya kassda valyuta olarsa dollar satırlar. Kapital Bank isə limitsiz dollar satır. Bu bankın dolların alış və satış məzənnəsində etdiyi dəyişiklik digər banklar üçün də əsas olur. İndi Mərkəzi Bankda keçiriləcək hərrac gözlənilir.

11536
Teqlər:
ucuzlaşma, Bank, dollar, hərrac
Əlaqədar
Dolların sabaha olan məzənnəsi açıqlanıb
Dollar üç gün bu qiymətə olacaq
Dollar erası bitir
Mərkəzi Bank dolların məzənnəsində dəyişiklik etdi
Dollar-manat münasibəti bu həddə sabitləşəcək
Dolların yeni məzənnəsi məlum oldu
Gəlin, arxiv şəkli

Həkim sözü: "Artıq toyların keçirilməsinə icazə verilməlidir"

3
(Yenilənib 16:32 24.09.2020)
“Vətəndaşlara restoranlarda - qapalı məkanlarda - yad insanlarla eyni mühitdə oturmağa icazə verilir ki, burada yoluxma ehtimalı daha güclüdür. Ancaq toy edib, qohum-əqrabası ilə eyni məkanda oturmağa icazə verilmir”

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 24 sentyabr — Sputnik. Uzun müddət toylara icazənin verilməməsi aqressiyaya, hətta gələcəkdə sosial partlayışa səbəb ola bilər.

Bu fikirdə olan nevroloq Qalib Əsədov hesab edir ki, Azərbaycanda karantin rejiminin aradan qaldırılması məsələsinə yenidən baxılmalıdır.

"Karantin rejimi bu qədər uzadılmalı deyildi. Koronavirus infeksiyasını Azərbaycandan da ağır keçirən ölkələr olub. Çinin Uhan şəhəri, İtaliya, Almaniya və s. ölkələrdə COVID-19 yeni növ koronavirus infeksiyası daha ağır vəziyyətdə keçdi. Ancaq bu ölkələrdə karantin rejimi 1 ay müddətində tətbiq edildi. Karantin lokal şəkildə olur. Məsələn, bir bölgədə infeksiya aşkarlanıbsa, həmin bölgəni karantinə alırlar. Ancaq infeksiya bütün ölkədə varsa, artıq karantin rejiminin əhəmiyyəti yoxdur", - deyə o, Sputnik Azərbaycan-a bildirib.

Həkimin sözlərinə görə, Azərbaycan karantin rejimində ciddi addımlar atıb. Belə ki, pandemiya başlayanda ölkədə maska, spirt çatışmazlığı vardısa, sonradan qısa zamanda bu öz həllini tapıb.

"Azərbaycan artıq bu problemin öhdəsindən gəlməyə hazırdırsa, karantin rejiminin iqtisadiyyata vurduğu zərərlər nəzərə alınmalıdır. Ümumdünya Səhiyyə Təşkilatının baş epidemioloqu Mariya van Kirxove deyir ki, karantin rejimi davam edərsə, bunun zərərləri koronavirusun vurduğu zərərlərdən daha ağır olacaq. BMT-nin rəhbəri isə koronavirisun fəsadlarından danışanda bildirdi ki, koronavirusla bağlı karantin rejimi davam edərsə, küt, savadsız bir nəsil yaranacaq. ÜST karantin rejiminin dayandırılması ilə bağlı bəyanatlar versə də, Azərbaycan çimərlik mövsümünü çəkinə-çəkinə yay qurtaranda açdı, rayonlara gediş-gəlişi yeni tədris ilinin ərəfəsində, istirahət mövsümünün bitdiyi bir zamanda açdı", - deyən nevroloq qeyd edib ki, artıq toyların keçirilməsinə icazə verilməlidir.

ZAQS, arxiv şəkli
© Official website of President of Azerbaijan Republic

Toyun insan həyatında önəmli hadisə olduğunu vurğulayan mütəxəssis bildirib ki, uzun müddət toylara icazənin verilməməsi aqressiyaya səbəb ola bilər: "Baxın, vətəndaşlara restoranlarda - qapalı məkanlarda - yad insanlarla eyni mühitdə oturmağa icazə verilir ki, burada yoluxma ehtimalı daha güclüdür. Ancaq toy edib, qohum-əqrabası ilə eyni məkanda oturmağa icazə verilmir. Ölkədə bir il müddətinə toyların keirilməsinin qadağan edilməsi bir neçə ildən sonra demoqrafik göstəricilərə təsir edəcək".

Q.Əsədov qeyd edir ki, karantin rejimi bitəndən sonra vəziyyət daha da ağırlaşacaq.

"Toylardan restoranlar, ofisiantlar, xadimələr, musiqiçilər dolanırlar. İndi siz düşünün, nə qədər insan sıxıntılı vəziyyətdədir", - deyə o bildirib.

Mütəxəssis Azərbaycanda koronavirus testlərinin baha olması məsələsinə də toxunub.

O qeyd edib ki, ölkədə ekspress testlər olmalı və əhali ucuz qiymətə test edilməlidir. Əgər əhalinin 50 faizində xəstəlik aşkarlanarsa, bu artıq kollektiv immunitetin yaranması deməkdir. Təəssüflə qeyd etməliyik ki, ölkəyə ucuz, hamının istifadə edə biləcəyi ekspress testlər gətirilmir.

Mütəxəssisin fikrincə, belə testlərin gətirilməsi çox vacibdir.

3
Teqlər:
şadlıq evi, şadlıq sarayları, məhdudiyyət, Azərbaycan, Koronavirus, epidemiya, COVID-19, karantin, toy
Əlaqədar
Karantinin ailəyə həsrət qoyduqlarının könlünü almaq üçün inqilabi - TƏKLİF
Dəbdəbəli həyatdan üzüaşağı: Pandemiya kabusu şou əhlinə necə təsir edib?
Xalq artisti toy təklifindən imtina edib
Məşhur restoranda toy məclisi baha başa gəldi: Tutulanlar var
Biri keçirdiyi məclisə görə məhkəməyə düşür, o birinin məclisi "toplantı" olur

Prezident Əli Həsənovla bağlı sərəncam imzaladı

159
Prezident İlham Əliyev təhsilin inkişafındakı xidmətlərinə görə Əli Həsənova Prezident təqaüdünün verilməsi barədə sərəncam imzalayıb.

BAKI, 24 sentyabr — Sputnik. Azərbaycan Dövlət İqtisad Universitetinin 90 illiyi münasibətilə və Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə Əli Pənah oğlu Həsənova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilir.

Sputnik Azərbaycan prezident.az saytına istinadla xəbər verir ki, Prezident İlham Əliyev bu barədə sərəncam imzalayıb.

Qeyd edək ki, professor Əli Həsənov UNEC-in "İstehlak mallarının ekspertizası" kafedrasının müdiridir. 150-dən çox elmi əsərin, o cümlədən 27 dərsliyin, dərs vəsaitinin və monoqrafiyanın müəllifidir.

Müxtəlif illərdə fəxri fərmanlar, mükafatlarla qiymətləndirilib. 2010-cu ildə AR Prezidentinin sərəncamına əsasən "Tərəqqi" medalı ilə də təltif olunub.

159