Mehriban Əliyeva prezidentlik müzakirələrinə nöqtə qoydu

© Photo : PUBLIC DOMAINAzərbaycanın birinci xanımı Mehriban Əliyeva
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva - Sputnik Azərbaycan
Abunə olmaq
Birinci vitse-prezident: "Mən Azərbaycan xalqının mənafelərini müdafiə edəcəyəm"

BAKI, 27 fev — Sputnik. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva "Rossiya 1" telekanalına müsahibəsində gələcəkdə Prezident olub-olmayacağı barədə məsələyə aydınlıq gətirib. Jurnalistin "Nə vaxtsa bu ölkəyə rəhbərlik etmək, Prezident olmaq barədə düşünmüsünüzmü?" sualına cavabında Azərbaycanın birinci xanımı deyib: "Bilirsinizmi, mən bu barədə fikirləşməmişəm və fikirləşmirəm. Bəli, mən Azərbaycanın mənafelərini müdafiə edəcəyəm. Bəli, mən Azərbaycan xalqının mənafelərini müdafiə edəcəyəm. Azərbaycan xalqı üçün önəmli olan xeyirxah işlər məhz budur. Odur ki, gələcəkdə nə olacağı barədə indidən fikir söyləmək tamamilə səmərəsiz məşğuliyyətdir".

Xatırladaq ki, sözügedən müsahibə hər bazar günü efirə çıxan "Dmitri Kiselyovla həftənin xəbərləri" ("Вести недели с Дмитрием Киселевым") verilişində yayımlanıb.

Xəbər lenti
0