Prezident İlham Əliyev Qətərə rəsmi səfərə gedib

© Sputnik / Aleksey Nikolsky / Mediabanka keçidПрезидент Азербайджана Ильхам Алиев
Президент Азербайджана Ильхам Алиев - Sputnik Azərbaycan
Abunə olmaq
İlham Əliyevi Qətərin yüksək vəzifəli dövlət və hökumət rəsmiləri qarşılayıblar

BAKI, 26 fev — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 26-da Qətər Dövlətinə rəsmi səfərə gedib.

Sputnik Azərbaycan xəbər verir ki, Azərbaycanın və Qətərin dövlət bayraqlarının dalğalandığı Doha şəhərindəki “Hamad” beynəlxalq aeroportunda Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Azərbaycan Prezidentini Qətərin iqtisadiyyat və ticarət naziri Şeyx Əhməd bin Casim bin Mohammad Al Tani və digər yüksək vəzifəli dövlət və hökumət rəsmiləri qarşılayıblar.

Xəbər lenti
0